Maraqlı 

Payızın ortalarında BÜRCLƏRİ bu çətinliklər gözləyir

2025-ci ilin payızının ortası tarazlığın və daxili oyanışın xüsusi dövrüdür. Oktyabrın və noyabrın birinci yarısının enerjisi ahəngdar və müdrikdir: o, sizi irəliyə sövq etmir, əksinə, sakit, lakin inamlı hərəkət etməyə kömək edir. Çoxları üzərində işlədikləri hər şeyin, nəhayət öz bəhrəsini verməyə başladığını hiss edəcəklər. Qoç Qoç üçün payızın ortası çoxdan gözlənilən sabitlik və özünə inam hissi gətirəcək. Bir sıra emosional və işlə bağlı stresslərdən sonra siz dərindən nəfəs ala biləcəksiniz və artıq çox şeyə nail olunduğunu və nəticələrin hələ qarşıda olduğunu başa düşəcəksiniz. Peşəkar həyatınızda yeni perspektivlər və tanınma yaranacaq. Maliyyə…

Read More
Cəmiyyət 

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

İsrailin “Arkia Israeli Airlines” aviaşirkəti oktyabrın 28-dən Təl-Əvivlə Bakı arasında birbaşa reysləri bərpa etməyi planlaşdırır. “İki sahil” xəbər verir ki, bu barədə şirkətə istinadən xəbər verir. “Airbus” təyyarələri ilə uçuşlar həftədə üç dəfə: çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Qeyd edək ki, “Arkia Israeli Airlines” 1949-cu ildə təsis edilmiş İsrailin ikinci ən böyük aviaşirkətidir.

Read More
Gündəm 

Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi-ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin “iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir” fikri, Prezident İlham Əliyevin “bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik” bəyanatı son illərdəki ticarət artımının siyasi məntiqini formalaşdırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova “İki sahil”ə bildirib ki,…

Read More
Cəmiyyət 

Bakının mərkəzində “aləmi bir-birinə qatan” maşınlar kimindir? – VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə yayılan videolar müzakirə mövzusuna çevrilib. Videoda UAZ avtomobillərinin Bakının mərkəzi küçələrində “aləmi bir-birinə qatması” əks olunub. Videoların birində “Kamaz”la maşınları əzirlər, digərində “UAZ” bazarı yara-yara keçir. Məlumata görə videolar film çəkilişindəndir. Belə ki, yaponların “Vivant” serialının davamı Azərbaycanda lentə alınır./Milli.az/

Read More
Cəmiyyət 

Üç il sonra eyni mənzərə: Belarus mağazası yenə boşdur – REPORTAJ, FOTOLAR

Ukrayna müharibəsinin ilk vaxtlarında boykot edilən Belarus məhsulları mağazasına yenidən baş çəkirik. Üstündən üç ildən çox vaxt keçib, lakin görünən odur ki, zamanın dəyişməsi burada elə də ciddi fərq yaratmayıb. Musavat.com əməkdaşının müşahidələrinə görə, mağazada hələ də səssizlik hökm sürür. Elə bir səssizlik ki, deyirlər, milçək uçsa, səsi eşidilər. Mağazada olduğumuz müddətdə sadəcə bir-iki alıcıya rast gəldik. Ziyarət etdiyimiz mağazada bizi sarışın, Belarus milli geyimində, slavyan əsilli xanımlar qarşılayır. Ləhcə ilə danışsalar da, Azərbaycan dilində kifayət qədər səlis və nəzakətli cavab verirlər. Uzun illərdir burada çalışdıqlarından, alıcılarla ünsiyyətdə çətinlik çəkmədikləri görünür.…

Read More
Hadisə 

4-cü kurs tələbəsi qəfil vəfat etdi – FOTO

Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi dünyasını dəyişib. Musavat.com bildirir ki, unikal-ın yaydığı məlumata görə 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-da vəfat edib. Hazırda gənc tələbənin ölüm səbəbi açıqlanmayıb. Məlumat üçün bildirilib ki, Qəşəm Alıyevin atası da iki il əvvəl dünyasını dəyişib.

Read More
Siyasət 

İrəvan Azərbaycan Prezidentinin bəyanatını alqışladı

Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində yazıb. “Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, – o qeyd edib. Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan…

Read More
Gündəm 

Dönərdə dabaq təhlükəsi – Xalq artistindən valideynlərə çağırış

Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu vəziyyət xüsusilə də ucuz qiymətə satılan dönər məhsullarına olan münasibəti gündəmə gətirib və sosial mediada geniş müzakirələrə səbəb olub. Xalq artisti Brilyant Dadaşova şəxsi sosial media hesabında valideynlərə çağırış edərək, övladlarının qidalanmasına daha diqqətlə yanaşmağa səsləyib. O, xüsusilə də keyfiyyətsiz və ucuz dönər məhsullarından uzaq durmağı tövsiyə edib. Bütün bu narahatlıqlar fonunda ortaya çıxan sual budur: Ucuz dönərlər həqiqətən sağlamlıq üçün ciddi təhlükə yaradırmı? Məsələ ilə bağlı şəhərdə fəaliyyət göstərən dönərçilər bildirirlər ki, AQTA…

Read More