Cəmiyyət 

Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in tamhüquqlu üzvü olubFOTO

14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və “Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar və öyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib. NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEP üzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiya mütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib. İki hissədən ibarət olan tədbirin birinci hissəsində CEP-in 15-ci Baş Assambleyası tərəfindən qurumun üçillik fəaliyyəti qiymətləndirilib, qarşıdakı illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, eləcə də quruma yeni üzvlərin…

Read More
Cəmiyyət 

Keyfiyyətsiz dərmanlar Bakı apteklərinə necə yol tapır?

Mütəxəssis deyir ki, dərman istehsal edən müəssisələrin qurulması işi artıq bitməli idi, amma… Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səyinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları əsasən həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur”. Amma o da sirr deyil ki, apteklərdə bahalaşmadan sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. Bu vəziyyəti şərtləndirən səbəblərdən…

Read More
Hava 

Şahdağ və Kəlbəcərdə qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə – Şahdağ və Kəlbəcərdə isə qar yağıb. Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı,…

Read More
Gündəm 

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi keçirilir – VİDEO

İkitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb. Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrin XTQ mənsubları arasında…

Read More
Cəmiyyət 

Paytaxtda beynəlxalq tədbir keçirilir-40-a yaxın xarici qonaq var- FOTOLAR

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir. “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda baş tutan tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb. Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konsessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonaq iştirak edir. İlk olaraq çıxış…

Read More
Siyasət 

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb. Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.

Read More
Cəmiyyət 

Rusiya onları Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Azərbaycan vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib. Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun…

Read More
Siyasət 

Prezident Estoniyanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. Musavat.com xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxunub. Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın…

Read More
Hava 

Sabah bəzi ərazilərə yağış yağacaq – PROQNOZ

Azərbaycanda oktyabrın 23-də yağışlı keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunubndan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək…

Read More
Siyasət 

XİN-də MÜHÜM BRİFİNQ – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyində xarici işlər naziri Ceyhun Bayramovla Estoniya XİN rəhbəri Marqus Tsaxnanın birgə brifinqi keçirilir. Musavat.com-un xəbərinə görə, xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ikitərəfli səfərlərin əhəmiyyəti böyükdür. Nazir qeyd edib ki, bugünkü görüşdə müxtəlif platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub: “Azərbaycanın Estoniya ilə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli təmaslar formasında qurulub. Hər iki ölkənin xarici işlər nazirlikləri 2024-cü ildə siyasi məsləhətləşmələr keçirib. Qərara alınıb ki, 2026-cı ilin ilk yarısında növbəti məsləhətləşmələr Bakı şəhərində keçirilsin”.

Read More