Hava 

İstirahət günü Bakıda yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 26-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın…

Read More
Cəmiyyət 

Rəqsanə İsmayılova azadlığa çıxır? VİDEO

Ekstrasens Natavan Qarayeva Rəqsanə İsmayılovanın tezliklə azadlığa çıxacağını deyib. O, bununla yanaşı müğənninin ailəsi ilə bağlı xoş olmayan proqnozlar da verib. Ekstrasens bildirib ki, müğənninin ailəsi dağılacaq: “Rəqsanə xanım hazırda hamının marağındadır. Həyatında yaxşı şeylər görmürəm. Lakin bunun müddəti qısa olacaq. Tezliklə azadlığa çıxacaq, amma ailəsi dağılacaq. Onu tək görürəm. Övladlarından yarıyacaq. Bu ilin axırına qədər azadlığa çıxacaq və Yeni ili övladları ilə birlikdə keçirəcək”. Qeyd edək ki, R. İsmayılova 2 zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.…

Read More
Cəmiyyət 

Metroda qatarların intervalında gecikmə olub?

“Bakı Metropoliteni” QSC-də şənbə günü qatarların intervalındakı gecikməyə aydınlıq gətirilib. Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. “Hazırda “Bakı Metropoliteni”nin xətlərinin “28 may” və “Əhmədli” stansiyaları arasında qatarların hərəkəti üç dəqiqəlik intervalla tənzimlənir. “Bakı Metropoliteni”nin “28 may”- “Dərnəgül, “28 may”- “İçərişəhər” stansiyaları arasındakı sahələrdə qatarların hərəkəti isə altı dəqiqəlik intervalla tənzimlənir. Çünki “28 may” stansiyasında “Bakı Metropoliteni”nin xətləri birləşir, kəsişir. Bu səbəbdən “28 may” stansiyasına qədər qatarlar eyni yolu gedir, daha sonra hər bir qatar öz xətti ilə müstəqil hərəkət edir. Bundan əlavə olaraq, əgər qatar “Nəriman Nərimanov”…

Read More
Siyasət 

Kreml-Bakı münasibətlərində sirli yumşalma – İLGİNC DETALLAR

Məlum olduğu kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Kreml və Prezident Administrasiyasının yaydığı rəsmi məlumatda qeyd olunur ki, liderlər bu telefon danışığını oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşün məntiqi davamı kimi keçiriblər. Müzakirələr zamanı iki ölkə arasında ikitərəfli gündəliyin aktual məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində yeni birgə layihələrin icrası ilə bağlı qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda, telefon söhbətində regional əməkdaşlığın müxtəlif aspektlərinə və beynəlxalq vəziyyətə də toxunulub.…

Read More
Hava 

SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Siyasət 

Fəzail Ağamalının oğlu qurultay görüntülərini yaydı – AVP-də sədr qalmaqalı dərinləşirVİDEO

Musavat.com xəbər verir ki, Ana Vətən Partiyasının (AVP) növbədənkənar qurultayında baş verən qarşıdurma ilə bağlı yeni video görüntülər yayılıb. Sözügedən görüntüləri partiyanın qurucusu, sabiü millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial şəbəkələrdə paylaşıb. Elçin Ağamalı iddia edir ki, qurultayda keçirilən səsvermə nəticəsində o, partiyanın yeni sədri seçilib. Onun sözlərinə görə, 155 nümayəndədən böyük çoxluğu onun namizədliyini dəstəkləyib: “Səsvermə proseduru tam şəkildə keçirildi. Nümayəndələrin əksəriyyəti mənim lehinə səs verdi və nəticə elan olundu”. Lakin AVP-nin qurucusu və uzun illər partiyaya rəhbərlik etmiş Fəzail Ağamalı bu nəticəni qəbul etmir. Onun mövqeyinə…

Read More
Region Xəbərləri 

25 Oktyabr – Qubadlı şəhəri günü

1992-ci ilin 19 fevralında Ermənistan Qubadlını bombaladı, 5 nəfər həlak oldu, 20 nəfər ya­ra­landı. Bu, açıq müharibə idi, Ermənistan Azərbaycana qarşı elan etmədən müharibə aparırdı. Martın 1-də Qafan rayonundan Qubadlıya hücum edildi, Qubadlı ərazi özünümüdafiə taborunun döyüşçüləri və yaradılmaqda olan ordu hissələrimiz bu hücumun qarşısını aldı. May ayıının əvəllərində Laçın və Şuşa işğal edildi. Bu işğal Qubadlının üç tərəfdən ermənilərin silahlı qüvvələri ilə əhatələnməsi idi. Düşmənin irəliləməsi martın 19-da Güləbird yaxınlığında dayandırıldı. Oktyabrın 9-dan 12-nə kimi ordu hissələrimiz Laçından geri çəkilməyə məcbur oldu. Ermənilər hücumu davam etdirdilər və oktyabrın 12-də…

Read More
Cəmiyyət 

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq. “Report” xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq. Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

Read More
Cəmiyyət 

“Ya pul verməlisən, ya da obyekti bağlamalısan” – AQTA və qəssablar arasında qalmaqal

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib. Proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub. Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” deyərək etiraz edib. “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan”, – deyə qəssab əlavə edib. AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib. “Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”, – deyə o bildirib. AQTA-nın…

Read More
Gündəm 

Qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülhün, əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. “Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən…

Read More