Prezident İlham Əliyevin Nyu-Yorka səfərindən önəmli detallar
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Nyu-Yorkdakı işgüzar səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr və verilən bəyanatlar Azərbaycanın beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevi BMT Baş katibi Antonio Quterreşin şəxsən qarşılamağı diplomatik protokoldan əlavə, Azərbaycanın son illərdə həyata keçirdiyi təşəbbüslərin yüksək qiymətləndirilməsinin göstəricisidir. Baş katib çıxışında Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını “bütün dünya üçün müsbət hadisə” adlandırdı, bu Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə beynəlxalq auditoriyanın dəstəyini göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib…
Read More