Siyasət 

Prezident onları təltif etdi- Siyahı

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Əfəndiyev Qalib Məmməd oğlu Əliyev Adil Abas Əli oğlu Kərimov Raqub Şahmar oğlu Məmmədbəyli Eldar Hüseynqulu oğlu Məmmədzadə İlham Ramiz oğlu “Şöhrət” ordeni ilə Əlquliyev Rasim Məhəmməd oğlu Feyzullayev Əkpər Əkpər oğlu Hüseynova İradə Məmməd qızı Şükürov Kərim Kərəm oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Abasov Səfa İslam oğlu Ayda Zadə Kamil Rəcəb oğlu Əliyev Əlövsət…

Read More
Gündəm 

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq. Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfəri zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri qüvvədə olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Bu xəbər təkcə bir logistika faktı deyil – Cənubi Qafqazda tarixi dönüş nöqtəsinin başlanğıcıdır. Çünki bu addımla Azərbaycan 30 illik qarşıdurmadan sonra real…

Read More
Cəmiyyət 

İki vəkil yeni vəzifəyə təyin olundu

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkiblərinə vəkil üzvlər təyin olunub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasına isə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev təyin edilib./Milli.az/

Read More
Siyasət 

Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfər Günün münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrik məktubunda qeyd olunub: “Zati-aliləri. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib. Bu əlamətdar hadisə, həmçinin Ermənistanla…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı təntənəli tədbir keçirib

YAP Bərdə rayon təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı təntənəli tədbir keçirib. YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Qələbəmizin 5-ci ildönümünə həsr edilmiş “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı təntənəli tədbir keçirib. Öncə tədbir iştirakçılarından biri qrupu, şəhid anaları və qazilər tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə “Böyük Qayıdış” mövzusunda görüş keçirilib.

Tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbində “8 Noyabr – Zəfər Günü” münasibəti ilə keçirilib. Öncə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindən səsləndirilib. Tədbiri giriş sözü ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz Həsənova açaraq gündəlikdə olan “Böyük Qayıdış” mövzusu…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda 8 Noyabr- Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam magistral yolunun kənarında (Uğurbəyli-Əliyanlı-Şirvanlı-Kətəlparaq kəndləri ərazisində) ümumilikdə 0.5 hektar sahədə ağacəkmə aksiyası keçirilib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında aparatın əməkdaşları, bələdiyyələr, İƏD üzrə nümayəndəliklərin işçiləri və rayon sakinləri fəal iştirak ediblər. Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib. Zəfər bayramı münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd eldar şamı əkilib.

Read More
Region Xəbərləri 

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib Fotolar

05 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Qarayazı Dövlət Təbiət Qoruğu Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.   Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qarayazı Dövlət Təbiət Qoruğu Ərazi Partiya Təşkilatının üzvləri, partiya fəalları, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Aksiya zamanı rayonun Muğanlı kəndinin ərazisində 240 ədəd müxtəlif növ ağac əkilib.   Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq…

Read More
Gündəm 

Dastana çevrilən Şuşa əməliyyatı

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Tarixi Zəfərimizdən bizləri beş  illik  zaman ayırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra  xalqa  müraciətində vurğulandığı kimi,  sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: “Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz…

Read More
Gündəm 

“Prezidentin Azərbaycan dili haqqında fikirləri sözün əsl mənasında gündəm yaratdı” – Qulu Məhərrəmli

Qulu Məhərrəmli: “Əvvəl rusca, indi ingilis, türk dilində danışanlar nəticə çıxarmalıdır” Azərbaycan dilinin saflığının qorunması məsələsi son illər ictimai diqqətin əsas mövzularından birinə çevrilib. Bu mövzu Prezident İlham Əliyevin də daim önəm verdiyi məsələlər sırasındadır. Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışında ana dilimizin qorunması ilə bağlı vacib fikirlər səsləndirib. Prezident vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcu olmalıdır. Prezident İlham Əliyev çıxışında bunları deyib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni,…

Read More