Cəmiyyət 

Monqol ƏTLƏRİ bazarda sürətlə YAYILIR: UCUZ qiymətin arxasında nə DAYANIR? – TƏHLÜKƏ VARMI?VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat kanalında yayımlanan Səhər Xəbər verilişində günün əsas mövzuları müzakirə olunub. Musavat.com xəbər verir ki, proqramda Monqol ətinin bazarda sürətlə yayılması və ucuz qiymətin arxasında dayanan səbəblər əsas müzakirə mövzularından biri olub. Daha ətraflı məlumat verilişin videosunda təqdim edilib.

Read More
Hadisə 

Gəncədə huşsuz vəziyyətdə xəstəxanaya gətirilən gənc ÖLDÜ

Gəncə şəhərində xəstəxanada ölüm faktı qeydə alınıb. Oxu.Az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada baş verib. Belə ki, şəhərin Məhsəti qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ə.Abbasov huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Gündəm 

Yanvaradək Rusiyanın 132 vaqon buğdası Azərbaycan ərazisindən Ermənistana çatdırılacaq

2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana Rusiyanın 132 vaqon buğdası çatdırılacaq. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi teleqram kanalında məlumat yayıb. İlk yük – 1 000 tondan çox taxıl – Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. Daşınma “Rusiya Dəmir Yolları” tərəfindən təşkil edilib. 15 vaqondan ibarət taxıldan ibarət qatar Azərbaycan ərazisindən Gürcüstan-Ermənistan sərhədini keçib və Cənubi Qafqaz dəmir yolunun “Dalarik” stansiyasına gedir. Nazirlik qeyd edib ki, yeni logistika marşrutunun təşkili Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu,…

Read More
Şou biznes 

Aşıq Telli ARB-nin əməkdaşına hücum etdi – ANBAAN VİDEO

Aşıq Telli Borçalı ilə ARB TV-nin Əcəmi adlı əməkdaşı arasında mübahisə yaşanıb. Buna səbəb ifaçının mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olub. Hadisə “Həmin Zaur” verilişi zamanı yaşanıb. Telli kulisə gələrək əməkdaşa hücum edib. Onları digər əməkdaşlar ayırıb. ARB-nin əməkdaşı baş vermiş hadisə ilə bağlı polisə müraciət edəcəyini bildirib. (Axşam.az)

Read More
Cəmiyyət 

Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlandı – VİDEO

  Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Həmin ətlərin konkret hansı şadlıq saraylarında qonaqlara verildiyi açıqlanmayıb. Bəs, bu ətlər hansı şadlıq evlərində qonaqlara təqdim edilib? Bakıda fəaliyyət göstərən şadlıq saraylarından birinin adminstratoru Sarvan Abdullayev bildiridi ki, hazırda işlədiyi məkanda ət və ət məhsullarının hamısı sertifkatlıdır və yerli heyvanların ətləridir. O, həmçinin…

Read More
İdman 

UEFA Çempionlar Liqası: “Qalatasaray” qalib gəlib, “Barselona” xal itirib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulub. “Report” xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Borussiya” səfərdə “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olub, “Barselona” – “Brügge” qarşılaşmasında qalib müəyyən edilməyib: 3:3. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 5 noyabr 21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 2:2 21:45. “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) – 1:0. 00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 4:1 00:00. “İnter”…

Read More
Cəmiyyət 

“İnsanlar anlamalıdırlar ki, orqan bağışlamaq ölüm deyil, əksinə, başqasına həyat bəxş etməkdir” – Tibbi ekspert

Orqan bağışlanması tibbi baxımdan insanların həyatını xilas edən ən mühüm addımlardan biridir. Bu proses həm fərdi, həm də ictimai sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Tibbi ekspert Elvin Qasımov BiG.AZ-a bildirib ki, bir donorun orqanları bir neçə insana həyat şansı bəxş edə bilər.Orqan çatışmazlığı səbəbindən hər il minlərlə insan həyatını itirir. Halbuki, beyin ölümü təsdiqlənmiş bir şəxsin orqanları 6-7 nəfərin həyatını xilas edə bilər. Bu, həm tibbi, həm də mənəvi baxımdan çox dəyərli addımdır: “Orqan bağışlanması zamanı donorun sağlamlığı, uyğunluğu və infeksiya riski ciddi şəkildə yoxlanılır. Bu, sadəcə tibbi əməliyyat deyil, həm…

Read More
Siyasət 

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. “İki sahil” xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir. Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə…

Read More
Sosial 

Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər – FOTO

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər. “İki sahil” xəbər verir ki,  ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir.…

Read More
Gündəm 

8 Noyabr- Zəfərin mənəvi və siyasi əhəmiyyəti

Azərbaycan tarixində 2020-ci ilin payızı xüsusi bir səhifə kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi və illərlə davam edən işğal siyasətinə son qoydu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də mənəvi, milli və siyasi müstəvilərdə dönüş nöqtəsi oldu. Azərbaycan xalqının tarixi iradəsi, milli həmrəyliyi və dövlət rəhbərliyinin strateji uzaqgörənliyi bu zəfəri mümkün etdi. Müstəqillik illərində Azərbaycan rəhbərliyi qarşısında ən mühüm məqsəd dövlətin möhkəmlənməsi və ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Prezident İlham Əliyev bu istiqamətdə mərhələli və uzunmüddətli strategiya həyata…

Read More