İdman 

“50 manatdan aşağı bilet yoxdur” – VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq rekord səviyyədədir. Musavat.com xəbər verir ki, biletlər satışa çıxarıldığı andan bir neçə saniyə ərzində tükənib. Bundan sonra biletlər “qara bazar”da 2–3 dəfə baha qiymətə təklif olunmağa başlayıb. Azarkeşlərin sözlərinə görə, 10 manatlıq biletlər hazırda 35–50 manat aralığında satılır və oyun tarixi yaxınlaşdıqca qiymətlər daha da yüksəlir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün polis tərəfindən tədbirlər görülür. Xatırladaq ki, “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev daha…

Read More
Dünya 

İsraildə terrorçuların edam edilməsi haqqında qanun birinci oxunuşda təsdiqlənib

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. “Report” xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı “Yəhudi Gücü” partiyasından olan deputat Limor Son Har-Melex təklif edib. “The Jerusalem Post” qəzetinin yazdığına görə, sənəd qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə (bu əməl irqçilik motivləri və ya əhalinin müəyyən qrupuna nifrət zəminində törədildikdə – Qeyd) səbəb olan istənilən şəxsə…

Read More
Gündəm 

8 Noyabr – Qürur və Zəfər Günümüz

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri – 8 Noyabr Zəfər Günü xalqımızın əzmini, birliyini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün təkcə bir qələbənin deyil, əsrlər boyu çəkilən həsrətin sona çatmasının, ədalətin bərpasının, Vətənin bütövlüyünün simvoludur. 2020-ci ilin həmin noyabr günündə Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Düşmən üzərində bu möhtəşəm qələbə milli ruhun, igidliyin və birliyin təntənəsi oldu. Şuşanın azad edilməsi ilə həm tarixi, həm mənəvi, həm də milli kimliyimiz öz yerinə qayıtdı. “Şuşasız Qarabağ, Qarabağsız…

Read More
Gündəm 

Xalqı mübarizəyə səsləyən çağırış – ŞƏRH

2 noyabr 1993-cü ildə  Prezident Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət edərək ölkə əhalisini Ermənistan ordusunun işğalçı hücumlarına qarşı səfərbərliyə çağırıb. Müraciətindən sonra minlərlə insan Milli Orduya səfərbər olunub. Qeyd edək ki, bu tarixi müraciət Ermənistanın hərbi təcavüzünün başladığı gündən dövlət rəhbəri səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, səfərbər olmağa çağıran ilk çağırış olub.  Bu tarixi çıxışında Ulu Öndər dövlətçiliyin mühüm atributlarından biri olan ordunun böhran vəziyyətinə gətirilməsinin səbəb və səbəbkarlarından geniş söhbət açmış, yeni silahlı qüvvələrimizin yaradılması üçün xalqın və dövlətin qarşısında dayanan vəzifələrdən danışmışdı. Ümummilli Lider, həmçinin…

Read More
Gündəm 

Yetişmiş sosial sifariş – RƏY

Müasir ictimai və iqtisadi münasibətlər sistemlərində “sosial sifariş” olduqca mühüm amil hesab olunur. “Sosial sifariş” elə bir təkzibolunmaz arqumentdir ki, onun konkret bir cəmiyyətdə yetişməsi qaçılmaz olaraq dövlət siyasətinin bu və ya digər istiqamətində müvafiq korrelyasiyaların aparılmasını zəruri edir. Dünya ölkələrinin təcrübəsinə müraciət etsək görə bilərik ki, yetişmiş sosial sifarişin mövcudluğu dövlət aparatı üçün eyni zamanda müəyyən indikator rolunu oynayır. Belə ki, statistik göstəriciləri təhrif və etibarsız elan etmək mümkün olduğu halda cəmiyyətdə konkret məsələ ilə bağlı yetişmiş “sosial sifarişi” simulyasiya etmək çox çətin və kifayət qədər “bahalı” işdir. İstənilən…

Read More
Cəmiyyət 

4 günlük tətil başlayır – Bu tarixdən

Bu həftəsonundan etibarən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

Read More
Hava 

Hava kəskin DƏYİŞƏCƏK – PROQNOZ

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti,…

Read More
Hava 

Bakıda və rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Read More
Siyasət 

İlham Əliyev AMEA-nın kürsüsündən MÜHÜM MESAJLAR VERDİ – TAM MƏTN

Azərbaycan Milli Elmlər Akademiyasının noyabrın 3-də 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşüb. Sonra Prezident İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Hörmətli alimlər. Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra…

Read More