Cəmiyyət 

SON DƏQİQƏ: Xəzərdə dördüncü ZƏLZƏLƏ

Xəzərdə zəlzələ olub. Bu barədə Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb. 3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub. Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

Read More
Region Xəbərləri 

Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir.

Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da abadlıq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Görülən işlər rayonun simasının müasirləşdirilməsi, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.   Hazırda Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən dörd ədəd çoxmənzilli yaşayış binasının qarşısında genişmiqyaslı abadlıq işləri icra olunur. Abad məhəllə salınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində 730 metr bordür yenilənib, 2560 kvadratmetr sahəyə tamet daşları döşənib, doqquz ədəd işıqlandırma dirəyi müasir tələblərə uyğun şəkildə quraşdırılıb. Eyni zamanda binaların qarşısına yeni asfalt örtüyü çəkilib.   Bununla yanaşı, ərazidə yerləşən köhnə doqquzmərtəbəli…

Read More
Cəmiyyət 

Ölkədə yeni müzakirə – xəyanətə görə 20 min təzminat

Vəkil: “Xəyanəti iddia edən tərəf onu təkzibedilməz sübutlarla əsaslandırmalıdır” Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində sanki bir informasiya tufanı yaşanır. Sosial şəbəkə istifadəçilərinin diqqəti 3 fərqli, lakin eyni dərəcədə gərgin qütbə bölünüb: bir tərəfdə tarixi və geosiyasi kökləri olan ABŞ-İsrail cütlüyü ilə İran qarşıdurması, digər tərəfdə aramsız yağışların ölkənin infrastrukturunda açdığı yaralar, mərkəzdə isə ailə institutunun təməllərini sarsıdan “xəyanətə görə hüquqi cəza” müzakirələri var. Qlobal və regional mövzuların arasında yer alan bu məsələ birbaşa fərdin daxili dünyasına və cəmiyyətin ən kiçik hüceyrəsi olan ailəyə toxunur. Xəyanətə uğrayan tərəfin hüquqi yollarla…

Read More
Gündəm 

Cənubi Qafqazda formalaşmış əməkdaşlıq

Bəzən tarix səssiz yazılır, lakin elə məqamlar da olur ki, siyasi liderlərin açıq tribunalardan səsləndirdiyi fikirlər bütöv bir regionun gələcək istiqamətini müəyyən edir. Aprelin 6-da Tbilisi şəhərində baş tutan görüş və verilən bəyanatlar məhz belə dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İrakli Kobaxidze tərəfindən səsləndirilən fikirlər təkcə diplomatik etiketi deyil, həm də dərin siyasi məzmunu və strateji baxışı özündə ehtiva edir. Bu görüşün mahiyyəti ondadır ki, burada səsləndirilən mesajlar artıq formal bəyanat çərçivəsini aşaraq, konkret siyasi iradənin və gələcəyə yönəlmiş strateji düşüncənin ifadəsinə…

Read More
Hadisə 

Dəm qazı yenə can aldı

31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb. Musavat.com xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Mərhum Maşlıq kəndində dəfn olunacaq.\\milli.az

Read More
Dünya 

İranın raket zərbələrində kəskin dəqiqlik artımı: Rusiya izi?

İsrail mediasının yaydığı məlumatlara görə, İran raketlərinin hədəfi vurma effektivliyi kəskin şəkildə artaraq 3%-dən 27%-ə yüksəlib. Musavat.com xəbər verir ki, bu irəliləyişin kəşfiyyat-zərbə komplekslərinin tətbiqi sayəsində mümkün olduğu bildirilir. Yeni sistem hədəfləri daha sürətli müəyyən etməyə və raketlərin istiqamətləndirilməsində dəqiqliyi maksimuma çatdırmağa imkan verir. Bu texnoloji sıçrayışda Rusiyanın mühüm rol oynadığı iddia edilir. Mənbələr Rusiyanın lazımi məlumatları təqdim etdiyini və qərarların qəbulu prosesində yaxından iştirak etdiyini qeyd edirlər. Bu əməkdaşlıq regiondakı hərbi balansın dəyişməsi ilə bağlı ciddi narahatlıqlara yol açıb.

Read More
Siyasət 

Tehranın tarixi qələbə bəyanatı: “Düşmən diz çökdü, hədəflər fəth olundu”

İran Ali Milli Təhlükəsizlik Şurası ölkə xalqına müraciət edərək rəsmən qələbə elan edib. Bəyanatda bildirilir ki, İran övladlarının fədakarlığı sayəsində düşmən bir aydan artıqdır ki, İranın və Müqavimət qüvvələrinin sarsıdıcı atəşini dayandırmaq üçün yalvarır. Ölkə rəhbərliyi isə düşmənin tam peşmançılığına və uzunmüddətli təhdidlərin aradan qaldırılmasına qədər bu xahişləri rədd edib. 40 gün davam edən qarşıdurma nəticəsində İranın bütün hərbi hədəflərinə çatdığı və ABŞ prezidentinin ultimatumlarının boşa çıxdığı vurğulanır. Musavat.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin fərmanı ilə İslamabadda yekun detalların razılaşdırılması üçün danışıqlara razılıq verilib. İran…

Read More
Hava 

Bu gün 23 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Publika.az–a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq…

Read More
Cəmiyyət 

Sağlam gələcək ədalətli idman mühitinin təməlidir

Müasir qlobal çağırışlar fonunda dopinq və narkotik vasitələrin qanunsuz istifadəsi artıq təkcə idman müstəvisində deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyi və ictimai sağlamlıq kontekstində qiymətləndirilən kompleks problemə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasında həyata keçirilən siyasət preventiv yanaşma, institusional koordinasiya və davamlı maarifləndirmə prinsipləri üzərində qurularaq beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə fəaliyyətin strateji çərçivəsini müəyyən edən…

Read More
Cəmiyyət 

Ağdaban faciəsindən 34 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 32 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər girov götürülüb. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib.…

Read More