Siyasət 

SON DƏQİQƏ: İcra başçısı vəzifəsindən azad edildi – Prezidentdən SƏRƏNCAM

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Read More
Gündəm 

ABŞ Azərbaycan sülhməramlılarını Qəzzaya cəlb etmək istəyir, Bakının cavabı necə olacaq?

ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Bu barədə Report.az “AnewZ” kanalına istinadən yazıb. Məlumata görə, Bakı hələ yekun qərar qəbul etməyib. Mənbə qeyd edir ki, Azərbaycanın mövqeyi qətidir: “Hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır”. Telekanal xatırladır ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil. Mənbə, həmçinin bildirib ki, ərəb tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələrə və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar. Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a…

Read More
Hadisə 

Azərbaycanda toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var

Naxçıvanda toyda kütləvi dava olub. Hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib. Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb. Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis…

Read More
Cəmiyyət 

Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər – FOTOFAKT

Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyi məlum olub. Bu barədə məlumatı lent.az yayıb. Bildirilib ki, davamiyyətlə bağlı qeydlər məktəbin ənənəvi kağız jurnalında aparılıb. Məlumata əsasən, sözügedən jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur. Hərçənd jurnalda sinif səviyyəsi göstərilməsə də, “Coğrafiya” və “İnformatika” fənləri üzrə sentyabr-oktyabr aylarının davamiyyət qeydləri şagirdlərin 90 faizindən çoxunun bu müddət ərzində dərsə qatılmadığını göstərir. Hazırda məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. İdarədən məsələyə münasibət bildirilməsi gözlənilir.

Read More
Gündəm 

Omanda səfirlik açıldı, Azərbaycanın Yaxın Şərqdəki diplomatik xəritəsi genişlənir

Oktyabrın 29-da Oman Sultanlığının paytaxtı Maskat şəhərində Azərbaycan Respublikasının Səfirliyinin rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Omanın xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi iştirak edib. Musavat.com-un araşdırmasına görə, bununla da Azərbaycanın Yaxın Şərqdəki səfirliklərinin sayı 11-ə çatıb. Azərbaycanın Suriyadakı səfirliyi bu ilin fevral ayında fəaliyyətini bərpa edib. Hazırda səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynovdur. Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyi 1997-ci ildə təsis edilib. 2022-ci ildən bu ölkədəki səfirimiz Elçin Bağırovdur. Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi 2006-cı ildə açılıb. Prezidentin sərəncamı ilə…

Read More
Gündəm 

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşdü

30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. XİN-dən Musavat.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb. Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə…

Read More
Siyasət 

Zəngəzur dəhlizi iləb ağlı mühüm gəlişmə

ABŞ Dövlət Departamentinin açıqlaması prosesin yeni mərhələyə adlamasından xəbər verir; Kreml əngəl törədə bilərmi?   Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Zəngəzur dəhlizi ilə bağlı çağırış etdikdən sonra həm Ermənistanda, həm də digər ölkələrdə 8 avqust razılaşması ilə bağlı hərəkətlilik müşahidə olunmaqdadır. Xatırladaq ki, dövlətimizin başçısı “Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”, – deyə xəbərdar etmişdi. Prezident daha sonra digər ölkələrin də öhdəliklərini xatırlatmışdı. Sitat: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində…

Read More
Gündəm 

Azərbaycan təhsilində “Batka” modeli – şərh

Kamran Əsədov hesab edir ki, peşə təhsilinin yalnız nəzəri yönü deyil, həm də istehsal və iqtisadi reallıqlara uyğun praktiki mahiyyəti güclənməlidir “Azərbaycanla Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq mühüm istiqamət kimi dəyərləndirilir”. Bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib. İclasda 2024-2025-ci illər üçün birgə fəaliyyət planının icrasının davam etdiyi, Bakıda “Qida texnologiyası” ixtisası üzrə Belarus tədris modeli əsasında kadr hazırlığı həyata keçiriləcəyini vurğulayıblar. Eyni zamanda Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib. Belarus özlüyündə sovet ənənələrini və sistemini…

Read More
Cəmiyyət 

Qubaya 10 sm qar yağdı (VİDEO)

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir. Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir. Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron…

Read More
Cəmiyyət 

Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin edilib. “İki sahil” xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib. Onun sözlərinə görə, bu mərhələdə istifadəyə veriləcək evlərin sayı 103 ədəd təşkil edir. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə…

Read More