Siyasət 

Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir – Prezident

Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib. Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlət başçısı vurğulayıb: “8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.

Read More
Region Xəbərləri 

Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edilib.

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınları iştirak ediblər. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub. Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.…

Read More
Hava 

Qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi…

Read More
Gündəm 

Kəndlilərin mal-qarası hara yoxa çıxır? – DİN-dən AÇIQLAMA

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlərin yuxusu qorxuya çevrilib. Səbəb isə təsərrüfatlarına çağrılmayan qonağın mal-qaralarını oğurlamasıdır. Hadisə müşahidə kameralarına da düşüb. Sakinlərin verdiyi məlumata görə, iki kənddə ümumilikdə 28 baş xırdasanlı, 20-dən çox at və 7 baş iri buynuzlu heyvan oğurlanıb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib və faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Təhsil 

DİM məlumat YAYDI – 28 oktyabrdan BAŞLAYIR

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlayır. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər. Qeydiyyat 28 oktyabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il saat 23:59-dək aparılır. Hazırlıq kurslarında iştirak üçün nəzərdə tutulmuş ödəniş məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet“lərini yaratmalıdırlar. Kabinet yaradılan…

Read More
Siyasət 

Prezident Horovlu kəndinin AÇILIŞINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib. Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.…

Read More
Təhsil 

Müəllimin 8 saatlıq iş rejimi bizə nə vəd edər? – AÇIQLAMA

“Bu günlərdə müzakirə edilən məsələlərdən biri də müəllimlərin digər peşə sahibləri kimi məktəbdə müəyyən olunmuş iş rejimi – yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması fikridir. Bilməyənlər üçün qeyd edim ki, hazırda ölkəmizdəki ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı”. Bu barədə təhsil texnoloqu, dosent Şəmil Sadiq danışıb. Onun sözlərinə görə, əslində, bu iki mexanizm hüquqi cəhətdən fərqli olsa da, faktiki fəaliyyət forması baxımından demək olar ki, eynidir: “Yəni istər ştatda, istərsə də saathesabı çalışan müəllimlər yalnız dərs saatlarında məktəbdə olur, dərslərini deyib gedirlər.…

Read More
Cəmiyyət 

Kişilərdə süd vəzi xərçəngi niyə artır?

Erkən diaqnoz və məlumatlılıq: kişilərdə xərçənglə mübarizə Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur. Bunu “Report”a açıqlamasında həkim-onkoloq Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı” adlı tədbir çərçivəsində deyib. Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir: “Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız…

Read More