Cəmiyyət 

Qarabağda önəmli layihələr: İşğaldan azad olunan ərazilərdə hansı işlər görülüb?

2023-cü il sentyabrın 19-20-də keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməklə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ölkə iqtisadiyyatına inteqrasiyasına başlanıldı. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlər sözügedən bölgələrdə iqtisadiyyatın bərpasına, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsinə geniş imkanlar yaradır. Görülən tədbirlər nəticəsində ərazidə 551 obyektin müvəqqəti istifadəyə verilməsi təmin edilib. Fəaliyyətə başlamış obyektlər üzrə üç mindən artıq şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqda iş yerlərinin sayı altı minə çatacaq. 122 saylı Xankəndi seçki dairəsindən Milli…

Read More
Cəmiyyət 

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Metbuat.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər

Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqamen ilə mətbuata birgə bəyanatı zamanı danışıb. Azərbaycan Prezidenti vurğulayıb ki, Heydər Əliyev Fondunun Ruandada təhsil proqramlarını dəstəkləmək şansı olub: “Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik”. Dövlət başçısı bunun Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola biləcəyini bildirib.

Read More
Cəmiyyət 

Bu xəstəlikdən 10–20 il əvvəl başlaya bilər – Tanınmış professordan ŞOK XƏBƏRDARLIQ

Son illərdə sürətlə artan Altsheymer xəstəliyi insanların gündəlik həyat bacarıqlarına təsir edərək onların müstəqilliyini itirməsinə səbəb olur. Musavat.com-un xəbərinə görə, professor Lütfü Hanoğlu bildirib ki, artıq xəstəlik bioloji diaqnostika üsulları ilə erkən mərhələdə aşkarlana bilir və beləliklə, yeni müalicə üsullarının təsiri daha yüksək olur. Həkim qeyd edib: “Son illərdə xəstəliyin gedişatını ləngidə bilən müalicə üsulları hazırlanıb. Ancaq bu müalicələr yalnız erkən diaqnoz qoyulmuş hallarda effektlidir”. Altsheymerin beyində “amiloid” və “tau” adlanan zülalların yığılması ilə yarandığını xatırladan professor bu proseslərin xəstəlik başlamadan 10–20 il əvvəl də baş verə biləcəyini bildirib. Onun sözlərinə görə, artıq Türkiyədə amiloid…

Read More
İdman 

“Formula 1”: Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Musavat.com-un məlumatına görə, əsas yarış saat 15:00-da start götürəcək. Ötən gün sıralama turunda “Red Bull” pilotu Maks Ferstappen birinci olub. “Uilyams”dan Karlos Sayns ikinci, “Reysinq Bulls”dan Liam Louson üçüncü yeri tutub. “Mercedes”dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb. Bu gün “Formula 2″də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:00-da başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni “Dams Lukas Oil”dən Cek Krouford göstərib. 20 döngə, 51 dövrədən ibarət olan…

Read More
Cəmiyyət 

Günəş tutulması ilə həyatları alt-üst olacaq 4 BÜRC

Sentyabr ayı səma hərəkətləri baxımından çox gərgin və transformasiya dövrü kimi formalaşıb. Sentyabrın 7-də Ay tutulmasından sonra, sentyabrın 21-də Qız bürcündə baş verəcək Günəş tutulması həyatımızda köklü dəyişikliklərin qapısını açır. Bu tutulma artıqlığı təmizləmək, sağlam rejimlər qurmaq və yaşayış yerlərimizi yenidən qurmaq üçün universal bir dəvətdir. Qız bürcünün təmsil etdiyi nizam, təmizlik, xidmət və sağlamlıq mövzuları bu tutulma ilə ön plana çıxır. Vərdişlərimizi araşdırmaq, pozulmuş vərdişlərdən imtina etmək və onları daha davamlı, sağlam sistemlərlə əvəz etmək ehtiyacı güclənəcək. Günəş tutulmasının təsiri yalnız bir neçə günlə məhdudlaşmayacaq; gələcək həftələrə və aylara…

Read More
Gündəm 

Paşinyanın sonrakı hakimiyyətə saxlayacağı miras – Ter-Petrosyan niyə “tüstülənir”?

Kapitulyant Ermənistanda sülh və müharibə tərəfdarları arasında rəqabət axırıncı həlledici mərhələsinə girib. Yeganə pozitiv budur ki, birincilər hakimiyyətdədir və ictimai dəstəkləri güclü olmasa da, radikal-revanşist müxalifətdən aşağı da deyil, yuxarıdır. Gözlənilən idi. Ağ Evdəki 8 avqust anlaşmalarından, o sırada sülh sənədinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı ortaq razılıqdan sonra “böyük ermənistan” xəyalpərəstlərinin hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Kilsə və xaricdəki lobbi də daxil, indi bu xəstə başları bir məsələ düşündürür: Paşinyan iqtidarını necə iqtidardan salmaq ki, sülh müqaviləsinin imzalanması mümkün olmasın… “Mən Ermənistanın növbəti hakimiyyətinə həsəd aparmıram. Nədən ki,…

Read More
Cəmiyyət 

Güclü külək əsir – Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı

Sentyabrın 21-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər, Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala, Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran, Tovuz, Balakən, Gədəbəy, Şahbuz,…

Read More