Gündəm 

Ət bazarlarında son vəziyyət necədir? – VİDEO

Son dövrlərdə ölkə ərazisində mal-qara arasında müşahidə olunan bəzi xəstəliklər, xüsusilə də dabaq xəstəliyi ət bazarına təsirsiz ötüşməyib. Şəhər ərazisində aparılan müşahidələr nəticəsində ət alanların sayında qismən azalma müşahidə edilib. Sakinlərin xəstəliklərlə bağlı narahatlıqları alıcılıq qabiliyyətinə təsir göstərib. Satıcılar bazardakı vəziyyətin zəif olduğunu təsdiqləyiblər. Buna baxmayaraq, satıcılar satdıqları məhsulun keyfiyyətinə zəmanət verərək, vətəndaşları narahat olmamağa çağırıblar: “Mallar hamısı tövlədə bağlı, qapalı şəraitdə saxlanılır. Hamısı peyvənd olunmuş mallardır. Tər-təmiz, sənədlərimiz də var”, – deyə onlar vurğulayıblar. Daha ətraflı Baku TV-nin videomaterialında:

Read More
Siyasət 

İrəvandan Bakıya həddi aşan ittiham – reaksiya

Azərbaycan üçüncü ölkənin ordusunu Zəngəzur dəhlizinə yerləşdirmək istəyib? – iki rəy “Bizdə belə təəssürat yaranıb ki, aylarla və illərlə davam edən danışıqlarda Azərbaycan tərəfi bu əraziyə (Qərbi Zəngəzur – red.) hansısa ekstraterritorial dəhliz əlamətləri verməyə çalışıb”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftəsonu Almaniyanın “Deutsche elle” nəşrinə müsahibəsində deyib. “Məsələn, Azərbaycan üçüncü ölkənin silahlı qüvvələrinin bu dəmir yolunda yerləşdirilməsini tələb edirdi. Yadımdadır ki, onlar Rusiya qoşunlarının dəmir yolu boyunca yerləşdirilməsindən danışırdılar. Bu, təbii ki, bizim üçün qəbuledilməz idi. Heç bir dəhliz söhbəti yoxdur, “Beynəlxalq sülh və rifah üçün…

Read More
Dünya 

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyanın Xakasiya Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Sayanoqorskdan 14 km cənubda, Beyski rayonunda olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional bölməsi də öz növbəsində zəlzələ nəticəsində tələfatın olmadığını bildirib.

Read More
Cəmiyyət 

Taksi sürücüləri üçün imtahan keçiriləcək

21 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30) nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 109 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb. Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda…

Read More
Siyasət 

Prezident Qazaxıstandadır – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib. Musavat.com xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Read More
Cəbhədən Xəbər 

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb. Hərbi Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. Daha sonra Vətən müharibəsində xalqımızın və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı Qələbədən danışılıb. Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər. Ardınca xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlara…

Read More
Cəmiyyət 

Dabaqdan ölmüş heyvanların əti dönərxanalara verilir? – Ekspertdən şok AÇIQLAMA

“Dabaq xəstəliyi respublikanın hər yerində yayılıb. Dünən mənə fərdi sahibkar müraciət etdi və bildirdi ki, heyvanları xəstələnib, çox primitiv üsullarla müalicə edirlər. Çox təəssüflər olsun ki, yayılmanın coğrafiyası ilə bağlı dövlət orqanları geniş məlumat vermir”. Bu fikirləri Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, istisna deyil ki, dabaq xəstəliyindən ölən heyvanların əti regionlarda restoranlara, uşaq bağçalarına verilir: “Və yaxud da sağlam ətlərə qatılaraq satıla da bilər. Bunların baş verməsi mümkündür. Ona görə də insanlar diqqətli olmalı, dövlət orqanları fəal iş aparmalıdırlar, xüsusən də fərdi təsərrüfatlarda daha ciddi…

Read More
Hava 

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib. Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Cəmiyyət 

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub

Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) fəaliyyəti və iş mühiti ilə yaxından tanış olub. Səfər çərçivəsində nümayəndə heyəti “ARAZ” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin ofislərini ziyarət edib. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, insan resurslarının idarə edilməsində tətbiq olunan beynəlxalq standartlar və innovativ iş mühiti barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndə heyəti ilə VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun, eləcə də Şirkətlər Qrupunun digər rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Aydın Talıbov 30 ildən artıq…

Read More