Gündəm 

Azərbaycanlılar ingilis dilini öyrənməkdə niyə çətinlik çəkirlər?

Azərbaycanlıların böyük hissəsi ingilis dili öyrənərkən müəyyən çətinliklərlə üzləşir. İngilis dili müəllimi Şəfa Hüseynli BiG.AZ-a bildirib ki, əsas problemlər dilin struktur fərqlərindən, danışıq mühitinin azlığından və öyrənmə metodikasından qaynaqlanır: “Azərbaycan dili ilə ingilis dili arasında ciddi fərqlər var. Məsələn, ingilis dilində zamanların çoxluğu, söz sırasının dəyişməməsi, məqalələrin (‘a’, ‘the’) istifadəsi azərbaycanlı öyrənənlər üçün çətinlik yaradır. Həmçinin tələffüz məsələsi, bəzi səslər Azərbaycan dilində olmadığı üçün düzgün səsləndirmək çətin olur. Tələbələr dilin qrammatikasını öyrənsələr də, gündəlik həyatda danışıq imkanları məhduddur. Buna görə də öyrənilən biliklər passiv qalır və şifahi ünsiyyət zəif inkişaf edir.…

Read More
Gündəm 

Polis bu günlərdə gücləndirilmiş iş rejimində işləyəcək

Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb. “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə…

Read More
Cəmiyyət 

İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq

“Nağdsız sistemin genişlənməsi “Tarif menyusu”na keçidi sürətləndirəcək”. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib: “Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Amma hazırda burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq”. O əlavə edib…

Read More
Cəmiyyət 

Bakı metrosunda nasazlıq: Qatar gecikdi

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu barədə Musavat.com-a “Bakı Metropoliteni”ndən bildirilib. Qeyd edilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

Read More
Cəmiyyət 

Laza şəlaləsindən sel gəldi, körpü uçdu – Video

Qusar rayonunun Laza kəndinə sel gəlib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənddəki eyniadlı şəlalə istiqamətindən Qusarçayın başlanğıc nöqtəsi və kəndə doğru güclü sel gəlib. Nəticədə kənd ərazisindəki körpü uçub, yolları lil-palçıq qatı örtüb. Hadisə nəticəsində təsərrüfatlara, iş yerlərinə və bir neçə nəqliyyat vasitəsinə zərər dəyib. Həmin görüntüləri təqdim edirik:

Read More
Təhsil 

Xaricdə ali təhsil almış şəxslərin nəzərinə! – İmtahan tarixi açıqlandı

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək DİM-dən Musavat.com-a verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək. Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri…

Read More
Gündəm 

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə saziş imzalanıb

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. “APA-Economics” xəbər verir ki, əməkdaşlıq sazişi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə Əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanma mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi iştirak edərək sənədin şahidi olublar.

Read More
Cəmiyyət 

Kredit kartlarında yeni limitlər: Borclanma gəlirin 5 misli ilə məhdudlaşacaq

Vətəndaşlar artıq əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclana bilməyəcəklər. Yeni qaydalara əsasən, kredit kartları üzrə limit vətəndaşın rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Həmçinin, bu hesablamada vətəndaşın digər banklara olan kredit öhdəlikləri də nəzərə alınacaq. Əgər kredit kartının limiti gəlirdən 5 misli çoxdursa, bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmamaq şərti ilə verə bilər. Mərkəzi Bankın tətbiq etdiyi yeni tələblər banklara da birbaşa təsir edəcək. Məqsəd bankların kapitalını qorumaq və riskləri vaxtında dəyərləndirməkdir. Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən bank eksperti Asif İbrahimov bildirib…

Read More
Cəmiyyət 

Şəkər xəstəsi müayinəyə getdi, kardioloq və qastroenteroloqun pullarını oğurladı

Abşeron Rayon Mərkəzi Xəstəxanasında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun məlumatına görə, hadisə kardiologiya və stomatologiya şöbəsində olub. Naməlum şəxs kardiologiya şöbəsində həkim-kardioloqun otağından 450 manat pul və zərərçəkmişə məxsus 2 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və stomotologiya şöbəsindən isə 450 manat dəyərində “Xiaomi Redmi 11 Pro Max” markalı telefon oğurlayıb. Hadisə barədə hüuq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli blinən Qoşqar Dəmirov (ad və soyad şərtidir) saxlanılıb. Məlum olub ki, şəkər xəstəsi olan Qoşqar Dəmirov Abşeron Rayon Mərkəzi Xəsətəxanasına müraciət edib. Onu başqa xəstəxanaya yönəldiblər. Qoşqar Dəmirov isə isə…

Read More