Siyasət 

“Bu ifadə güc xatirinə güc bəyannaməsi deyil”

“Azərbaycanda tarix uydurulmur, sənədlər, xəritələr və faktlara əsaslanır. Bu prinsip Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışının əsasını təşkil etdi. İlham Əliyev Cənubi Qafqazın tarixi reallıqlarını, ölkənin intellektual vəzifəsini qeyd etdi, həqiqəti emosiyalarla deyil, elm, sənədlər və faktlar vasitəsilə müdafiə etməkdən danışdı. Onun fikirləri aydın və açıq şəkildə ifadə edildi – onlar heç bir ərazi iddiası ilə bağlı deyil, tarixi ədalətin bərpası ilə bağlı idi”. Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib. O, açıqlamasında Prezident İlham Əliyevin çıxışından sitatlar gətirib: “Prezident vurğuladı ki, keçmişi müzakirə etmədən Qarabağ və…

Read More
Hava 

Sabah hava yağışlı olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq…

Read More
Cəmiyyət 

Pensiya ilə bağlı YENİLİK – ARTIRILIR

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci…

Read More
Siyasət 

Prezident onları TƏLTİF ETDİ – SİYAHI

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, sənəddə deyilir: “Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Əmək” ordeni ilə İsmayılov Elçin Əlpaşa oğlu “Tərəqqi” medalı ilə Aslanov Aslan Məmmədəli oğlu Bayramov Rizvan Fərmayıl oğlu Heydərov Mehman Səfiyar oğlu İbrahimov Əliqismət Sərdər oğlu Kazımov Sənan Məsim oğlu Məmmədov Bəxtiyar Miryusif oğlu Məmmədov Tural Cavanşir oğlu Yusubov Namiq Nəsrullah oğlu Zamanov Anar Arif oğlu.

Read More
Cəmiyyət 

Yağışda avtobus gözləyən sərnişinlərə AYNA-dan CAVAB

“Metronun “20 Yanvar” stansiyasının qarşısından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur”. Bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır: “Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur…

Read More
Cəmiyyət 

“Alıcı yoxdur, satıcılar narazıdır” – Bazardan REPORTAJFOTO

Son günlər bazarlarda ətin qiymətinin artmasından sonra meyvə qiymətlərinin də yüksəlməsi müzakirələrə səbəb olub. Musavat.com əməkdaşı “Qara Qarayev” metrostansiyası yaxınlığındakı bazara baş çəkib və qiymətlərlə maraqlanıb. Satıcılarla bu barədə danışdıqda isə onlar qiymət artımına az qala üsyan etdilər. “Qiymətlər elə də çox artmayıb, əksinə al-verimiz azalıb. Demək olar ki, alıcı yoxdur. Camaatın güzəranı yaxşı deyil ki, gəlmirlər. Bu boyda dükan 300–400 manat gəlir əldə edirik bir günə,” – deyə bir satıcı qəzəblə danışır. Digər piştaxtaya yaxınlaşanda isə vəziyyət daha dramatik idi. Orada işləyən xadimə satıcı ilə söhbətimizə müdaxilə edərək dedi:…

Read More
Siyasət 

Kreml narahatdır: Pekin Vaşinqtona “yaşıl işıq” yandırır?

“Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə bu səfərə ehtiyac duyub”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, səfərin ilk günündə bu ölkənin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Lakin sənəddə yeni heç nə yoxdur: “Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər. Sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var. Birincisi, Rusiya və Çin İkinci Dünya müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə…

Read More
Siyasət 

Sahibə Qafarova BraziliyadaFOTO

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliyanın Belem şəhərində işgüzar səfərdədir. Bu barədə Musavat.com-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində nümayəndə heyəti COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Read More
Cəmiyyət 

Ramiz Mehdiyevin sərvətinin taleyi necə olacaq? – AÇIQLAMA

Hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilən Ramiz Mehdiyevin bir çox mülklərə, var-dövlətə sahib olduğu sirr deyil. KİV-də bununla bağlı zaman-zaman müxtəlif siyahılar üzə çıxır. Bəs proses yekunlaşdıqdan sonra bu sərvətin taleyi necə olacaq? Bu barədə Demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, bununla bağlı qanunvericilikdə belə nəzərdə tutulur: “Həmin o əmlakların, pulların cinayət yolu ilə əldə edilməsi sübut edildikdən sonra hamısı dövlətin nəfinə keçirilə bilər. Əlbəttə ki, əvvəlcə bunların cinayət yolu ilə əldə edilməsi sübuta yetirilməlidir”.

Read More
Siyasət 

“Real Ermənistan” qurmaq istəyənlərə Göyçə dərsi, Qərbi Azərbaycan ədaləti…

Ermənistanın baş naziri Nikol Paşinyan “Orbeli 2025” forumunda Azərbaycan prezidentinə üçüncü dəfə təşəkkür etdi. Dövlətimizin başçısının Azərbaycan üzərindən Ermənistana yük daşınmasına qoyulan qadağanı ləğv etməsinə erməni baş nazirin reaksiyası bu dəfə revanşistləri belə, təəccübləndirmədi. Demək, çalışsalar, müalicə, həm də islah oluna bilərlər… Amma Paşinyan Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyində dilə gətirdiyi Göyçə həqiqətlərini doğru-düzgün əxz edə bilmədiyini nümayiş etdirdi. Bəlkə də ünvanlanan suala cavabında bilərəkdən söhbəti fərqli istiqamətə yönəltməyə çalışdı. Sitat: “Sualınız məni çətin vəziyyətdə qoyur. Sualınıza cavab verməzdən əvvəl mən seçim qarşısındayam: həqiqətən də vurğulamalıyam ki, Azərbaycan prezidentinin bu…

Read More