Siyasət 

İlham Əliyev Malta prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb. ARANTV.AZ  xəbər verir ki, məktubda qeyd edilib: “Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Read More
Maraqlı 

Günün ULDUZ FALI – Gərginliklər səbrinizi sınaya bilər

21 sentyabr üçün günün ulduz falını təqdim edirik: Qoç Bu gün emosiyalarınızı idarə etmək çətin ola bilər. İş və şəxsi həyatda kiçik gərginliklər səbrinizi sınaya bilər. Səhər saatlarında sakit gəzinti və ya meditasiya gününüzü yüngülləşdirə bilər. Maliyyə məsələlərinə diqqət edin, lazımsız xərclərdən çəkinin. Buğa Yeni tanışlıqlar və ya görüşlər iş və şəxsi həyatınıza müsbət təsir edə bilər. Əlaqələrdə dürüstlük və açıq ünsiyyət sizi uğura aparacaq. Sağlamlıqla bağlı kiçik problemlər yaranarsa, diqqətli olun. Əkizlər Səyahət və ya öyrənmə ilə bağlı fəaliyyətlər üçün əlverişli gündür. Yaradıcı layihələrdə uğurlar qazana bilərsiniz. Lakin informasiyanı…

Read More
Gündəm 

“Faciəvi təsadüf”ün xatırlanması – məkrli niyyət göz önündədir

Vətəndaşlarımız yaxşı xatırlayar, 2023-cü il 20 sentyabrında Qarabağın Canyataq kəndi yaxınlığında bir faciəvi hadisə baş vermişdi: necə olmuşdusa, rus sülhməramlıları atışma zamanı həlak olmuşdular. Həmin vaxt Azərbaycan hərbçiləri Xankəndi ətrafında cəmləşmiş Ermənistan hərbçilərinə qarşı lokal xüsusi əməliyyat keçirirdilər. Əməliyyatın keçiriləcəyi öncədən bəlliydi, rus komandanlığının da, şübhəsiz ki, bundan xəbəri vardı. Ancaq heç kəsin gözləmədiyi halda rus hərbçilər atəş nöqtəsində peyda olmuşdular və bu, faciəvi sonluqla bitmişdi. Bu, Azərbaycana, onun cari və strateji planlarına uyğun olmayan fors-major hal idi. Elə ona görə də Moskva, Kreml, Putin Azərbaycan hakimiyyətinin izahatını anlayışla qarşıladı.…

Read More
Gündəm 

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 2 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 721,1 min sərnişin daşınıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 min sərnişin və yaxud 2,4 % çoxdur. 8 ay ərzində hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 5 % və yaxud 13,6 min ton azalaraq 256,6 min ton olub. 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 158 milyon ton olub.…

Read More
Gündəm 

Azərbaycan düyü idxalını 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 38 min 807 ton düyü idxal edilib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həcmdə düyünün dəyəri 36 milyon 482 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımdan 9 milyon 323 min ABŞ dolları (19,3 %), dəyər baxımından isə 13 milyon 556 min ABŞ dolları (27 %) azdır. Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal 0,2 %-ini təşkil edib.

Read More
Kriminal 

Goranboyda qadın QƏTLƏ YETİRİLDİ: Həyat yoldaşı şübhəli bilinir

Goranboy rayonunda 36 yaşlı qadın qətlə yetirilib. Hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq öldürülüb. Qadını qətlə yetirməkdə onun həyat yoldaşı M.Əliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.//Oxu.az

Read More
Gündəm 

SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır?

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib. Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. “Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına, daha da möhkəmlənməsinə səbəb olacaq”, – deyə Müctəba…

Read More
Cəmiyyət 

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi – FOTO

Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Bu barədə Musavat.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub. Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq. Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində,…

Read More
Cəmiyyət 

Cəmi iki həftə bu qidadan imtina edin: Bədəninizdə şok dəyişikliklər baş verəcək

Mütəxəssislərin fikrincə, cəmi iki həftə şəkərdən imtina etmək insanın həm bədənində, həm də üzündə nəzərəçarpacaq dəyişikliklər yaradır. Amerikalı həzm sistemi üzrə mütəxəssis Sourab Sethi şəkərdən uzaqlaşmağın təsirlərini açıqlayıb. Onun sözlərinə görə, şəkərdən imtina üzün şişkinliyini azaldır, qarın və qaraciyər piylərinin azalmasına səbəb olur, bağırsaq mikrobiotasını tarazlayır, dəridə sızanaq və qırmızı ləkələrin azalmasına kömək edir. Çində aparılan araşdırma isə yüksək şəkərli qazlı içkilərin sızanaq riskini ciddi şəkildə artırdığını ortaya qoyub. Həddindən artıq şəkər həmçinin qaraciyərin yağlanmasına və orqanizmdə iltihab proseslərinin güclənməsinə səbəb olur. Diyetoloqlar xəbərdarlıq edirlər ki, şəkərdən imtinanın ilk günlərində…

Read More