Cəmiyyət 

Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı – Video

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür./qafqazinfo.az/

Read More
Cəmiyyət 

Pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb. Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər. Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək? Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında…

Read More
Hava 

Hava kəskin PİSLƏŞƏCƏK

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv…

Read More
Sosial 

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK – AÇIQLAMA

Azərbaycanda “güzəştli pensiya” (yəni yaş həddi aşağı salınaraq pensiyaya çıxmaq hüququ) müəyyən kateqoriyalara aid şəxslərə verilir. Bu, əsasən ağır, zərərli və ya xüsusi şəraitdə işləyənlər, eləcə də sosial həssas qruplar üçün nəzərdə tutulub. 01.07.2017-ci il tarixindən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən kişilər və qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. Bəs burada pensiya hansı yaş həddində təyin olunur? “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununda baş vermiş 01.07.2017-ci il tarixində dəyişiklikdən sonra kişilər üçün tələb olunan yaş həddi 60,…

Read More
Hadisə 

Qayınana kürəkəninin dəfnində vəfat etdi – FOTO

İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib. Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib. Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib./qafqazinfo.az/

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə ÇAĞIRDI

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Read More
Hava 

Bəzi rayonlarda şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir. Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38, Qaxda 32, Şəkidə 31, Mingəçevirdə 23, Yevlaxda 19, Qəbələdə 18, Sədərəkdə 17, Goranboyda 15, Naftalanda 14, Şahbuz…

Read More