Cəmiyyət 

Şəhid Xanbabanın bibisi: “Bircə onu deyib ki, vuruldum”

Baku TV antiterror əməliyyatında qəhrəmancasına şəhid olan Xanbaba Ələmmədov haqqında reportaj hazırlayıb. 16 günlük ikən anasını itirən Xanbaba bibisi və əmisinin himayəsində böyüyüb. Şəhidin əmisi Cahid Zülfüqarlı hərbi xidmətə getməyin onun arzusu olduğunu bildirib: “Birinci Qarabağ müharibəsində vuruşmuşam. Məndən necə döyüşdüyümü, yoldaşlarımız şəhid olanda nə etdiyimizi soruşurdu. Səhər tezdən yeməyini yeməmiş döyüşdə yaralanması ilə bağlı gördüyü yuxunu danışmağa başlayırdı”. Şəhidin bibisi Şəfiqə Ələmmədova isə Xanbabanın şəhid olma anından danışıb: “Bircə onu deyib ki, vuruldum. Sonra da söyləyib ki, mən gedirəm, komandir, qoy kəlimeyi-şəhadətimi deyim”. Daha ətraflı Baku TV-nin süjetində: oxu.az

Read More
Cəmiyyət 

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 1 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 99 milyon 691,1 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 1 milyon 36,9 min ABŞ dolları və ya 1,05 % çoxdur. Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ…

Read More
Hava 

Bəzi rayonlara qar yağacaq

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar…

Read More
Cəmiyyət 

İlin son Günəş tutulması başa çatıb

İlin ikinci və son Günəş tutulması başa çatıb. “Report”un xəbərinə görə, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub. Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.

Read More
Dünya 

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:05-də, 4,9 maqnitudalı qeydə alınıb. Zəlzələ İstanbul və İzmirdə hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur. Xatırladaq ki, avqustun 10-da Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Təbiət hadisəsi dağıntılara səbəb olub. Belə ki, 10 bina zərər çəkib. Bundan sonra da Sındırğı rayonunda daha bir neçə zəlzələ və avterşok qeydə alınıb.

Read More
Hadisə 

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb. “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayoba kəndi ərazisində baş verib. Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə, rayonun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev ağır xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Dünya 

İsrail Ordusu: Qəzza şəhərini 550 min nəfərdən çox sakin tərk edib

Qəzza şəhərini 550 mindən çox sakin tərk edib. “Report”un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti xəbər yayıb. “Bu günədək 550 mindən çox mülki şəxs Qəzza şəhərini tərk edərək cənuba köçüb. Eyni zamanda, 162, 98, 36-cı diviziyalar Qəzza şəhərinə girişlərini başa çatdırıb və şəhərdəki HƏMAS qalalarında fəaliyyətə başlayıblar”, – açıqlamada deyilir. Ordudan bildirilib ki, HƏMAS-ın mülki əhalinin cənubda hərəkətinə mane olmaq və mülki əhalidən terror fəaliyyəti üçün canlı qalxan kimi istifadə etmək” cəhdləri aşkarlanıb. “İsrail Ordusu Xan Yunisdə humanitar zonanın yaradılmasını da elan edib”, – mətbuat xidməti əlavə…

Read More
Dünya 

Almaniyanın ixracatında kəskin azalma müşahidə olunur

Almaniyada geosiyasi dəyişikliklər, ABŞ və Çinin aqressiv hərəkətləri səbəbindən müsbət ticarət balansı azalır. “Report” xəbər verir ki, bu nəticəyə Hans Bekler Fondunun Makroiqtisadiyyat və İqtisadi Dövrlərin Tədqiqi İnstitutunun (IMK) əməkdaşları gəliblər. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, yanvar-iyul aylarında ölkənin xarici ticarət balansı 21,2 faiz pisləşib. Enmə ixracın azalması və bir neçə ölkədən idxalın artması ilə izah edilib. Ən başlıca səbəb ABŞ və Çinə ixracatın azalması və bu ölkələrdən idxalın artması ilə bağlı olub. İnstitutun elmi direktoru Sebastian Dullien hesab edir ki, bu məlumatlar xarici ticarətdə Almaniya iqtisadiyyatının mövcud geoiqtisadi…

Read More
Dünya 

Almaniyanın hərbçisi: Ordu tezliklə dron əleyhinə sistemlərlə təchiz edilməlidir

Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) baş müfəttişi Karsten Broyer Rusiya PUA-ları ilə bağlı son insidentlər fonunda orduda ən son əks-dron sistemlərinin qısa zamanda istifadəyə verilməsinin vacibliyini bildirib. “Report”un məlumatına görə, bu barədə hərbi məmur DPA agentliyinə bildirib. “Mənə bir şey aydındır: nəhayət, yəqin bütün bunlar pilotsuz təyyarələrə qarşı pilotsuz təyyarələrdən istifadə etməklə nəticələnəcək”, -Broyer deyib. Onun sözlərinə görə, effektiv müdafiə yalnız müxtəlif imkanların birləşməsi ilə mümkündür. O, bir neçə ay ərzində irəliləyişin olacağını gözləyir. Broyer həmçinin Bundesverə sözdə baraj sursatların tətbiqi cədvəlinə işarə etdi. Bunlar çoxlu sayda hədəflərə yönəldilə bilən və…

Read More