Siyasət 

Təyyarə hadisəsindən sonra ilk ciddi təmas – siyasi gərginliyin yumşalması siqnalı

  Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb. Xatırladaq ki, iki lider arasında bundan əvvəlki telefon danışığı 2024-cü ilin dekabrında, təyyarə qəzasından sonra olub. Beynəlxalq…

Read More
Gündəm 

Rusiyadan Azərbaycanla bağlı ehtiyatlı açıqlama

Azərbaycanın siyasətinə Rusiyaya qarşı yönəlmiş siyasət kimi baxmaq olmaz. Musavat.com-un məlumatına görə, bunu “Sputnik Ermənistan” multimedia platforması ilə Moskva-Minsk-Astana-İrəvan-Daşkənd-Tbilisi videokonfransı zamanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. “Hazırkı kursundan asılı olmayaraq, Azərbaycan gənc dövlətdir. Əgər biz hər bir qeyri-dost addıma reaksiya versək, bundan yaxşı heç nə olmayacaq”, – Cabarov qabaqdangəlmişlik edərək bildirib. O bildirib ki, Rusiya heç vaxt Azərbaycan rəhbərliyinin bəyanatlarını açıq şəkildə şərh etməyib. Dediyinə görə, Rusiya anlayır ki, hər bir ölkə çətin inkişaf dövrünü keçməlidir. “Heç kimin zərbəyə zərbə ilə cavab verməməsi çox…

Read More
Siyasət 

Türkmənistan Füzulidə məscid tikəcək- Onlayn formatda təməli qoyuldu – VideoVİDE

Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. ARANTV.AZ  xəbər verir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək. Qeyd edək ki, Qarabağın və…

Read More
Siyasət 

“Bu proses həm Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə açır, həm də…”

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında çox vacib nüanslara toxundu. Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də 8 avqustda Ağ Evdə imzalanan üçtərəfli sənədlə bağlı oldu. İlham Əliyev bildirdi ki, iki ay əvvəl Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvinin vacibliyini vurğulayaraq, bununla keçmiş münaqişənin bu qalıqlarının da aradan qaldırıldığını qeyd etdi. Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsində…

Read More
Gündəm 

Ərdoğan TDT-nin Qəbələ sammitindən paylaşım etdi – FOTOLAR

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü barədə özünün “X” hesabında paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, Ərdoğan sammitlə bağlı düşüncələrini bölüşüb. “Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram. Təşkilatın geridə qalan 16 ili qısa müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyənləşdirilməsini son dərəcə…

Read More
Cəmiyyət 

Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir – QANUN

Bəzi hallarda işçilərin maaşlarının gecikməsi halları ilə qarşılaşırıq. Əmək Məcəlləsinə əsasən, əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir. Əgər işçi maaşı gec alıbsa, bu zaman gecikdirilmiş hər günə görə maaşdan əlavə faiz verilməlidir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir)…

Read More
Gündəm 

“Zəngəzur qatarı”nın altında qalanlar – Xocalı canisi gör nəyi “kağız parçası” adlandırır?

Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Koçəryan yenə “xortlayıb”. Rusiyanın sadiq tulası, çoxdan tarixin zibilliyinə atılmış bu siyasi meyit bu gün İrəvanda keçirdiyi mətbuat konfransında növbəti dəfə bölgəyə bağlı bir sıra mühüm proses və olayları öz bildiyi kimi şərh edərək, ictimai rəyi çaşdırmağa çalışıb. Məsələn, Köçəryan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın qarantorluğu ilə imzalanmış məlum sənədləri, özəlliklə paraflanmış sülh sənədini hədəfə alaraq gözdən salmağa cəhd edib. Onun iddiasına görə, əldə edilən razılaşmalardan yalnız ABŞ və Azərbaycan uduşda olub, Ermənistan hakimiyyəti isə yalnız “xalqı növbəti dəfə aldatmaq imkanı”…

Read More
Cəmiyyət 

Pakistan Azərbaycana ət satmağa başlayır – qiymətlər düşəcək, yoxsa qalxacaq?

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. “Bloom Pakistan” xəbər verir ki, bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb. Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub. İslamabad indi ixraca başlamağa hazırlaşır. TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib. Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə…

Read More
Siyasət 

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib. Bu barədə Türkiyə lideri özünün sosial şəbəkə hesabında paylaşım edib. Ərdoğan Zirvədə qəbul olunan Qəbələ Bəyannaməsinin türk dünyası və dost ölkələr üçün xeyirli olmasını arzulayıb. O, “dildə, fikirdə, işdə birlik” prinsipinə əsaslanan TDT-nin qısa müddətdə mühüm uğurlar qazandığını vurğulayıb. Türkiyə lideri Zirvənin regional sülh və təhlükəsizlik mövzusunun aktuallığını qeyd edərək, təşkilatın regional sabitlik və əməkdaşlığın gücləndirilməsində önəmli rol oynadığını bildirib. Ərdoğan Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda imzalanan…

Read More
Cəmiyyət 

İndi hamı bu məhsulu alır – Bahalaşmaqda davam edəcək

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb. Dünya bazarında qızılın bahalaşmasının səbəbi nədir? Bu proses Azərbaycana necə təsir edəcək? Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bahalaşmanın səbəblərindən danışıb: O vurğulayıb ki, qızılın qiyməti dayanmadan artır: “Bu gün birjada 1,99 qram qızılın qiyməti 127 dollardır və hər gün bahalaşır. Təkcə 2025-ci ildə qızıl 50%-dən çox…

Read More