Cəmiyyət 

Dünya qəzetləri “sağ qalmağın” yolunu tapdı, bəs Azərbaycan? – Media kapitanlarından AÇIQLAMA

Dünya mətbuatı tarixində elə bir dövr yaşanır ki, “kağız qoxulu xəbər” artıq nostalji hissi doğurur. Texnologiya əsri, sosial media, onlayn platformalar – hamısı birlikdə qəzetlərin “oxucu payını” ələ alıb. Amma maraqlıdır ki, bəzi ölkələr bu reallığı məğlubiyyət kimi qəbul etməyib, əksinə, qəzetçiliyi yeni şəraitə uyğunlaşdıraraq onu yaşatmağın yollarını tapıblar. Ən uğurlu nümunələrdən biri İsveç, Almaniya və Böyük Britaniyadır. Bu ölkələrdə qəzetlər yalnız çapa deyil, paralel şəkildə rəqəmsal platformalara da sərmayə qoydu. Məsələn, “The Guardian” uzun illərdir oxuculardan könüllü dəstək sistemi ilə – “supporter membership” modeli ilə maliyyələşir. Yəni oxucu istəsə,…

Read More
Cəmiyyət 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Ookla” şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Ookla” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Tristan Muhader ilə görüş keçirib. Görüşdə “Ookla” şirkətinin İKT sahəsində əməkdaşlıq üçün təklifləri təqdim olunub, 2025-ci ilin iyun ayında Bakıda keçirilən görüş zamanı Nazirlik tərəfindən qaldırılan məsələlər müzakirə edilib. Həmçinin Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı üzrə görülən işlər, ölkəmizi telekommunikasiya və rəqəmsal infrastruktur investisiyaları üçün daha cəlbedici məkana çevirmək, rəqəmsal iqtisadiyyatın dəstəklənməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Ookla” şirkətinin qlobal təcrübəsi və analitik imkanlarının Azərbaycanın bu sahədəki məqsədlərinə töhfəsi araşdırılır.

Read More
Gündəm 

“Sevan” yox, Göyçə!!!

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) çıxışında Göyçədən bəhs etməsi mərhum Heydər Əliyevin təxminən 25 il əvvəl, İran prezidenti Məhəmməd Hatəmi ilə görüş zamanı Xəzərə “Mazandaran gölü” deyən iranlı jurnalistə verdiyi cavabı xatırlatdı. O zaman dövlətimizin başçısı “Siz hörmətli jurnalist, sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə bir səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram. Xahiş edirəm, mənə tanıdasınız”, deyərək fars şovinistlərini susdurmuşdu. Hətta Hatəminin “Siz tərəfdə Xəzərə Qəzvin gölü, İranda isə Mazan­daran…

Read More
Cəmiyyət 

Bu il məzun olacaqdı… – Fotolar

Xəbər verdiyimiz kimi, dünən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub. İdarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb. Hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdül İsbi Alıyev 11-ci sinif şagirdi imiş. Əldə etdiyimiz məlumata görə, o, Göygöl rayonu Qızılca Kənd Rafiq Məmmədov adına 2 Nömrəli tam orta məktəbdə təhsil alırmış. Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub.//“Qafqazinfo” Fotoda: Elvin Məmmədov Fotoda: İsbi Alıyev

Read More
Cəmiyyət 

Sadıq Sadıqov vəzifəsindən azad edidli

“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub. İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib. Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib. (report)

Read More
Cəmiyyət 

Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. “3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur. Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə – A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış…

Read More
Cəmiyyət 

Azərbaycan və Rumıniya arasında audiovizual sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan nümayəndə heyəti Rumıniyanın Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə görüşüb. Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər nümayəndələr iştirak ediblər. AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Valentin-Aleksandru Jukan bildirib ki, Rumıniya media məkanında informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və gənc jurnalistlərin təlim proqramları prioritet istiqamətlərdəndir. O,…

Read More
Gündəm 

Avropa İttifaqı ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər. AZƏRTAC xəbər verir ki, söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub. Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin…

Read More
Cəmiyyət 

Şəhidlərin ildönümlərində xatirələri anılıb

03 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Rusif Asim oğlunun və Yolçuyev Azad Nizami oğlunun ildönümlərində əziz xatirələri yad olunub. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xətai və Kolayır kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar. Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül…

Read More
Region Xəbərləri 

Qars, Ərzurum və İğdırdan olan jurnalistlər Qarabağa səfər ediblər- FOTO 

Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər.   Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar. Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Media nümayəndələrinə XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən Əsgəran qalası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qala Qarabağ xanlığının şərq qapısı kimi tanınıb…

Read More