Cəmiyyət 

Yuliya Pasternak bu dövlət qurumunda yüksək vəzifəyə təyin edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə yeni təyinat olub. Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Yuliya Pasternak “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Yuliya Pasternak 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinin rəhbəri, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə alıb. Qeyd edək ki, “İçərişəhər”…

Read More
Siyasət 

Bakının “İbrahim sazişləri”nə qoşulması yenə ertələndi

Avropalı ravvinlərin Azərbaycan paytaxtında keçirilməsi planlaşdırılan toplantısı niyə təxirə salındı?  Noyabrın 3-6-da avropalı ravvinlərin Bakıda keçirilməsi planlaşdırılan toplantısı gözlənilmədən təxirə salınıb. Tədbirdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı gözlənilirdi.  Minval.info xəbər verir ki, tədbirin ləğv səbəbləri və mümkün yeni tarix açıqlanmayıb. Forumun gündəliyinə İsrailin dörd ərəb ölkəsi ilə sülh müqavilələri imzaladığı “İbrahim sazişi”nin  genişləndirilməsi də vardır. Bu dəfə müzakirə Azərbaycanın onlara qoşulmasının mümkünlüyü, eləcə də dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizəyə həsr olunacağı deyilirdi. Avropalı ravvinlərin həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu…

Read More
Siyasət 

İşğalçı ordunun “qabığını” dəyişmək niyyəti

Ermənistanın baş naziri və müdafiə nazirindən ordu ilə bağlı təzadlı açıqlamalar – hansı yalan demir…   “Ermənistan ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda heç bir missiyası yoxdur”.  Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.  “Biz gündəlik iş söhbətlərində “döyüşə hazır ordu” anlayışının dəyişdirilməsini və “müdafiə oluna bilən ordu” kimi yenidən formalaşdırılmasını çox vacib hesab edirik. “Döyüşə hazır ordu” dedikdə, potensial döyüşün harada baş verə biləcəyini qeyd etmirik. Bu konteksti vurğulamaq bizim üçün çox vacibdir: Ermənistan ordusu müdafiə oluna bilən…

Read More
Siyasət 

Mehdiyev oradan necə yıxıldı?

PA-nın sabiq rəhbərinin “haqqını vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”, çünki… Mehdiyev mövzusu ikinci həftədir ki, oxucu reytinqinə görə zirvədədir, üstəlik bu yerini hələ müəyyən müddət saxlaya da bilər. Əsasən, qeyri-rəsmi mənbələrə istinad edilərək tirajlanan mövzuya hədsiz maraq səbəbsiz deyil. Sorğu keçirib bu mövzunu reytinq zirvəsində saxlayan sosial təbəqəni müəyyənləşdirmək maraqlı araşdırma olardı. Gənc, yəni son illərin dəbdə olan ifafəsi ilə desək “Z nəsli”nin Mehdiyevin ətrafında cərəyan edənlərə xüsusi diqqəti inandırıcı deyil. Məhəmməd Əmini belə tanımayanların(az olsa da, belələri də var) Mehdiyev haqda…

Read More
Siyasət 

Milli Məclisdə beynəlxalq parlament konfransı başladı

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı işə başlayıb. Tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

Read More
Gündəm 

Bu zənglərə və keçidlərə aldanmayın! – DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

Polis vətəndaşlara şübhəli zənglərə və keçidlərə aldanmamaları üçün xəbərdarlıq edib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Qeyd olunub ki, kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələri heç kimə verilməməlidir: “Kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və…

Read More
Gündəm 

Amnistiya ilin sonunda elan oluna bilər

Milli Məclis üzvləri də amnistiya ilə bağlı qərar olacağını gözləyirlər  Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir.  Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub.…

Read More
Cəmiyyət 

Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır – VİDEO

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək. Ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər. Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir. Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq. Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış…

Read More
Cəmiyyət 

Azərbaycanı “dinsiz ölkə” siyahısına kim(lər) daxil edib?

Dindarlardan etiraz: “Əsassız məlumatı yayanlar araşdırılmalıdır”; ekspert: “Ölkə əhalisinin 99 faizinin etiqadı var, 10-15 faizi isə dindardır” Son günlər sosial mediada və bəzi xəbər portallarında ABŞ-nin “Pew” Araşdırma Mərkəzinə istinad edildiyi deyilərək, dünyanın ən az dindar ölkələrinin siyahısı paylaşılıb. İddialara görə, Çin birinci yerdə qərarlaşır, Avropa və Asiyadan bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu siyahının ilk onluğunda yer alır. Məlumatda bildirilir ki, Azərbaycan 64% göstərici ilə dünyanın ən az dindar ölkələri sırasında 5-ci yerdədir. Həmçinin Norveçdə insanların 62, Belçikada 64, İsveçdə isə 73 faizinin dini inanca malik olmadığı…

Read More