Siyasət 

İlham Əliyev İmişliyə getdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul – malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və…

Read More
Gündəm 

Azərbaycanda da güclü zəlzələ olacaq? – AÇIQLAMA

Qardaş Türkiyədə Balıkesirdə baş verən zəlzələnin Azərbaycana hər hansı təsiri yoxdu. Balıkesirdə bu ilin avqust ayında da zəlzələ olmuşdu. Həmin ərazi Türkiyənin seysmik baxımdan aktiv bölgələrindən biridi. Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib. O qeyd edib ki, bu saata qədər Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb: “Azərbaycandakı vəziyyətə bildirmək istəyirəm ki, bizim ərazimiz də aktiv bölgədir. Vaxtaşırı bizim ərazilərimizdə də maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ…

Read More
Cəmiyyət 

Həmin şəxslərin pensiyası dayandırılır – AÇIQLAMA

86 yaşlı qadının pensiyası sənədlərdəki kiçik uyğunsuzluğa görə dayandırılıb. Sənədlərdəki ad və doğum tarixi fərqi onun sosial ödəniş almasına mane olub. Qadın bildirir ki, illərlə yığılan stajına baxmayaraq, bu xırda səhvə görə ödəniş verilməsi dayandırılıb. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müfadiə Nazirliyindən bildirildi ki, Nərgiz Kərimovanın yaşa görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün bu ilin iyul ayından dayandırılıb: “Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi ödənişlər vətəndaşla münasibətdə şəxsiyyət vəsiqəsinə bağlıdır. Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil”. Mövzu ilə…

Read More
Siyasət 

Prezident: Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır

Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib. Dövlət başçısı qeyd edib: “Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır”.

Read More
Siyasət 

Prezident: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib. Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: “Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.

Read More
Siyasət 

Ceyhun Bayramov Omana GETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb. Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

Read More
Cəmiyyət 

Bakıda “Şirinquş”lar peyda olub – əməkdaşlarımızın gördükləri – FOTOLAR

O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi. O xoruz formasında bərk şəkərlər — sanki uşaqlığımızın öz dadı idi. Qırmızı, narıncı, bəzən qəhvəyi rəngdə, işığın altında bal kimi parlayan o “Şirinquş”lar əlimizə yapışardı. Ən çox da məktəbdən qayıdanda, cibimizdə qalan 20 qəpiyə o xoruzdan almaq dünyanın ən böyük xoşbəxtliyi idi.…

Read More
Hadisə 

Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı

Bakıda həbsxanada insident yaşanıb. Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 32 yaşlı məhkum Ömər Səfərov (ad və soyad şərtidir) kəsici alətlə (biz) qarnına xəsarət yetirib. Nəticədə biz onun qarnında qalıb və Xidmətin Müalicə Müəssisəsində cərrahi müdaxilə ilə çıxarılıb. Bu əməlinə görə Ömər Səfərov barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (həbsxanada və ya istintaq təcridxanasında məhkumu qadağan olunmuş əşyanı hazırlaması, saxlaması və ya istifadə etməsi) maddəsilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onunla görüşə gələn atası elektrikli üzqırxan gətirib: “Lakin həmin əşyanı götürməyimə icazə verməyib geri qaytardılar. Əməkdaşlara dedim…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi – VİDEO

Azərbaycan ilə Serbiyanın Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib. NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına,…

Read More
Sosial 

70 yaşı var, hər gün 6 mağazanı süpürür: Bakını təmizləyən o qadın kimdir? – Reportaj

Neftçilər metrostansiyasının yaxınlığındakı dükanların qarşısından hər gün bir qadın keçir. Əlində süpürgə, başı aşağı, sakit və təmkinli. Kiminin yanından gülümsəyərək keçir, kiminə başı ilə salam verir. Onun bu sükunətində bir ömür var – sanki illərin zəhməti, səssiz dözümü və alın təri süpürgəsinə hopub. Hər səhər kimi bu gün də onu gördüm. Həmişəki kimi balaca dükanların qarşısını təmizləyirdi. Bir az dayandım, izlədim. Sonra yaxınlaşıb tanış oldum. Adı Mahirə İbrahimovadır. 70 yaşı var. Əslən Gürcüstan azərbaycanlısıdır. Üç övladı var: böyük qızı 42, kiçik oğlu isə 39 yaşındadır. Hazırda Binədə bir otaqlı evdə…

Read More