Cəbhədən Xəbər 

Bu tarixlərdə partlayış səsləri eşidiləcək – Təşvişə düşməyin

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – qurumdan əlavə edilib.

Read More
Siyasət 

Prezident İlham Əliyev TARİXİ ADDIMI atdı: 4 mühüm istiqamət özündə nələri birləşdirir?

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov, Prezident İlham Əliyevin 4 mühüm istiqaməti özündə birləşdirən tarixi addımını belə şərh edib: “Prezident İlham Əliyevin artıq yeni dövr üçün müəyyən etdiyi strateji fəaliyyət proqramının mühüm tərkib hissəsidir. Dövlət başçısının qələbədən keçən bu 5 ildə atdığı prinsipial addımlar, gördüyü işlər onu deməyə əsas verir ki, yeni dövrün prioritet vəzifələri 4 mühüm istiqaməti özündə birləşdirir. 1. Qarabağın ən qısa zamanda yenidən, faktiki sıfırdan qurulması… Özü də bu quruculuq yalnız tikinti – bərpa baxımından da deyil, iqtisadi baxımdan da həm ölkə, həm…

Read More
Hava 

Yağış, şimşək, külək – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Belarusa GETDİ

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

Read More
Hadisə 

DSX zabitinə hücum edilən anın videogöruntülərinə baxılıb – MƏHKƏMƏ

Paytaxtda Dövlət Sərhəd Xidmətinin (DSX) zabitinə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı qeydə alınan müəyyən videogörüntülərə baxılıb. Görüntülərdə zərərçəkənə ilk hücumu Elnur Həmidovun etdiyi, daha sonra insidentə digərlərinin qoşulduqları əks olunub. Dövlət ittihamçısı Elnur Həmidovdan əlində görünən parlaq əşyanın “beşbarmaq” olub-olmadığını soruşub, o isə bunun təsbeh olduğunu deyib: “Əlimdə həmin alət olsaydı, Fuad Zeynalova daha çox vurmuşdum, onun bədənində iz qalardı. Anarın yıxılmasının səbəbi mən vurandan sonra beynindəki problemlərlə əlaqədar yaranan…

Read More
Cəmiyyət 

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı, açarlar təqdim edildi

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə tədqim olunub. ARANTV.AZ xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu mərhələdə kəndə 29 ailə (115 nəfər), ümumilikdə isə 118 ailə (671 nəfər) köçürülüb.

Read More
Gündəm 

Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və… Ağ Evdə verilən vəd

ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması ilə iki ölkə arasında münasibətlər yeni bir mərhələyə adlayıb. Toqquşmalardan çox, sakit və müharibəsiz bir mərhələyə, quruculuq mərhələsinə. Açılan unikal imkanlar pəncərəsi əsasında bunu deyirik. Pezident Donald Trampın da imzası duran üçtərəfli Birgə Bəyannamənin qəbulu bu mərhələnin tarixdə müsbət işarə ilə qalacağına ümidləri artırır… Paraflanmış sənədin VIII maddəsində deyilir: “Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər”. IV bənddə isə…

Read More
Gündəm 

Təqaüdçü və tələbələrə ŞAD XƏBƏR – Güzəştli gediş haqqı tətbiq olunacaq

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək. “Böyük sayda fərdi avtomobillərin şəhərə daxil…

Read More
Siyasət 

Azərbaycan və Belarus hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etdi

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb. Bu barədə Musavat.com Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. “Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib”, – məlumatda bildirilib. Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.

Read More
Region Xəbərləri 

Milli maraqlar, strateji qərarlar

Faqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Respublikasının müasir siyasi tarixində konstitusiya və suverenlik anlayışları dövlətçilik fəlsəfəsinin əsas…

Read More