Gündəm 

Bazarda qiymətlər bahalaşdı: Əhali narazıdır, satıcılar isə mövsümü əsas gətirir REPORTAJ – FOTOLAR

Əhalinin gündəlik qida rasionunda mühüm yer tutan ətin qiyməti artmaqda davam edir. Bu yalnız mal və qoyun ətinə deyil, toyuq ətinə də aiddir. Son vaxtlar toyuq ətinin bahalaşması ilə bağlı sosial şikayətlər çoxalıb. Elə Musavat.com olaraq biz də bir müddət öncə mağazalardan hazırladığımız reportajda bu artımı müşahidə etmişdik. Son illərin inflyasiyası fonunda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. İndi isə narazılıq dalğası meyvə-tərəvəz bazarına da keçib. Vətəndaşlar son günlərdə bu məhsulların qiymətindən şikayət edir, bahalaşmanın sürətlə artdığını bildirirlər. Bəs qiymətlər ötən illə müqayisədə həqiqətən bu qədər fərqlənirmi? Bahalaşma yalnız mövsümləmi…

Read More
Gündəm 

Maliyyə nəhəngləri Azərbaycanın qapısını döyür – dünyanın gözü Bakıda

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda dünyanın ən böyük investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Dövlət başçısı əvvəlcə “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Flətt ötən il Bakıya səfəri zamanı ölkəmizdə gördüyü iqtisadi nailiyyətlərin onda güclü təəssürat yaratdığını bildirib. O, şirkətin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb, həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən nəticələrə görə təbriklərini çatdırıb. Prezident İlham Əliyev əməkdaşlığın uzunmüddətli strateji tərəfdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib. Görüşdə Azərbaycanın bərpaolunan enerji imkanları və ölkəmizin…

Read More
Gündəm 

Azərbaycan və Cənubi Qafqaz necə xilas olundu: Bakı regionda şəriksiz liderliyini qəbul etdirdi

Azərbaycan ordusu öz tarixi hərbi zəfəri ilə yalnız ölkəmizin deyil, həm də bütün Cənubi Qafqazın gələcək taleyini dəyişməyə nail olub… Ona görə də, indi Azərbaycanın geopolitik siyasi iradəsi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında həlledici faktordur… Azərbaycan öz tarixinin ən parlaq hərbi qələbəsinin növbəti ildönümünü qeyd etməyə hazırlaşır. Belə ki, bir neçə gündən sonra – 27 sentyabrda 44 günlük İkinci Qarabağ savaşının başlanmasından 5 il ötmüş olacaq. Bu önəmli tarix Azərbaycan dövləti və xalqı üçün strateji xarakter daşıyır. Çünki məhz həmin Azərbaycan ordusu ölkəmizin 30 iləyaxın bir müddətdə Ermənistanın…

Read More
Siyasət 

Dünya liderləri ABŞ-dadır – “İlham Əliyevin sessiyada iştirakı…”

Azərbaycan Prezidenti İlham Əliyev hazırda Birləşmiş Ştatlarda səfərdədir. Dövlət Başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edir. İlham Əliyevə və ölkəsinə dünya liderlərinin toplandığı bu tədbirdə də böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Qalib Azərbaycanın lideri artıq bir sıra mühüm görüşlər keçirib və hər bir görüş də qarşı tərəflərin istəyi ilə baş tutub. Bu isə, həm də ölkəmizə olan marağın göstəricisi kimi qəbul olunmaqdadır. Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirdi ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı Azərbaycanın maraqlarının qlobal müstəvidə güclənməsi baxımından önəmlidir: Asif Nərimanlı “Baş Assambleyasının sessiyası…

Read More
Siyasət 

“İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər bir daha təsdiq etdi ki…”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərdədir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan Dövlət başçısı Assambleya çərçivəsində və ondan kənar ən müxtəlif görüşlər keçirib və bu görüşlərin də hər biri qarşı tərəflərin müraciəti əsasında baş tutub. Bu da Azərbaycan rəhbərinə və ölkəmizə olan marağın bir daha bariz sübutu kimi dünya tərəfindən izlənilir. Cənab Prezident ilk görüşləri sırasında dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker…

Read More
Gündəm 

Azərbaycanın qlobal bazarlarda mövqeyi güclənir

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya platformalarında Azərbaycanın fəal iştirakının göstəricisidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı “İki sahil”ə bildirib ki, bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Səfər çərçivəsində ABŞ-nin nüfuzlu korporasiyaları, aparıcı maliyyə institutları və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətləri ilə keçirilmiş görüşlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələsini formalaşdırmaq baxımından xüsusi önəm kəsb edir. Müzakirə olunan strateji investisiya…

Read More
İdman 

“O oyunun sevinci məndə daha çox idi, nəinki “Benfika” ilə…”

“Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik”. Bu barədə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib. O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır. “2009-cu ildə “Qarabağ”ın ilk Avroliqada oynadığı oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün…

Read More
Təhsil 

Növbəti peşə tanınması imtahanı keçiriləcək

2025-ci il üzrə növbəti peşə tanınması imtahanının 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda təşkil olunması qərarlaşdırılıb. Bu barədə Musavat.com-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilərin bu imtahanda iştiraklarını təmin etmək məqsədilə müvafiq siyahı tərəfimizdən artıq DİM-ə təqdim olunmuşdur. Eyni zamanda, həmin siyahıya uyğun olaraq, adıkeçən imtahanın keçiriləcəyi barədə bildirişlər müraciətçilərin şəxsi kabinetlərinə yerləşdirilmiş və mobil nömrələrinə sms vasitəsilə məlumat göndərilmişdir. Əlavə olaraq bildiririk ki, “İmtahana buraxılış vərəqəsi” 23 sentyabr tarixindən etibarən DİM-in rəsmi internet saytında yerləşdiriləcəkdir. XÜSUSİLƏ qeyd edirik ki, imtahana gələn zaman…

Read More