Gündəm 

Sülh sərhədlərimizə gəlsin…

Son vaxtlar otuz ildə iki dəfə müharibə edən və gərgin münaqişə şəraitində yaşayan ölkələrimiz arasında artıq sülh ab-havası hökm sürməkdədir. Keçən zaman və hadisələr göstərdi ki, Ermənistan heç vaxt özünün olmamış Azərbaycanın qədim ərazilərinə iddiadan əl çəkməyə məcburdur. Çünki onun iddiası tamamilə haqsız və yersizdir. Nəhayət, təcavüzkar ölkənin sonuncu rəhbəri bu həqiqəti anlayıb və Azərbaycanla münasibətin normallaşdırılmasına qərar verib. Nəticəsi hamı üçün sərfəli olub. Münasibətlərdə yumşalma artıq qarşılıqlı etimada doğru inkişaf etməkdədir. Bu günlərdə bizim nümayəndə heyətimizin İrəvana, Ermənistan nümayəndə heyətinin isə Bakıya keçən səfərləri də buna dəlalət edir. Həmçinin…

Read More
Gündəm 

44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix

27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir gündür Məlum həqiqətdir ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi. Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozur, məsələnin həlli üçün…

Read More
Gündəm 

Tranzit daşımaların mərkəzi – Azərbaycan

Bu gün Azərbaycanın qoşulduğu Şərq-Qərb, Şimal-Cənub, “Bir kəmər, bir yol” və s. kimi mühüm beynəlxalq layihələr, ölkəmizin bu layihələr çərçivəsində üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirməsi, paralel olaraq ölkə daxilində müasir infrastrukturun formalaşdırılması respublikamıza uzunmüddətli və zəngin tranzit imkanları qazandırıb. Müxtəlif təyinatlı nəqliyyat layihələrinin özünəməxsus əhəmiyyəti olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi bu gün həm də bir dəyər zəncirinə çevrilib. Əlverişli coğrafi-strateji mövqeyi daha da möhkəmləndirən, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində 2024-cü ildə Azərbaycanda tranzit daşımaların həcmi…

Read More
Gündəm 

Gələcək layihələr Bakıdan başlayır

Ölkəmizin iqtisadi potensialını, investisiya mühitini və gələcək layihələrini nümayiş etdirmək məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Prezident İlham Əliyevin himayəsi altında 22 sentyabrda Bakıda keçirilib. Forum iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, xarici investisiyaların cəlbi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir tədbirdir. Bakıda ilk dəfə keçirilən bu Forum qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideya və layihələrin müzakirəsi baxımından da mühüm önəm daşıyır. Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirmək və xarici investisiyaları cəlb etmək məqsədi daşıyan strateji bir platforma kimi çıxış edərək qlobal…

Read More
Siyasət 

Ceyhun Bayramov Avstriya xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüş keçirib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu önə çəkiblər. Ceyhun Bayramov avstriyalı həmkarına münaqişədən sonrakı dövrdə regionda aparılan sülh…

Read More
Siyasət 

Ceyhun Bayramov İsveçrə xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. “Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər”, – XİN-in paylaşımında qeyd…

Read More
Dünya 

Həştərxanda yanacaq istehsal edən zavod dayandı – Ukrayna dronları…

Rusiyanın “Qazprom” şirkətinə məxsus Həştərxan Qaz Emalı Zavodu sentyabrın 22-də motor yanacağının istehsalını dayandırıb. ARANTV.AZ  Reuters-ə istinadən xəbər verir ki, səbəb pilotsuz təyyarənin hücumundan sonra baş vermiş yanğındır. Agentliyin sənaye mənbələrinə istinadən məlumatına görə, yanğın gücü ildə 3 milyon metrik ton olan kondensat istehsalı qurğusunu əhatə edib. Qurğu benzin və dizel yanacağı istehsal edir. Onlar həmçinin bildirdilər ki, zavod yalnız bir neçə həftə və ya ay ərzində istehsalı bərpa edə bilər. Nəşr əlavə edib ki, Sankt-Peterburq Əmtəə Birjası bazar ertəsi Həştərxan zavodundan yanacağın topdan satışını dayandırıb. Xatırladaq ki, zavod dünyanın…

Read More
Siyasət 

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar – FOTO

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində (“Museum of Modern Art-MoMA”) olublar. ARANTV.AZ  xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verilib. Bildirilib ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Vorhol və…

Read More
Siyasət 

İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib. ARANTV.AZ  xəbər verir ki, müraciətdə bildirilir: “Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur. Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa…

Read More