Gündəm 

Mehriban Əliyeva qızları və gəlini ilə Vatikan bağlarında – Fotolar

Oktyabrın 17-də Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər. Axşam.az xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur. Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər-dövlətinin qubernatorluğunun…

Read More
Gündəm 

Dövlət müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir

Müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib Çoxəsrlik tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda ağır sınaqlardan keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb.…

Read More
Cəmiyyət 

Azərbaycanda daşıyıcı ana “ovu” – Gənc xanımlar Gürcüstana niyə aparılır?

Ölkədə mütəşəkkil dəstə qadınları surroqat analıq yolu ilə pul qazanmağa şirnikləndirir; ekspertlərdən SOS: “İnsan orqan və toxumalarının qanunsuz alqı-satqısı qadağandır” Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil dəstə qadınları surroqat (daşıyıcı) analıq yolu ilə pul qazanmaq təklifləri ilə şirnikləndirir. “Yeni Müsavat” “Minval Politika”-ya istinadla xəbər verir ki, bu məqsədlə qapalı icmalarda və sosial şəbəkələrdə anonim elanlar yerləşdirilir. Qadınlara 18 min dollar qarşılığında uşaq daşıyıcılığı – surroqat analıq təklif olunur. Elan müəllifləri heç bir aldatma olmadığını vurğulayır. Onlar onu da bildirirlər ki, surroqat ana olmaq üçün qadın müvəqqəti olaraq Azərbaycanı tərk etməli olacaq. Yəni…

Read More
Siyasət 

Prezidentdən mühüm anons – “Makronla görüşdən sonra…”

Bakı ilə Yelisey sarayı arasında münasibətlərdə yeni mərhələ başlanır “Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı”. Bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib. Prezident Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub. Bəs bundan sonra ikitərəfli münasibətlərdə müsbət dinamika nə dərəcədə və hansı…

Read More
Gündəm 

Qəzza sammitində Araik söhbəti – Bakıdan sərt cavab

Ermənistan hərbi canilərin azad edilməsi üçün Azərbaycanla danışıqların davam etdiyini açıqladı; Paşinyan hakimiyyəti onların buraxılmasında maraqlıdırmı? Bakıda məhkəməsi gedən erməni hərbi canilərin azad edilməsi Şarm əl-Şeyxdə Azərbaycanla müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib. “Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik”, – Mirzəyan deyib. Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir…

Read More
Siyasət 

Azərbaycan bu ölkəyə ordu göndərir – Türkiyə isə…

Ağ Ev sülhməramlılarımızı Qəzzada beynəlxalq qüvvələrin tərkibində görmək istəyir; bəs ekspertlər nə deyir? Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır. Bu barədə ABŞ-dan olan anonim hərbi rəsmisi “Politico”ya bildirib. Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir. Mənbə deyib ki, ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, ABŞ bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər…

Read More
Gündəm 

Bakıda tikilən yeni yol belə olacaq- Video

Bakıda dörd tunel, üç piyada keçidi inşa olunacaq. Tunellər Akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metrostansiyası avtomobil yolunun üzərində yerləşəcək. Hazırda “Şəki dairəsi”ndə tunelin tikinti işləri aparılır. Tunelin uzunluğu 506 metr, eni isə 17 metrdir. Bundan başqa, Bakıda yeni yol da inşa olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tınzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin…

Read More
Cəmiyyət 

Azərbaycana qar yağdı

Şahdağa qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa qar yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub. Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanda…

Read More
Gündəm 

Müstəqilliyimizin bərpasından 34 il ötür

Deputat: “Bu tarixi qələbələrin ab-havasında qeyd edirik” Bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür. 1988-ci ildən başlanan müstəqillik uğrunda xalq hərəkatı 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə hədəfinə çatmış oldu. 1991-ci il 18 oktyabr tarixində qəbul edilən, 6 bölmə, 32 maddədən ibarət olan sənədin adı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya Aktı adlansa da, əslində dövlət müstəqilliyinin bərpasına dair sənəddir. Həmin sənəddə yazılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.…

Read More