Gündəm 

Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bu gün Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) işə başlayıb. “Report” xəbər verir ki, sabah başa çatacaq tədbir İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub. Forumda dövlət və hökumət rəsmiləri, iş adamları və beynəlxalq investorlar iştirak edir. Tədbir çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur. Forumda Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirəcək. Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin…

Read More
Hava 

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ – leysan, dolu və …

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar…

Read More
Siyasət 

“Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub” – İlham Əliyev

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub. ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb. “Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan…

Read More
Gündəm 

2600 manat müavinət kimlərə ödəniləcək? – QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib. Yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Deputat Vüqar Bayramov bildirib ki, əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində…

Read More
Hadisə 

Astarada ağır qəza- 16 yaşlı sərnişin öldü

Ötən gün saat 21:30 radələrində Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Çayoba kəndi ərazisində “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev aldığı ağır xəsarətlərdən vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Read More
Gündəm 

Prezident: “Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır”

“Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır”. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır: “Təbii qazla yanaşı, Günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm…

Read More
Cəmiyyət 

Zəli xisləti – acgöz məmurların aqibəti zəlininki kimi olur, zəlil qalırlar

Bu ölkədə bir qrup adam var, bir az tanınan və məşhur adamlar həbs olunanda onların saxlanma səbəblərini, həbsin qanuniliyini dərhal şübhə altına alır, gizli bağlar, dərin qatlar axtarırlar. Belə adamların çoxu həbsin gerçək motivlərinin “başqa şey” olduğunu bəyan edir. Ən populyar iddia “tutulan şəxs yuxarılara atıb”, “yığdığını bölməyib”dir. Bəzən bir məmurun və ya oliqarxın iştəklərindən uzun müddət yazan, necə deyərlər, “əl aparıb, qan gətirən” tənqidçilər həmin şəxs həbs olunan kimi valı dəyişirlər, “hər şey göründüyü kimi deyil, bu işdə bir iş var” kimi statuslar, şərhlər yazırlar. Adı korrupsiyada hallanan nazir,…

Read More
Gündəm 

Kamran Əliyev: Azərbaycan daim sülhün tərəfdarı olub

Azərbaycan daim sülhün tərəfdarı olub. “Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycan torpaqlar işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib: “Lakin BMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır”. Kamran Əliyev qeyd edib ki, bu il avqustun…

Read More
Gündəm 

Azərbaycan və BƏƏ “Şəhər içində şəhər” konsepsiyası üzrə əməkdaşlıq edəcək

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. “Report” xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində ba. tutub. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.

Read More
Cəmiyyət 

Anar Rzayev: “Avtobus parkının yenilənməsi üçün “brutto müqavilə” sistemi tətbiq ediləcək”

Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobus şəbəkəsinə çıxışı məhduddur. “Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib. Onun sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir: “Avtobus parkının yaxın bir…

Read More