Gündəm 

“Macarıstan Avropa ilə Türk dünyası arasında körpü rolunu oynayır və…”

“Türk Dövlətləri Təşkilatının toplantılarında Macarıstanın iştirakı ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi qüvvələr, xüsusilə Avropa dairələri  bu ölkənin təşkilatda təmsil olunmasını istehza ilə qarşılasalar da, əslində Macarıstanın iştirakı və fəallığı böyük əhəmiyyət kəsb edir”. Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib. Onun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatında iştirakı, Avropa İttifaqının üzvü olan bir ölkənin türk dünyası ilə sıx əməkdaşlıq etməsi baxımından mühüm haldır: “Macarıstanın bu təşkilatda təmsil olunması türk dövlətlərinin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Baş nazir Viktor Orbanın fəal mövqeyi və…

Read More
Gündəm 

Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov),…

Read More
Cəmiyyət 

Tovuzlu 10 yaşlı uşaq it dişləməsindən öldü, səhlənkarlıq kimdədir? – AÇIQLAMA

İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq…

Read More
Hava 

Küləklə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Hadisə 

Azərbaycanda yaşayış binası yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.

Read More
Maraqlı 

Bu bürclər ölüm-qalım sınağı ilə üzləşəcəklər – Möhkəm olun

Astroloqlar xəbərdarlıq edir ki, üç bürc yaxın gələcəkdə çətinliklərlə üzləşəcək. Qarşıdan gələn sınaqlar onların həyatını kökündən dəyişə bilər – bəziləri güclənəcək, digərləri isə gərginliyə tab gətirməyəcək. Kim sınağa hazırlaşmalıdır? Buğa Buğalar rahatlıq zonasından çıxmalı və onlardan asılı olmayan hallarla qarşılaşmalı olacaqlar. Bu, peşəkar mühitdə qəfil dəyişiklik və ya maliyyə sahəsində gərginlik ola bilər. Öhdəsindən gəlmək üçün çevikliyi öyrənmək və artıq işləməyən bir şeyə yapışmamaq lazımdır. Prioritetlərin vaxtında yenidən qiymətləndirilməsi itkiləri azaltmağa kömək edəcəkdir. Şir Şirlər üçün bu, daxili mübarizə və ağılın sınanması dövrü olacaq. Yaxın bir mühitdə və ya harmoniyanı…

Read More
Gündəm 

Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü: Birlik, strateji güc və inkişafın geosiyasi xəritəsi

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə diplomatik toplantı deyil, Türk dünyasının gələcək siyasi və iqtisadi xəritəsini müəyyənləşdirən strateji hadisə kimi tarixə düşdü. Zirvənin ana xəttində Prezident İlham Əliyevin formalaşdırdığı ideoloji vizyon – Türk birliyinin artıq əməkdaşlıqdan geosiyasi mərkəz mərhələsinə keçidi dayanırdı. Qlobal nizamın pozulduğu, güc balanslarının dəyişdiyi bir dövrdə Prezident Əliyev Türk Dövlətləri Təşkilatını yeni geosiyasi qütb kimi səciyyələndirdi. Onun baxışında türk birliyi artıq mədəni yaxınlıq deyil, daxili sabitlik, iqtisadi potensial, nəqliyyat arteriyaları və hərbi güc üzərində qurulan strateji ittifaqdır.…

Read More
Gündəm 

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir

Azərbaycan Türk ölkələrinin biriliyində maraqlıdır və bunun üçün hər zaman əməli addımlar atır. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir. Ölkəmiz tərəfindən təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianənin edilməsi buna bariz nümunədir. Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha da güclnəndirmək məqsədi ilə rəsmi Zirvə görüşlərindən əlavə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi ənənəsi də yaradılmışdır. İlk qeyri-rəsmi Zirvə görüşü də məhz Şuşada keçirilmişdir. Artıq Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil,  həm də ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın…

Read More
Siyasət 

Prezident Tacikistana GETDİ – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. Musavat.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

Read More