Cəmiyyət 

DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib – VİDEO

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər: “Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının…

Read More
Siyasət 

İlham Əliyev: Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Musavat.com xəbər verir ki, dövlət başçısı deyib: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.

Read More
Gündəm 

Şəkillərdən baxışlar – bir saniyəlik görüntülərlə uzağa getmək…

Rusiya və Azərbaycan prezidentlərinin Tacikistanın paytaxtı Düşənbə şəhərində görüşmələri, iki dövlət arasındakı gərginliyi bəlli bir ölçüdə azaltmaları hər iki ölkənin mediasında geniş işıqlandırılır və bu, təbiidir. Söhbət iki qonşu arasındakı soyuqluqdan, başlanmış “soyuq müharibə”dən gedirdi və bu, indiki dövrdə həm Rusiyaya, həm də Azərbaycana sərf edən intriqa deyildi. Gərginliyin yaranma səbəbləri barədə təfərrüata varmağa ehtiyac yoxdur. Son 10 ayda bu barədə min dəfə yazılıb, siyasətlə, ölkənin, dövlətin taleyi ilə maraqlanan hər kəs istisnasız olaraq bunu bilir. Hamı indiyə qədər cığallıq edən tərəfin də kimliyindən xəbərdardır. Bu, “iki üstəgəl iki”nin cavabı…

Read More
Siyasət 

İlham Əliyev Laçının inkişafından danışdı

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb. Musavat.com xəbər verir ki, dövlət başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlət başçısı əlavə…

Read More
Siyasət 

İlham Əliyev: MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir

MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib. Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

Read More
Cəmiyyət 

Əminə Yusifqızının qızı: “Anam ağır xəstə idi”

“Anam 3 ay idi ki, ağır xəstə idi, yaşasaydı, 90 yaşı olacaqdı”. Bunu Musavat.com-a Xalq artisti Əminə Yusifqızının qızı Səminə Əliyeva deyib. “Mənim üçün əvəzolunmaz sənətkar və ana idi. Xalqımız tərəfindən də heç vaxt unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq”, – deyə S.Əliyeva bildirib. Qeyd edək ki, Əminə Yusifqızı ötən gün 89 yaşında vəfat edib.

Read More
Siyasət 

Lukaşenkonun Əliyev və Paşinyanla zarafatı gündəm oldu – VİDEO

Düşənbədə MDB dövlət başçılarının sammiti zamanı maraqlı anlar yaşanıb. Belarus Prezidenti Aleksandr Lukaşenko yenə də Ermənistan baş naziri Nikol Paşinyanın “bostanına daş atıb”. Belə ki, sammit başlamazdan əvvəl Belarus prezidenti İlham Əliyevə xitabən deyib: “İlham Heydəroviç, sən dünən narahat idin ki, gəlməyəcək. Amma mən dedim: Nikol Vovayeviç bizsiz heç yerə gedə bilməz!” Paşinyan isə onu zarafatına belə cavab verib: “Necə ola bilər ki, mən gəlməyim?” Düşənbədə MDB dövlət başçılarının sammiti zamanı maraqlı anlar yaşanıb. Bakupost.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko yenə də Ermənistan baş naziri Nikol Paşinyanın “bostanına…

Read More
Siyasət 

Prezident İlham Əliyev: “Rusiya ilə münasibətlərimiz bütün istiqamətlərdə uğurla inkişaf edir”

Musavat.com xəbər verir ki, Düşənbədə Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Prezident İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı təqdim edilən məlumat üçün Putinə xüsusi təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Rusiya hadisənin səbəblərinin araşdırılması məsələsində daimi təmasdadırlar. “Biz bu prosesdə şəffaflıq və obyektivlik görürük. Əminəm ki, şəxsən nəzarətiniz altında aparılan istintaq hadisənin səbəblərini tam obyektiv şəkildə ortaya çıxaracaq,” – deyə İlham Əliyev vurğulayıb. Prezident həmçinin əlavə edib ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlərdə yaxşı dinamika ilə inkişaf edir və heç bir sahədə…

Read More
Cəmiyyət 

Slovakiyanın Baş Qərargah rəisi Azərbaycanda səfərdədir – VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub. Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən…

Read More