Siyasət 

Türk liderlərin Qəbələdən dünyaya mesajları

Azərbaycan Prezidenti TDT-nin Zirvə görüşündə hərbi təlimlər keçirməyi, Ərdoğan isə müdafiə nazirlərinin toplaşmasını təklif etdi Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Sammitdən əvvəl Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, toplantı “Sülh və təhlükəsizlik” mövzusuna həsr olunub: “Təhlükəsizlik bütün ölkələr üçün əsas prioritet olaraq qalır. Türk dünyası ortaq ailədir və qlobal güc mərkəzi kimi formalaşmaqdadır”. Liderlərin bir araya gəlməsindən öncə isə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir…

Read More
Cəmiyyət 

İşlətdiyimiz su daha “su qiymətinə” olmayacaq

Ekspert: “Yeni tarif qaydası əhalini qənaətə təşviq edir” Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib. O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib: “Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”. Ə.Şirinov deyib ki, diferensial tarif…

Read More
Siyasət 

Xüsusi hesabatda böyük sirlər yer alıb

Ermənistan parlament sədrinin mətbuat katibi Movses Arutyunyan bildirib ki, 44 günlük müharibənin səbəb və nəticələrini araşdıran komissiyanın hesabatı məxfiləşdirilib. O bildirib ki, indi yalnız məxfi məlumatlara çıxış icazəsi olan parlament üzvləri tanış ola biləcəklər. Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İşi çərçivəsində 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri toplantılarına dəvət edib. Xüsusilə də baş nazir Nikol Paşinyan və keçmiş müdafiə naziri David Tonoyan dinlənilib. 2024-cü ilin noyabrında komissiyanın rəhbəri Andranik Köçəryan hesabatın tam şəkildə parlamentə təqdim…

Read More
Cəmiyyət 

Yol Polisi piyadalara müraciət etdi – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciət edib. İdarədən Musavat.com-a verilən xəbərə görə, müraciətdə deyilir: “Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur. Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun…

Read More
Siyasət 

“Aİ Bakıda çevriliş edə bilər” təhdidi

Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Azərbaycan, Gürcüstan və Ermənistanı niyə qorxudur? Avropa İttifaqı (Aİ) Azərbaycan, Gürcüstan və Ermənistan dövlətçiliyini məhv etməyə çalışır və Avropanın xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bunu TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib. Deputatın sözlərinə görə, Avropa İttifaqı istənilən postsovet dövlətinə ənənəvi dəyərlərin və tarixi əsasların məhv edilməsi aləti kimi baxır. Rusiyalı deputat iddia edib ki, “Ermənistan və Azərbaycan bir vaxtlar Ukraynanın sürüşməsinə səbəb olan eyni hərəkətlərə məruz qalacaqlar”. Vodolatski həmçinin əlavə edib…

Read More
Siyasət 

Sülh sənədinə etimadsızlıq yaratmaq kampaniyası

Deputat: “Anti-Azərbaycan dairələrin tulası rolunu həyata keçirən Köçəryanın…” Ermənistanın sabiq prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirərək 8 avqustda Vaşinqtonda imzalanmaış sənədlərə qarşı yeni hücuma başlayıb. O bildirib ki, Ermənistan bu sənədlərdən heç nə qazanmır: “Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən tərəflər nə qazandı? Birincisi, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarəti əldə etdi; ikincisi, Ermənistan-İran sərhədinə effektiv nəzarət etmək imkanı; üçüncüsü, prezidentin Nobel mükafatına namizədliyini irəli sürmək imkanı. Azərbaycan Ermənistan ərazisindən keçməklə dəhliz hüququ aldı, Minsk Qrupunun buraxılması, 907 saylı qətnamənin ləğvi. Bəs Ermənistan nə qazandı? Düzünü desəm, mən bu…

Read More
Gündəm 

Regional gücdən qlobal gücə keçid

Avropa Siyasi Klubuna Azərbaycan prezidenti İlham Əliyevin də dəvət edilməsi olduqca mühüm hadisədir. Bu onu deməyə əsas verir ki, artıq Qərbin aparıcı liderləri İlham Əliyevsiz, Azərbaycansız hər hansısa ciddi bir məsələni müzakirə etmək istəmirlər. Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. İndi bir sıra Qərb liderləri, eləcə də dünyanın aparıcı enerji şirkətləri İlham Əliyevlə görüşmək üçün növbəyə dayanıblar. Hətta Serbiya prezidenti Vuçiç bir neçə dəfə bunu açıq şəkildə ifadə edib. Bütün bunlar onu deməyə əsas verir ki, cənab prezidentin Avropada yüksək nüfuzunun, ona göstərilən böyük…

Read More
Cəmiyyət 

Çəhrayı Oktyabr

Oktyabr-Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayıdır Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayı hər il oktyabr ayında qeyd olunur. Bu ayın əsas məqsədi, süd vəzi  xərçəngi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnozun həyat qurtaran rolunu vurğulamaq və xəstəliyə qarşı qlobal həmrəylik yaratmaqdır. Süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür və hər il milyonlarla insanın həyatına təsir edir. Lakin vaxtında aparılan müayinə və düzgün müalicə ilə sağalma şansı çox yüksəkdir. Buna görə də oktyabr ayı ərzində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda maarifləndirici tədbirlər, sağlamlıq aksiyaları…

Read More
Gündəm 

Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir

Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul edəcəyimiz qərarlarla təşkilatın mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Hər zaman qeyd etdiyimiz kimi, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqətdə olur. Bu dəfə Türk dünyasının birliyinə paytaxt Bakımız deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın…

Read More