Cəmiyyət 

Xəzərdə NƏ BAŞ VERİR? – Böyük zəlzələ OLACAQ?

Son həftələrdə Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə olunan seysmik aktivlik həm əhalini, həm də mütəxəssisləri ciddi şəkildə düşündürməyə başlayıb. Demək olar ki, hər gün, bəzən gün ərzində bir neçə dəfə qeydə alınan 3-dən 5 bala qədər gücündə olan yeraltı təkanlar “Xəzərdə nə baş verir?” sualını gündəmə gətirib. Yer qabığının dərinliklərində baş verən bu proseslər sadəcə təbii bir boşalma, yoxsa daha dağıdıcı bir zəlzələnin xəbərçisidir? Xəzərin mürəkkəb tektonik quruluşu və dəniz dibindəki aktiv qırılmalar bu cür ardıcıl aktivliyi həm gözlənilən, həm də sirli edir. İnsanlarda haqlı həyəcan yaradan bu zəlzələlərin tezliyi,…

Read More
Cəmiyyət 

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Musavat.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,93% azalaraq 4 742,65 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 2,44% ucuzlaşaraq 76,612 ABŞ dolları təşkil edib.

Read More
Sosial 

Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Musavat.com bu barədə nazirliyə istinadən xəbər verir. Onlardan 261 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub. Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin…

Read More
Cəmiyyət 

Alena Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. “İki sahil” xəbər verir ki, paylaşımda deyilir: “Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram”.    

Read More
Cəmiyyət 

Pravoslavlar Bakıda Pasxanı belə keçirdi – zəng səsləri, dualar və diriliş gecəsi

Bu gün Pravoslav Xristianlığı mənsubları dünyanın dörd bir yanında ən müqəddəs bayramlarından biri – Pasxa, yəni İsa Məsihin diriliş gününü böyük təntənə ilə qeyd edir. Xatırladaq ki, Roma Katolik Kilsəsi bu bayramı daha əvvəl, 5 aprel tarixində qeyd etmişdi. Bakıda yaşayan pravoslavlar üçün isə bu günün ünvanı dəyişmir, paytaxtın mərkəzində yerləşən Müqəddəs Məryəm – Mövlud kilsəsi. Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən bu kilsə Pasxa gecəsi və səhəri sözün əsl mənasında fərqli bir aləmə çevrilir. Gecədən başlayan ayinlər səhərə qədər davam edir. Musavat.com-un əməkdaşı olaraq, pravoslavların Pasxa ənənələrini daha yaxından…

Read More
Hava 

Sabahın havası ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLlĞI – Güclü yağış…

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb.  Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək…

Read More
Cəmiyyət 

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız olmalıdır?

Pensiyaya çıxmaq üçün bildiyimiz kimi kapital toplanılmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə qədər pensiya kapitalı tələb olunur? 1 fevral 2025-ci il tarixindən yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 46080 (144×320=) manatdır. 144- gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı; 320-minimum əmək pensiyasının məbləğidir. Qeyd edək ki, Azərbaycanda pensiya yaşı 65-dir. (Bizim.Media)

Read More
Cəmiyyət 

Bulvardakı zanbaqları kim bu hala salıb? – VİDEO

Dənizkənarı Milli Parkda yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Dağlalələri dibindən qoparılıb, lalə və zanbaqlardan ibarət olan hissədəki çiçəklər qırılıb. Paytaxt sakinləri gördükləri mənəzərədən təəssüf hissi keçirdiklərini deyirlər. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Əkbər Nağızadə isə belə bir halın ciddi ictimai qınağa səbəb olduğunu deyir. Əkbər Nağızadə qeyd edib ki, bu hal ərazinin estetik görünüşünə zərər vurmaqla yanaşı, sakinlərin də narazılığına səbəb olub. Ətraflı “Xəzər Xəbər”in materialında:

Read More