Gündəm 

Ərdoğan TDT-nin Qəbələ sammitindən paylaşım etdi – FOTOLAR

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü barədə özünün “X” hesabında paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, Ərdoğan sammitlə bağlı düşüncələrini bölüşüb. “Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram. Təşkilatın geridə qalan 16 ili qısa müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyənləşdirilməsini son dərəcə…

Read More
Cəmiyyət 

Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir – QANUN

Bəzi hallarda işçilərin maaşlarının gecikməsi halları ilə qarşılaşırıq. Əmək Məcəlləsinə əsasən, əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir. Əgər işçi maaşı gec alıbsa, bu zaman gecikdirilmiş hər günə görə maaşdan əlavə faiz verilməlidir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir)…

Read More
Gündəm 

“Zəngəzur qatarı”nın altında qalanlar – Xocalı canisi gör nəyi “kağız parçası” adlandırır?

Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Koçəryan yenə “xortlayıb”. Rusiyanın sadiq tulası, çoxdan tarixin zibilliyinə atılmış bu siyasi meyit bu gün İrəvanda keçirdiyi mətbuat konfransında növbəti dəfə bölgəyə bağlı bir sıra mühüm proses və olayları öz bildiyi kimi şərh edərək, ictimai rəyi çaşdırmağa çalışıb. Məsələn, Köçəryan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın qarantorluğu ilə imzalanmış məlum sənədləri, özəlliklə paraflanmış sülh sənədini hədəfə alaraq gözdən salmağa cəhd edib. Onun iddiasına görə, əldə edilən razılaşmalardan yalnız ABŞ və Azərbaycan uduşda olub, Ermənistan hakimiyyəti isə yalnız “xalqı növbəti dəfə aldatmaq imkanı”…

Read More
Cəmiyyət 

Pakistan Azərbaycana ət satmağa başlayır – qiymətlər düşəcək, yoxsa qalxacaq?

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. “Bloom Pakistan” xəbər verir ki, bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb. Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub. İslamabad indi ixraca başlamağa hazırlaşır. TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib. Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə…

Read More
Siyasət 

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib. Bu barədə Türkiyə lideri özünün sosial şəbəkə hesabında paylaşım edib. Ərdoğan Zirvədə qəbul olunan Qəbələ Bəyannaməsinin türk dünyası və dost ölkələr üçün xeyirli olmasını arzulayıb. O, “dildə, fikirdə, işdə birlik” prinsipinə əsaslanan TDT-nin qısa müddətdə mühüm uğurlar qazandığını vurğulayıb. Türkiyə lideri Zirvənin regional sülh və təhlükəsizlik mövzusunun aktuallığını qeyd edərək, təşkilatın regional sabitlik və əməkdaşlığın gücləndirilməsində önəmli rol oynadığını bildirib. Ərdoğan Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda imzalanan…

Read More
Cəmiyyət 

İndi hamı bu məhsulu alır – Bahalaşmaqda davam edəcək

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb. Dünya bazarında qızılın bahalaşmasının səbəbi nədir? Bu proses Azərbaycana necə təsir edəcək? Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bahalaşmanın səbəblərindən danışıb: O vurğulayıb ki, qızılın qiyməti dayanmadan artır: “Bu gün birjada 1,99 qram qızılın qiyməti 127 dollardır və hər gün bahalaşır. Təkcə 2025-ci ildə qızıl 50%-dən çox…

Read More
Maraqlı 

Xoşbəxt olacaq 5 bürc – Şans qapıları açıldı

Oktyabr ayı beş bürc üçün xoş dəyişikliklər və yeni imkanlar gətirəcək. Astroloqlar karyera, maliyyə, şəxsi həyat və daxili inkişafda uğurları proqnozlaşdırırlar. Əkizlər Oktyabr ayı özünü həyata keçirmək və ünsiyyət üçün yeni imkanlar açacaq. Siz asanlıqla əlaqə qura və həyatınızın müxtəlif sahələrində dəstək tapa biləcəksiniz. Bu, öyrənmə və yaradıcı layihələr üçün əlverişli zamandır. Yaxınlarınızla məsləhətləşin, amma təşəbbüs göstərməkdən çəkinməyin. Tərəzi Oktyabr ayında Tərəzilər iş və şəxsi həyat arasında balans tapacaqlar. Diplomatik bacarıqlarınız uzun müddətdir davam edən münaqişələri həll etməyə və mühüm əlaqələri gücləndirməyə kömək edəcək. Maliyyə məsələləri sabit olacaq, yeni ideyalar…

Read More
Cəmiyyət 

Yenə bir qadın bıçaqlandı – Mühafizə orderləri niyə işləmir?

Ramil Süleymanov: “Bu məsələdə dövlət qurumları aktiv araşdırma aparmalıdır” Mehriban Zeynalova:”Mövcid mühafizə orderləri sadəcə olaraq bir kağız parçasıdır” Xəbər verdiyimiz kimi, TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi zorakılığa məruz qalıb. Bu barədə TƏBİB-in Kommunikasiya Departamentinin rəhbəri Zamirə Adilova məlumat verib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. O, çoxsaylı kəsilmiş və deşilmiş yaralar diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunub. “Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və…

Read More
Gündəm 

Prezidentdən fotoqrafa xüsusi diqqət- “Şərait yaradın” (VİDEO)

Azərbayca Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə qazaxıstanlı fotoqraf Aman Dyusunbayevə xüsusi diqqət göstərib. Bu haqda görüntüləri fotoqraf özünün sosial şəbəkə hesabında paylaşıb. Belə ki, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə foto çəkdirməyə hazırlaşan Azərbaycan lideri yerli media nümayəndələrinə “Qonaqlara şərait yaradın”, – deyə tapşırıq verib. Həmin görüntüləri təqdim edirik:

Read More