Şou biznes 

“Dirək var, amma işıq yanmır” – Mətanət gileylidir

Aparıcı Mətanət Əliverdiyeva Saray qəsəbəsində yolların işıqlandırılmamasından şikayətlənib. O, “Xəzər axşamı” verilişində həmin qəsəbənin Heydər Əliyev küçəsində işıq dirəklərinin olduğunu, lakin işığın yanmadığını bildirib: “İki gün əvvəl Bakıdan Saray qəsəbəsi istiqamətinə gedəndə dedim ki, bir daha bu yoldan istifadə etməyəcəyəm. Hər an təhlükəlidir. O cür işıq dirəkləri qoyublar, amma işığı yanmır. Maraqlandım ki, bəlkə həmin ərazi Sumqayıt Elektrik Şəbəkəsinin tabeliyindədir. Dedilər ki, xeyr, həmin hissəyə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi baxır. Bu dirəklər kimin üçündür? Bir dənə də olsun işıq yanmır və hər həftə orada qəza olur, niyə…

Read More
Cəmiyyət 

Afrikalı bəyə ərə gedən azərbaycanlı gəlinin sevinci gündəm oldu – VİDEO

Nigeriyalı bəylə ailə həyatı quran azərbaycanlı gəlinin sevincli görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub. Milli.Az xəbər verir ki, cütlüyün xoşbəxt anları izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 573 nikah rəsmiləşdirilib. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 715-i isə qadındır. Statistikaya əsasən, azərbaycanlıların daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və Pakistan vətəndaşları ilə ailə qurduqları qeyd olunub. Həmin xoşbəxt anları təqdim edirik:

Read More
Cəmiyyət 

Arayikgilin məhkəməsində prokurorların çıxışı başladı – Fotolar

  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib. “Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən…

Read More
Hadisə 

Saatda 220 – “Ay Elvin, tikəmizi də tapmayacaqlar, yavaş sür!” – ANBAAN VİDEO

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub. Məlumata görə, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib. Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb: “Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!” Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak…

Read More
Cəmiyyət 

Dabaq xəstəliyinə qarşı nəzarət gücləndirilir

Son günlər regionda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar artıb. Bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə profilaktik tədbirləri gücləndirib. Hazırda sahələrdə baytarlıq nəzarəti və monitorinq işləri davam etdirilir. Dabaq-əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinən, yüksək yoluxuculuğa malik virus mənşəli infeksion xəstəlikdir. Xəstəlik heyvanların məhsuldarlığını kəskin azaldır, süd və ət istehsalına ciddi zərbə vurur. İnfeksiya, həmçinin kənd təsərrüfatı iqtisadiyyatına böyük zərər yetirə, bəzi hallarda insanlar üçün də potensial təhlükə yarada bilər. Qeyd edək ki, dabaq xəstəliyi aşağı temperaturlu və rütubətli ərazilərdə uzun müddət…

Read More
Gündəm 

Göz gördüyündən qorxar…

Ermənistanda qarşıdurma pik həddə çatır Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidarla birləşmiş radikal müxalifət arasında təbliğat savaşı qızışır. Hökumət üsyana çağıran müxaliflərə qarşı həbslər apardıqca onun əleyhdarları hakimiyyəti nüfuzdan salmaq üçün əllərindən gələni edirlər. Müxaliflər saman çöpündən də yapışaraq ondan imdad gözləyirlər. Həbsdə olan oliqarx-milyarder, xarici dövlətin rezidenti Samvel Karapetyanın təsis etdiyi və seçkilərdə qələbəni təmin etməli olan “Bizim yolumuz” hərəkatının koordinatoru və “Taşir Capital” QSC-nin baş direktoru Narek Karapetyanın iddiasına görə, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (DXTK) onların elektrik enerjisi qiymətlərini endirmək təklifini rədd edib. O, bildirib: “Beş ay əvvəl biz DXTK…

Read More
Gündəm 

Xalqın iradəsindən Zəfərə gedən yol

8 Noyabr — Azərbaycan xalqının qəlbində silinməz iz qoymuş, milli tariximizi yeni səhifəyə açmış bir gündür. Bu tarix təkcə hərbi uğurun deyil, həm də dövlətçilik strategiyasının, milli siyasətin, diplomatik mübarizənin və xalq-ordu həmrəyliyinin uğurla nəticələndiyi geniş miqyaslı prosesin nəticəsidir. Zəfərə aparan yol təsadüfi olmayıb — bu yol illərlə davam edən siyasi, iqtisadi və hərbi siyasətlərin məntiqi nəticəsi idi. Tarixən azərbaycanlıların öz torpaqlarına, öz hüquqlarına qarşı yönəlmiş təzyiqlər, deportasiyalar və etnik təzyiqlər xalqın yaddaşında dərin yaralar açmışdır. Bu acı xatirələr və 30 ilə yaxın davam edən məcburi köçkünlük vəziyyəti Azərbaycan cəmiyyətində…

Read More
Cəmiyyət 

Azərbaycanda yeni dövrün təhlükəsizlik sınağı – Süni intellekt

Prezident İlham Əliyev: …kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir XXI əsrin ən önəmli texnoloji hadisəsi olan süni intellect (AI), bütün dünyada ciddi dəyişikliklərə səbəb olur. ChatGPT kimi generativ süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi inqilabi kəşfdir. AI, cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edərək insan fəaliyyətinin formasını dəyişdirir. O, mətnlər yaradır, xəbər və məqalələrdən tutmuş kitabların yazılmasına qədər yaradıcı proseslərdə iştirak edir. Musiqi bəstələyir, rəsm əsərləri və animasiya nümunələri ərsəyə gətirir. Texnologiyanın imkanları təkcə yaradıcı sferalarla məhdudlaşmır: o, səsli yazıları mətnə çevirir, tibbi diaqnostikada…

Read More
Gündəm 

Cəbrayıl və Zəngilandakı bərpaolunan enerjinin həcmi 400 meqavata çatdırılacaq

Bu, böyük bir şəhərin enerji tələbatını ödəməyə imkan verəcək Ölkəmiz enerji resursları ilə zəngin olmasına və dünyada bu  resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, həmişə bərpaolunan enerji mənbələrindən istifadəni diqqət mərkəzində saxlayıb.  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsindən ibarətdir. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Hazırda respublikamızda 28 giqavat gücündə bərpaolunan enerji potensialının reallaşdırılması üzərində çalışır. Başlıca hədəf  2030-cu ilə qədər bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış güclərin ümumi enerji balansında payını 30 faizə…

Read More
Gündəm 

Azərbaycanlıların indiki Ermənistana qayıtması erməni xalqını qorxutmamalıdır

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.  Soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu…

Read More