Gündəm 

Bayrağımız necə yaranıb?

Azərbaycanın üçrəngli Bayrağı xalqımızın müstəmləkəçiliyə qarşı apardığı siyasi mübarizənin nəticəsində ucaldılıb Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımızın tarixinə qısaca nəzər salaq. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə elan olunduqdan sonra qısa zamanda dövlətin atributları da təsis edildi. Amma bu gün hamımızın tanıdığı üçrəngli…

Read More
Gündəm 

Azərbaycan xalqı şanlı Zəfərlə əbədi fəxr edəcək

2020-ci il sentyabrın 27-də səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində…

Read More
Cəmiyyət 

Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib – FOTO

Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub. “Fire Land Group” tərəfindən təşkil olunan tədbir həm də “Mənim oğlum qəhrəmandır!” layihəsinin 5 illik yubileyinə təsadüf edib. Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin…

Read More
Cəmiyyət 

Ruben Vardanyanın Bakıdan oğluna etdiyi zəng ictimailəşdirildi – Bir caninin pafosu və gerçəklik…

Musavat.com xəbər verir ki, Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Rüben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “Artsax olub, var və olacaq”, “insan özündə işığı və xeyiri daşımalıdır” və “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır” kimi provokativ fikirlər səsləndirib. Vardanyan bu sözləri öz imzası ilə ictimailəşdirib. Musavat.com -a görə, bu bəyanatlar real vəziyyəti əks etdirmir və yalnız şəxsi emosional təsəlli xarakteri daşıyır. Rüben Vardanyan bir cinayətkardır: Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma…

Read More
Gündəm 

Rayonda 30 qəpik olsa da, Bakıda 2 manata satılır

Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığırlar. Lakin bu il hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə də yay aylarında müşahidə olunan quraqlıq məhsulun keyfiyyətinə mənfi təsir göstərib. Milli.Az xəbər verir ki, təsərrüfat sahibləri bildirirlər ki, yağışsız hava nəticəsində meyvələr xırda yetişib, bu isə bazarda satış qiymətlərini aşağı salıb. Bir çox kəndlərdə fermerlər əldə etdikləri gəlirin çəkilən zəhməti qarşılamadığını deyirlər. Məhsulun ucuzlaşması ilə yanaşı, saxlanma anbarlarının çatışmazlığı da vəziyyəti ağırlaşdırır. Fermerlərin sözlərinə görə, məhsulu uzun müddət saxlamaq mümkün olmadığından bir hissəsi zay olur. “Keçən il bazar qiymətləri bizi qane edirdi,…

Read More
Gündəm 

Qazaxıstan buğdasının ilk pilot partiyası Azərbaycan vasitəsilə Ermənistana göndərilibFOTO

Qazaxıstandan olan ərzaqlıq buğdanın ilk partiyası Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir. “Report” “Кazinform” agentliyinə istinadən xəbər verir ki, partiya oktyabrın 21-də Astanada Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev arasında əldə olunmuş razılaşmaların bir hissəsi olaraq həyata keçirilir.

Read More
İdman 

“Qarabağ”ın azlıqda qaldığı an – VİDEO

Hazırda davam edən “Qarabağ” – “Çelsi” oyununda yarımmüdafiəçi Kadi Borges zədələnib. Milli.Az xəbər verir ki, oyunun 31-ci dəqiqəsində Ağdam təmsilçisi məcburi əvəzetmə edib. Belə ki, “Çelsi”nin futbolçusu Mark Kukurelyanın kobud müdaxiləsi nəticəsində “Qarabağ”ın yarımmüdafiəçisi zədələnib və oyunu davam etdirə bilməyib. Onun yerinə meydana Emmanuel Addai daxil olub. Qeyd edək ki, Kadi meydandan çıxan zaman “Qarabağ” “Çelsi” ilə hesabı bərabərləşdirib.

Read More
İdman 

AFFA prezidenti “Qarabağ”ı təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda “Çelsi” (İngiltərə) ilə heç-heçə etməsi ilə bağlı təbrik edib. “Report” xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”, – R.Nəcəf yazıb. “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşıb. Tofiq Bəhramov adına…

Read More
İdman 

“Səsimi itirdim, səsim “Qarabağa” fəda olsun”

Səsimi itirdim, səsim “Qarabağa” fəda olsun Milli.Az xəbər verir ki, türkiyəli şərhçi Ertem Şener “Qarabağ” – “Çelsi” oyunundan sonra fikirlərini bölüşüb. “Hər şey möhtəşəm idi, azarkeşləri, “Qarabağ”ı təbrik edirəm. Səsimi itirdim, səsim “Qarabağa” fəda olsun. Məni dəvət etdikləri üçün təşkilatçılara təşəkkürlərimi bildirirəm.” deyə şərhçi əlavə edib.

Read More
İdman 

Qurban Qurbanov: “Çelsi” ilə matçda heç-heçəni uğurlu hesab edirik”

“Qarabağ” “Çelsi” (İngiltərə) ilə oyunda əldə edilən heç-heçəni uğurlu hesab sayır. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Mütəxəssis “Çelsi”yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb: “Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan bizim Zəfər bayramımız gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdiyi mübarizəni xüsusi vurğulayıram. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir”. O, “Qarabağ”ın cari mövsüm Çempionlar…

Read More