Gündəm 

Qubadlının azadlığına qovuşmasından beş il ötür

27 il düşmən əsarətində qalan bu şəhər 2020-ci ilin Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad olunaraq, tarixə bir zəfər simvolu kimi daxil oldu Zəfər yürüşünün 29-cü günündə – 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri öz doğma sakinləri ilə birlikdə azadlıq ruhunun təntənəsini yaşamağa başladı. Qubadlı Şəhəri Günü sadəcə tarixi bir gün deyil, həm yenidənqurma və bərpa proseslərinin rəmzinə çevrilib, həm də Qubadlıya qayıdan insanlar üçün doğma torpaqlara qayıdışın simvolik bir mərhələsidir. Şəhərin müxtəlif yerlərində yeni tikinti işləri, yolların bərpası və sosial obyektlərin yenidən qurulması davam edir. Bu proseslər…

Read More
Gündəm 

Qardaşlıqdan Strateji Müttəfiqliyə

20-21 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dövlət səfərində olub. Xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, “dövlət səfəri” səfərlər içərisində ən alisidir. Bu səfər həm iki ölkə arasındakı münasibətlərin strateji dərinliyini, həm də regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində bir sıra mühüm görüşlər və dövlət tədbirləri baş tutdu. Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi, bir sıra vacib sənədlər imzalandı, “Orta Dəhlizin inkişafı” adlı birgə layihə təqdim olundu və Prezidentlər “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində oldular. Hər bir istiqamət müasir dövrdə…

Read More
Gündəm 

Ramiz Mehdiyevin gəlininə məxsus bankla bağlı RƏSMİ AÇIQLAMA

“Bank BTB”nin fəaliyyətində dayanıqlılıqla bağlı hər hansı bir problem yoxdur. Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1%-dən aşağıdır. “Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3%-i sigortalıdır”- AMB sədri əlavə edib. Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsusdur./APA

Read More
Gündəm 

CNN ermənilərin lavaş saxtakarlığına şərik oldu

“Əgər erməni qayınananız sizə hula-hup ölçüsündə…” CNN telekanalı (CNN Travel) “Dünyanın ən yaxşı 50 çörəyi” adlı siyahı tərtib edib. ABŞ telekanalı yayımladığı materialda saxtakarlığa yol verib. Mənbə “araşdırma”sında lavaşı “erməni çörəyi” kimi qələmə verib. CNN bu barədə yazıb: “Əgər erməni qayınananız sizə hula-hup ölçüsündə böyük bir lavaşla yaxınlaşırsa, qorxmayın, bu, Ermənistanda yeni evlənənlərin başı üzərində fırladılır ki, onların ömrü bolluq və firavanlıq içində keçsin. Bəlkə də bu ənənənin səbəbi elə lavaş bişirməyin kütləviliyi ilə bağlıdır. Ənənəvi lavaşın hazırlanması üçün qadınlar bir yerə toplaşır, xəmir parçasını ot və ya yunla doldurulmuş…

Read More
Siyasət 

Paşinyan İlham Əliyevə təşəkkür etdi: “Bu, olduqca mühüm addımdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Musavat.com xəbər verir ki, Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır. “Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm. Həmçinin bu razılaşmanın əldə edilməsindəki rollarına görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə də təşəkkür edirəm,” – deyə Paşinyan bildirib.

Read More
Cəmiyyət 

Odlu silah vətəndaşların əlinə necə keçir?

Ekspert: “Aşkarlanan silahların əksəriyyəti 90-cı illərdən qalıb” Azərbaycanda elə gün yoxdur ki, polis əməkdaşları qanunsuz saxlanan silah-sursat aşkarlamasınlar. Bu barədə demək olar ki, hər gün rəsmi məlumat verilir. Azərbaycan Ermənistanla 30 il müharibə şəraitində olub. Həmin dövrdə xüsusilə sərhəd bölgələrində insanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə edirdilər. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının 5-ci ili tamamlanır. Vaxtilə müxtəlif yollarla silah əldə edənlərin bir çoxu onu könüllü surətdə təhvil verib. Əlbəttə, həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir…

Read More
Cəmiyyət 

Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in tamhüquqlu üzvü olubFOTO

14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və “Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar və öyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib. NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEP üzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiya mütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib. İki hissədən ibarət olan tədbirin birinci hissəsində CEP-in 15-ci Baş Assambleyası tərəfindən qurumun üçillik fəaliyyəti qiymətləndirilib, qarşıdakı illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, eləcə də quruma yeni üzvlərin…

Read More
Cəmiyyət 

Keyfiyyətsiz dərmanlar Bakı apteklərinə necə yol tapır?

Mütəxəssis deyir ki, dərman istehsal edən müəssisələrin qurulması işi artıq bitməli idi, amma… Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səyinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları əsasən həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur”. Amma o da sirr deyil ki, apteklərdə bahalaşmadan sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. Bu vəziyyəti şərtləndirən səbəblərdən…

Read More
Hava 

Şahdağ və Kəlbəcərdə qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə – Şahdağ və Kəlbəcərdə isə qar yağıb. Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı,…

Read More
Gündəm 

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi keçirilir – VİDEO

İkitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb. Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrin XTQ mənsubları arasında…

Read More