Cəmiyyət 

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Lent.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Read More
Cəmiyyət 

IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxılıb

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib. ARANTV.AZ xəbər verir ki,  İctimai Birlikdən verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Qax rayonunda yerləşən “Eden” restoranının ərazisində 10 baş xallı Sibir maralının qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanıldığı faktı aşkarlanıb. Xilas edilən marallar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya mərhələsindən keçiblər. Daha sonra, əvvəlki tədbirlər nəticəsində xilas edilən 8 maral da daxil olmaqla ümumilikdə 18 baş maral sərbəst…

Read More
Gündəm 

Unun qiyməti bahalaşdı, çörəyin qiyməti də artacaq? – AÇIQLAMA

Azərbaycanda şirkətlər son bir ayda 50 kiloqramlıq kisə üçün ən yüksək qiymət 28 manat, ən aşağı qiymət isə 26.50 manat təşkil edirdisə, 18 sentyabr tarixinə bu aralıq 25.80–28 manat arasında dəyişib. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir. Beləliklə, minimum qiymət 70 qəpik və ya 2.6 faiz ucuzlaşıb, maksimum qiymət isə dəyişməyib. Qiymət artımı daha çox “AVETA” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz), “KARAT HOLDING” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz) və bir sıra kiçik istehsalçılarda…

Read More
Cəmiyyət 

2500-dən çox abonentin qazı kəsiləcək

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Musavat.com-un məlumatına görə, fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq. Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Read More
Cəmiyyət 

“Masdar” Azərbaycana 1,2 milyard dollar sərmayə qoyacaq

“Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji (BOEM) layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq. Bu barədə “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib. O, “Masdar”la Azərbaycan arasında əməkdaşlığın 2018-ci ildə Energetika Nazirliyi ilə birgə başladığını xatırladıb. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpa olunan enerji obyekti – 230 MVt gücündə günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərir. M. Əl Mazruinin sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” və SOCAR 1 GVt həcmində…

Read More
Maraqlı 

3 BÜRC üçün sınaq həftəsidir: onlara mühüm şans veriləcək

Həftə üçün ulduz falı 3 bürcə çətinliklər vəd edir, bundan sonra onların həyatı yaxşılığa doğru dəyişəcək.  Astroloqların fikrincə, bu həftə sonsuz düşüncələrdə ilişib qalmamaq vacibdir. Unutmayın: hər hansı bir münaqişə və ya tələsik hərəkətin nəticələri ola bilər. Körpüləri yandırmaqdan, hadisələri məcbur etməkdən və ya qəzəblə hərəkət etməkdən çəkinin. Müsbət dünyagörüşünü qoruyun, enerjinizi konstruktiv fəaliyyətə çevirin və düşüncəli hərəkət edin. Qoç Qoç, tutulma mövsümü hələ də həyatınıza təsir edir. Ola bilsin ki, son həftələrdə siz işdə, sağlamlığınızla bağlı problemlər və ya daxili şübhələrlə üzləşmisiniz. Günəş tutulması və Ayın Saturna qarşı çıxması…

Read More
Cəmiyyət 

Bu ədviyyat həm beyni, həm də ürəyi qoruyur – Sarıkökün faydaları

Sarıkök (turmeric) — mətbəxdə geniş istifadə olunan ədviyyat olmaqla yanaşı, həm də sağlamlıq baxımından çox faydalı təsirləri ilə tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, onun əsas aktiv maddəsi kurkumin güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir və onun insan bədəni üçün faydaları çoxdur. Aşağıda həmin faydalarını bəzilərini sizə təqdim edirik: Sarıkökün insan bədəninə faydaları: İltihab əleyhinə təsir – oynaq ağrılarında, artritdə və iltihabi xəstəliklərdə şikayətləri yüngülləşdirə bilər. Antioksidant qoruma – sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır. Həzm sisteminə fayda – qaraciyərin fəaliyyətini dəstəkləyir, öd axını yaxşılaşdırır və həzmi asanlaşdırır.…

Read More
Gündəm 

III Bakı Təhlükəsizlik Forumu keçirildi – VİDEO

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib. Bu barədə Musavat.com-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının…

Read More
Gündəm 

“Neft məhsullarının emalı üzrə birgə layihələr Azərbaycan və Özbəkistanın iqtisadi artımına güclü təkan verə bilər” – İqtisadçı ekspert

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki Özbəkistan Azərbaycanla neft məhsullarının dərin emalı üzrə birgə layihələrdə maraqlıdır.Biz Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Özbəkistandakı layihələrə cəlb edirik. Lakin biz neft məhsullarının dərin emalı layihələri çərçivəsində əməkdaşlıq etmək istərdik. Bu gün biz neft və qaz sektorları da daxil olmaqla, təxminən 20 iqtisadi istiqamətdə təşəbbüslər həyata keçiririk. İqtisadçı ekspert Murad Cəfərov BiG.AZ-a bildirib ki, neft məhsullarının dərin emalı üzrə birgə layihələr Azərbaycanın və Özbəkistanın iqtisadi artımına güclü təkan verə bilər: “Azərbaycan ilə Özbəkistan arasında neft məhsullarının dərin emalı üzrə əməkdaşlıq yalnız neft və qaz…

Read More
Cəmiyyət 

İlahiyyatçı: Yaslarda yemək vermək İslam ənənəsinə aid deyil

“Ümumiyyətlə yaslarda camaata yemək vermək adət və ənənəsi dinimizdə yoxdur.” Bunu BiG.AZ-a açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov bildirib. O, qeyd edib ki, hələ peyğəmbərimizin zamanında Həzrəti Əlinin qardaşı İbn Əbu Talib şəhid olduqda peyğəmbərimiz məsləhət görüb ki, onun ailəsinə yardım edilsin, çünki ailəsi yasa qapılmışdı. Belə təmtəraqlı yemək verilməsi məsələsinə isə dinimizdə yer yoxdur: “Bir çox müsəlman ölkəsində belə adətə rast gəlmirik. Bəzi ölkələrdə ölünün arxasınca yemək və ehsan vermək qaydası ümumiyyətlə yoxdur. Dinimizin tövsiyə etdiyi adət odur ki, ölənin adından yaxınlarına yardım edilir, ehtiyacı olanlara kömək göstərilir. Yaxşı olar ki, vəfat…

Read More