Gündəm 

Mehdiyevin “Əsa Akademiyası”nın son pərdəsi

Ramiz Mehdiyevin istintaqa əsa ilə gəlməsi, tək bir kadr bütün bir dövrün məğlubiyyətini göstərdi. Dövlət Təhlükəsizliyi Xidmətinin qapısında o, artıq başqa bir səhnəni oynayırdı. Vaxtilə ölkənin taleyini kabinetindən idarə edən, hökmləri geri oxudan, kadrları bir telefonla dəyişən “boz kardinal” bu dəfə büdrəməsin deyə əlinə əsa alıb. Əlbəttə, əsa yaşlı adamın təbii yoldaşıdır. Amma dünənə qədər qıvraq addımlayan, yerişi ilə dövlətin dəhlizlərini silkələyən Mehdiyev indi öz keçmişinin ağırlığı altında əsaya əl atıb. Ən maraqlısı odur ki, bu “əsa teatrı”nda akademik tək deyil. Onun illərlə yetişdirdiyi, qoruduğu və himayə etdiyi “aktyorlar” bu…

Read More
Siyasət 

Vatikan və İtaliya mətbuatı Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb

Müqəddəs Taxt-Tacın və İtaliyanın aparıcı mətbu orqanları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. “Report” xəbər verir ki, “Vatican News” portalının, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L”Osservatore Romano” qəzetinin, “ACI Stampa” və “Agenzia S.I.R” katolik xəbər agentliklərinin, eləcə də İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetinin yaydığı materiallarda Müqəddəs Taxt-Tacla Azərbaycanın ikitərəfli əlaqələrinin son illərdə xeyli inkişaf etdiyi vurğulanıb. Yazılarda həmçinin bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Vatikanın dövlət katibi kardinal Pietro Parolin…

Read More
Gündəm 

Zənginlik çoxuşaqlı ailə olmağa əngəldir?

Sosioloq: “Əhalinin mədəni və təhsil səviyyəsi yüksəldikcə çoxuşaqlılığa maraq azalır” Rusiya Dövlət Dumasının üzvü Oleq Matveyçev qəribə bəyanatla çıxış edib. Deputat deyib ki, ölkədə doğum səviyyəsini həyat səviyyəsini aşağı salmaqla artırmaq olar. O, bu haqda parlamentin ictimai palatasında abortun təbliğatını qadağan edən qanun layihəsinin müzakirəsi zamanı bildirib. Matveyçevə görə, maddi şəraitin yaxşılaşdırılması demoqrafik böhranın həllinə kömək etmir, əksinə, doğum səviyyəsini aşağı salır. “Biz maddi şəraitin yaxşılaşdırılmasının demoqrafik problemləri həll edə biləcəyi doqmasından birdəfəlik imtina etməliyik. Qlobal təcrübə bunun tam əksini göstərir: insanlar nə qədər yaxşı yaşayırsa, bir o qədər ailədə…

Read More
Siyasət 

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

İran istəyir ki, Azərbaycan daha çox bu logistikadan istifadə etsin – ekspertdən şərh Azərbaycanın geosiyasi və nəqliyyat xəritəsində yeni bir mərhələ başlanır. Baş nazirin müavini Şahin Mustafayevin açıqlamasına görə, Araz çayı boyunca İran ərazisindən keçəcək avtomobil yolunun tikintisi gələn Novruza qədər tamamlanacaq. Bu marşrutun istifadəyə verilməsi təkcə Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deyil, eyni zamanda regionun geoiqtisadi strukturunun dəyişməsi anlamına gəlir. Yeni yol Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevriləcək. Həm də “Araz dəhlizi” adlandırılan bu marşrut Zəngəzur dəhlizindən cəmi 10 kilometr…

Read More
Siyasət 

Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır və siyasi dialoqu dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün səmərəli platforma kimi xidmət edir. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda təsis edilmiş Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və həmrəyliyin gücləndirilməsinə böyük töhfə verib. “Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə toplantısı, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci…

Read More
Siyasət 

Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı lifli-optik rabitə xətlərinin tikintisi üzrə işlərin başa çatması 2026-cı ilin sonuna planlaşdırılıb. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, tikinti üçün müqavilə 2025-ci ilin martında Bakıda imzalanmış bu layihə, “rəqəmsal inteqrasiyanı gücləndirməyə imkan verəcək” əsas infrastruktur layihələrindən biridir: “Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı və tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli əlaqələrin daha…

Read More
Hadisə 

Maştağada kişi bıçaqlandı- Şübhəli tanışıdır

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Oktyabrın 16-sı saat 04:30 radələrində Maştağa qəsəbəsində 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurov daxilə nüfuz edən bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb. Hadisənin F.Teymurovun tanışı 32 yaşlı Allahverdi Fəxrəddin oğlu Əliyev tərəfindən törədildiyi bildirilir. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.

Read More
Siyasət 

Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın spektri çox genişdir. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında qarşılıqlı əlaqələri genişləndirərək birgə təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir: “Bu gün ölkəmizdə Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya mühitinə yüksək etimadı təsdiqləyir və iqtisadi qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır”. Dövlət başçısı qarşılıqlı ticarət sahəsində müsbət dinamikanı da qeyd edib. “Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət…

Read More
Siyasət 

Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb

Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir. Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib. “Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji çağırışlarla üzləşir. Ən kəskin problemlərdən biri dayazlaşmadır – həm ekoloji, həm də iqtisadi təhlükə daşıyan suyun səviyyəsinin sürətlə azalması. 2022-ci ildə keçirilmiş Altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf…

Read More
Siyasət 

Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri ilə bağlı “X” hesabında paylaşım edib. Musavat.com xəbər verir ki,  paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat əksini tapıb. Prezident köməkçisi Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib. “Bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir”.…

Read More