Siyasət 

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib. “Report” xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər. Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin…

Read More
Siyasət 

Bakının son şərti referendumsuz reallaşa bilər

Paşinyan Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılmasını parlamentdə həll edə bilərmi? – rəy  Rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti məlum: qonşu ölkənin konstitusiyasındakı (preambula hissəsi) Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılması. Ermənistan rəhbərliyi bunu nə qədər tez həyata keçirsə, bir o qədər sənəd tez imzalanacaq.  Nikol Paşinyan hökuməti isə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu prosesinə başlamaq niyyətindədir. Bu barədə hakim “Mülki müqavilə” partiyasının ötən həftəsonu İrəvanda keçirilən VII qurultayında bildirilib.  Lakin bəzi politoloqlara görə, Bakının son şərtinin referendumsuz reallaşması da mümkündür, çünki…

Read More
Siyasət 

Trampın adamından qorxunc xəbərdarlıq – Azərbaycana təhlükə?

Kelloq Putinin Rusiya imperiyasını bərpa etmək istədiyini açıqladı – onu dayandırmağın tək yolu…  “Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. Bu fikri ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq söyləyib.  “Bu, mənə II Dünya müharibəsini xatırladır. Hitler 1938-ci ildə Münhendə çıxışında ona yalnız Sudetin lazım olduğunu demişdi. Sonra isə Reyn vilayəti, daha sonra Polşa və biz II Dünya müharibəsində özümüzü gördük. Tarix təkrarlanmır, lakin o, ritmlənir. Məhz bu, Ukraynada baş verir. Elə indicə bunu dayandırmalıyıq”, – deyə Kelloq bildirib. …

Read More
Hadisə 

Qadın qatilinə ömürlük həbs təklifi – reaksiya

Deputat ağır cəzaların tətbiqi ilə bağlı ictimai dinləmələrə çağırır – iki fərqli mövqe  “Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova bildirib. O təklif edib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak etsinlər.   “Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım, 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat…

Read More
Cəmiyyət 

Kapitan Bakı aeroportuna göyərtədə həyəcan siqnalı barədə sorğu göndərdi

Bu gün Ankara – Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. “Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat…

Read More
Cəmiyyət 

Aspirin bağırsaq xərçənginin təkrarlanma riskini yarıya endirir – ARAŞDIRMA

Bağırsaq xərçəngi olan pasiyentlərdə əməliyyatdan sonra gündəlik az dozada aspirin qəbulu xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyadan olan 3500-dən çox pasiyent iştirak edib. Həkimlərin müəyyən genetik mutasiyalar aşkarladığı pasiyentlər üç il ərzində hər gün 160 milliqram aspirin qəbul ediblər. Nəticədə şişin geri qayıtma riski 50 faizdən çox azalıb. “Bu, klinik praktikaya dəyişiklik gətirə bilər”, – araşdırmanın rəhbəri, Stokholmdakı Karolinska İnstitutunun professoru Anna Martlinq bildirib. Alimlər bu effekti aspirin qəbulunun iltihabı azaltması və trombositlərin şişi qorumasına mane olması ilə izah edirlər. Lakin preparatın riskləri də var: eksperiment…

Read More
Siyasət 

Ceyhun Bayramov efiopiyalı həmkarı ilə yeni əməkdaşlıq mexanizmlərini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Efiopiyanın xarici işlər naziri Hadera Abera Admassu ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Efiopiyanın Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Hər iki tərəf əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və regional vəziyyətlə bağlı fikir mübadiləsi…

Read More
Sosial 

Pensiyaçılara ŞAD XƏBƏR

Respublika üzrə pensiyaların ödənişləri sabah yekunlaşacaq. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdaifə Fondundan məlumat verilib. Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Read More
Cəmiyyət 

22 sentyabr – “Ümumdünya Avtomobilsiz Günü”dür

Dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” (World Car Free Day) keçirilir. Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir. Siz də “Ümumdünya Avtomobilsiz Günü”ndə piyada gəzinti, velosipedlə yürüş və ya ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə təbiətə öz töhfənizi verə, #avtomobilsizgün #carfreeday həştəqi ilə bizimlə paylaşa bilərsiniz. Daha az yanacaq, daha təmiz hava!

Read More