“Bir canım var, o da vətənə qurban olsun” – Fuad Nəcəfli danışdı
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub. Musavat.com xəbər verir ki, Teleqraf-a açıqlama verən Fuad Nəcəfli bildirib: “Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun”. Fuad Nəcəfli həmçinin vəzifədən azad olunmasına səbəb kimi mətbuatda yayılan xəbərlərə də münasibətini açıqlayıb: “Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam…
Read More