Siyasət 

Prezident qəbul keçirdi- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ARANTV.AZ  xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirib. Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik edib. Qonaq həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırıb. Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da…

Read More
Cəmiyyət 

Soyqırımdan dirçəlişə – Xocalıdan Fotolar, Video

İşğaldan azad olunmuş Xocalıda həyat yenidən canlanır. 30 ilə yaxın dağıntılar içində qalmış bu şəhər bu gün dirçəlişin, ədalətin və qayıdışın simvoluna çevrilib. Musavat.com xəbər verir ki, Azərbaycan hökuməti Xocalının bərpasını Qarabağın ümumi yenidənqurma strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Artıq şəhərin Baş planı hazırlanıb və ilkin infrastruktur layihələrinin icrasına start verilib. Yeni Xocalı şəhəri “ağıllı şəhər” prinsipləri əsasında formalaşacaq. Şəhərin enerji təminatında “yaşıl texnologiyalar”, ekoloji baxımdan təmiz və müasir həllər tətbiq olunacaq. Su, kanalizasiya və elektrik xətləri çəkilir, yollar salınır, yaşayış və sosial binaların tikintisinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına…

Read More
Cəmiyyət 

Ağdamda həyat yenidən doğulur – ƏN SON görüntülərFOTOVİDEO

İşğaldan azad olunmuş Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. 30 ilə yaxın düşmən tapdağı altında qalan, “Qarabağın Xirosiması” adlandırılan şəhər bu gün dirçəlişin, yenidənqurmanın rəmzinə çevrilib. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr çərçivəsində Ağdamda infrastruktur tamamilə yenidən qurulur, yaşayış və sosial obyektlər tikilir, müasir şəhərcik salınır. Artıq bir neçə küçə boyunca asfaltlanma işləri yekunlaşıb, içməli su, kanalizasiya və elektrik xətləri çəkilib. Musavat.com xəbər verir ki, Ağdam şəhərinin Baş planı Prezident İlham Əliyevin 2021-ci ilin mayında imzaladığı sərəncama əsasən hazırlanıb. Şəhər “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyasına uyğun formalaşdırılır. Yeni…

Read More
Hadisə 

Gəncədə yeniyetmə qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib. Məlumata görə, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.//APA

Read More
Siyasət 

Düşənbədə Əliyev-Putin görüşü: soyuqluğun sonu, yoxsa diplomatik jest?

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-10-da Tacikistanda səfərdə olacaq və bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama yayıb. O qeyd edib ki, Düşənbədə keçiriləcək MDB sammiti çərçivəsində Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş də ola bilər. “Adətən, belə tədbirlər zamanı ikitərəfli görüşlər olur. Həm əvvəlcədən hazırlanmış görüşlər, həm də qısa danışıqlar, yaxud da liderlərin sessiya zamanı razılaşdığı görüşlər olacaq”, – deyə Uşakov vurğulayıb. Bəs Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutması ehtimal olunan görüşdən hansı nəticələr gözlənilir? Liderlər…

Read More
Cəmiyyət 

Azad Cəbrayılın beş ili…

Deputat qarşıdakı illərdə görüləcək işləri sadaladı; 2040-cı ildə… İşğaldan azad etdiyimiz Qarabağ torpaqlarında hazırda əsas diqqətlər həm də 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayanların öz dədə-baba torpaqlarına köçürülməsinə yönəlib. 2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” son 3 ildə uğurla icra olunmaqdadır. Artıq qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq 50 mindən çox insan azad edilmiş torpaqlara geri qayıdıb. Bu da çox böyük uğur sayılır. Çünki Azərbaycan dövləti öz şəxsi hesabı ilə, kənardan…

Read More
Cəmiyyət 

Azərbaycan düşmənindən acı ETİRAF – Bakıda o da çay içmək istəyirdi…

  Doğrudan da qələbənin şəriki çox olur, məğlubiyyət isə adətən yetimdir. İndi bu haqq yolunu çoxdan itirmiş, başına gələn bəlaların, çəkdiyi zillət-zəlalətin əsl səbəbini etiraf eləmək istəməyən nanəcib hay toplumu da. Amma bəzən o toplumda çaşıb sözün düzünü deyənlər də olur. Bütövlükdə isə erməni cəmiyyətinin məlum dramatik olaylardan sonra islah olduğunu söyləmək təəssüf ki, mümkünsüzdür. Demək ki, bədnam tayfa qonşular üçün potensial təhlükə mənbəyi olaraq qalır… Hər necə olmasa, dəqiq sözü Ermənistanda yaxınlaşan parlament seçkiləri və referendum deyəcək: bu xalq başına gələnlərdən dərs götürübmü, hansı qüvvənin dalınca gedəcək, yenə müharibə üçün…

Read More
Region Xəbərləri 

Azad edilən ilk şəhər

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən beş il keçir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.  Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası  arzusu ilə yaşayıb,  bir gün də belə inamımızı itirmədik. Bu gün  torpaqlarımızın işğaldan azad edildiyi tarixlər  hər birimiz üçün  böyük qürurdur. Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti  sayəsində cəmi 44 gündə…

Read More
Hava 

Yağış yağacaq, şərq küləyi əsəcək – Bu günün HAVASI

Azərbaycanda oktyabrın 8-də havanın əsasən yağmursuz olacağı gözlənilir, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin…

Read More
Dünya 

Meloni Beynəlxalq Cinayət Məhkəməsinə VERİLDİ

İtaliyanın Baş naziri – Nazirlər Şurasının sədri Ciorcia Meloni Qəzzadakı insan ölümlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilib. “Məni, müdafiə nazirini (Quido Krosetto – red), xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur”, – Baş nazir iddianı şərh edərkən bildirib. O, həmçinin siyasi rəqiblərini “Fələstin məsələsindən” daxili siyasi məqsədlər üçün istifadə etməkdə açıq şəkildə ittiham edib. Daha əvvəl, oktyabrın 4-də İtaliyada Fələstini dəstəkləyən etirazlarda 500 mindən çox insanın…

Read More