Cəmiyyət 

“Art Weekend” çərçivəsində “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim edilib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub. “İki sahil” xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib. “DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub. COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin…

Read More
Cəmiyyət 

Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub. “İki sahil” xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər. Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib. “İki sahil” xəbər verir ki,  IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir. Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sonra konfransın açılış mərasimində çıxış edən Leyla…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir – Qənbər kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir, ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi? Mövcud qanunvericiliyə görə, ev dustaqları (elektron qolbaqla ev dustaqlığında olan şəxslər) müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər, lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır. Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə…

Read More
Gündəm 

Bir gün zirvədə, sabah dibdə: Gələcəyin pulu, yoxsa əsəblərin sınağı?

Kriptovalyuta bəziləri tərəfindən “gələcəyin pulu”, bəziləri tərəfindən isə “əsəblərin sınaq meydanı” kimi xarakterizə edilir. Virtual olmasına baxmayaraq, o, real dünyada ciddi təsir göstərməkdə davam edir. Bir gün qiyməti zirvədə, digər gün isə dibdə olan bu valyutaların ticarəti investorları həyəcanla izləməyə və bəzən çox yüksək risklərə atılmağa məcbur edir. Kriptovalyutalar səbəbindən bəzi insanlar hətta həyatlarına son qoyublar. Buna baxmayaraq, bu sahəyə maraq hələ də azalmır. Kriptovalyutaların gətirdiyi stres və psixoloji yük haqqında danışan kriptovalyuta investoru Murad Cəfərli uzun illərdir ki, bu bazarda fəaliyyət göstərdiyini bildirib. O, bütün sərmayəsini kriptovalyutaya yönəldib və…

Read More
Hadisə 

Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; – 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər – 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər. Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır. *** Göygöl rayonunda avtomobil qəzası olub. “Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha…

Read More
Gündəm 

Əcnəbilər biçir, azərbaycanlılar isə işsizdir – Pakistanlılar ölkəmizin əmək bazarını belə tutur

Azərbaycanda kənd təsərrüfatının əsas problemi artıq torpaq və texnika çatışmazlığı deyil, əmək qüvvəsinin azlığıdır. Fermerlər məhsul əkir, amma biçməyə adam tapmadıqlarını iddia edirlər. Ənənəvi olaraq kəndin gəncləri üçün “müvəqqəti qazanc” sayılan tarlada işləmək maraqlı deyil. Bu boşluğu isə getdikcə xarici işçilər, əsasən Pakistan və Banqladeşdən gələnlər doldurur. Görəsən, yerli işçilər niyə tarlada işləməyə maraq göstərmir? Fermerlərin “işçi tapa bilmirik” deməsinin iqtisadi səbəbi nədir? Əmək bazarında balans niyə pozulub? Xarici ölkə vətəndaşlarının kənd təsərrüfatına cəlb edilməsi iqtisadi baxımdan müsbət addımdır, yoxsa risklidir? Bu tendensiya davam edərsə, 5-10 ildən sonra kənd təsərrüfatı…

Read More
Hava 

Sabah bəzi yerlərə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim…

Read More
Gündəm 

Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb. “Report” xəbər verir ki, paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Read More
Gündəm 

Düşmən Azərbaycan ordusunu dayandırmaq üçün görün hansı yollara əl atıb – Postlardan GÖRÜNTÜLƏR

AzTV xəbər komandası 30 ildən artıq müddətdə düşmən nəzarətində olan ərazilərimizdə — keçmiş döyüş postlarından eksklüziv görüntülər təqdim edib. Ağdam rayonunda çəkilən bu görüntülərdə düşmənin uzun müddət müşahidə və atəş nöqtəsi kimi istifadə etdiyi mövqelər, səngər strukturu və qurulan rabitə sistemləri əks olunub. Səngərlər əsasən kustar üsulla hazırlanmış beton dirəklərlə möhkəmləndirilib. Eyni zamanda, ermənilərin borulardan hazırladığı partlayıcı qurğuların bəziləri hələ də ərazidə qalmaqdadır.

Read More