Prezident Estoniyanın xarici işlər nazirini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. Musavat.com xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxunub. Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın…
Read More