İlham Əliyev: “İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur”
Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bildirib. “Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul (ÜDM) çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir”, – deyə o qeyd edib. Dövlət başçısının sözlərinə görə, bu gün dünyanın aparıcı reytinq agentlikləri – iki aparıcı beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini qaldırıb…
Read More