Siyasət 

Ceyhun Bayramov: İtkin azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səyləri vacibdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.

Read More
Gündəm 

Azərbaycanla Dominikan arasında bir sıra şəxslər üçün viza rejimi ləğv olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Danışıqlarda əsas diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması, əməkdaşlığın yeni sahələrinin araşdırılması olub. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti, rəsmi pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş” imzalayıblar.

Read More
Siyasət 

Nyu-Yorkda Azərbaycan və Estoniyanın XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki hesabında yazıb. “Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik. Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim”, – C.Bayramov qeyd edib.

Read More
Siyasət 

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. ARANTV.AZ  xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Əvvəlcə birgə foto çəkdirildi. Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının…

Read More
Gündəm 

Ukrayna Avropadan ən azı 130 milyard avro “təzminat krediti” alacaq

Avropa İttifaqının Rusiya aktivləri əsasında Ukraynaya verdiyi “təzminat krediti” 130 milyard avroya çata bilər. Musavat.com  Reuters-ə istinadən xəbər verir ki, yekun məbləğ Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılacaq. Kredit Kiyevə hərbi səylərini maliyyələşdirməyə kömək etmək üçün istifadə olunacaq. Ukrayna onu yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan təzminat aldıqdan sonra ödəyəcək. Rusiyanın Avropadakı təxminən 210 milyard avro dəyərində olan aktivlərinin böyük hissəsi Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılır. Euroclear-dakı aktivlərin 175 milyard avrosu artıq ödəmə müddətini başa vurmuş və kredit üçün əsas yarada biləcək nağd pula çevrilib. Agentliyin mənbələrinə görə, Aİ itkiləri kompensasiya…

Read More
Gündəm 

Rusiyanın 2026 büdcəsi: Minimum iqtisadi artım, müdafiə xərclərinin məcburi ixtisarı…

Rusiya Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsində Ukraynadakı işğalçı müharibənin xərclərini ödəmək üçün bir sıra kritik addımlar planlaşdırıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu addımlardan biri 2026-cı ildən başlayaraq əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin 20 faizdən 22 faizə qaldırılmasıdır. Təklif ABŞ prezidenti Donald Trampın Rusiyanı “böyük iqtisadi çətinliklər” içində olduğunu iddia edərək “kağız pələng” adlandırdığı bir vaxtda verilib. Rusiya hökuməti bəzi Kreml rəsmilərinin “hərbi büdcə” adlandırdıqları 2026-cı il üçün yeni büdcə layihəsini təsdiqləyib və 2025-ci il üçün yenilənmiş məlumatları açıqlayıb. Məlum olur ki, hökumət bu il iqtisadi artımın…

Read More
Dünya 

Venesuelada 6,2 maqnitudada zəlzələ olub

Venesuelanın qərbində 6,2 maqnitudada zəlzələ baş verib. “Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Zəlzələnin episentri 244 min insanın yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Read More
Dünya 

Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: “Evlərinizdən köçün”

Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı bölgəsində baş verən ardıcıl təkanlardan sonra bölgədə böyük zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib. Ərcan bildirib ki, son üç gündə 4,6 – 4,2 və 4,7 maqnitudalı zəlzələlərin baş verməsi, bölgədə gərginliyin hələ də yüksək olduğunu göstərir: Onun sözlərinə görə, sarsıntılar uzun müddət davam edə bilər və bu da gərginliyi artıraraq daha böyük zəlzələyə səbəb ola bilər. Ərcan bu vəziyyəti əvvəllər eyni qırıq üzərində baş verən Simav zəlzələsi ilə müqayisə edib. Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək, möhkəm torpaq üzərində inşa olunmuş evlərə köçməyin vacibliyini vurğulayıb.…

Read More
Cəmiyyət 

Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin qan şəkərinin idarəsində kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha təsirli olduğunu müəyyən ediblər. Milli.Az xəbər verir ki, tədqiqatda yüksək təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak edib. Onlar 14 gün ərzində iki mərhələdə fərqli tərəvəz qrupları yeyiblər: əvvəlcə xaççiçəklilər, sonra isə kök və balqabaq növləri. Qlükometrlərin köməyi ilə real vaxtda qan şəkərinin səviyyəsi izlənilib və nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin dalğalanmasını daha yaxşı nəzarətdə saxlayır. Tədqiqatçılar bildirirlər ki, bu tərəvəzlər yemək sonrası və gün ərzində…

Read More
Gündəm 

Rayon icra başçıları şənbə-bazar niyə Bakıya gəlirlər? – AÇIQLAMA

Son illər aparılan islahatların nəticəsində idarəetmədə gənclərin sayı artıb. Bu gün bir sıra rayonların icra başçıları məhz gənclərdir. İddialara görə, bəzi icra başçıları şənbə-bazar günləri ayonu tərk edib Bakıya gəlirlər. Maraqlıdır, icra başçıları hansı hallarda rəhbərlik etdikləri rayonun ərazisini tərk edə bilərlər? Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, dövlət gənc icra başçılarının səmərəli işləməsinə və istirahətinə qayğı ilə yanaşır: “Rayonların icra başçıları ölkə Prezidenti tərəfindən təyin olunurlar. Gənclərin rəhbər vəzifələrə gətirilməsi yüksək qiymətləndirilməlidir. Bu bir etimaddır. Müsbət haldır ki, gənc icra başçılarının əksəriyyəti öz vəzifələrinin…

Read More