Cəmiyyət 

DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət etdi – VİDEO

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin gənc polis əməkdaşları və hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.

Read More
Cəmiyyət 

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşdü

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə olunub. Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırımı” memorial muzeyi ziyarət edilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz…

Read More
Təhsil 

Bağçalarda nə baş verir? – Qidalanma ilə bağlı ŞOK İDDİALAR

Ağcabədinin Pərioğullar kəndində yerləşən körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia olunur. Bu barədə kənd sakini bağçada xadimə kimi çalışan Afiqə Şirinova videomateriallar təqdim edib. O, bağçada qanunsuzluqların son 5 ildə artdığını və ən ciddi problemin uşaq yeməklərinin azaldılması olduğunu deyir. Məsələ ilə bağlı bəzi valideynlər də narahatlıqlarını ifadə ediblər. Bağçanın aşpazı Solmaz Bədəlova isə bildirib ki, yemək paylanması hər gün gələn uşaqların sayına uyğun tənzimlənir. Bağçanın müdiri Gülnarə Axundova səhhətinə görə açıqlama verməsə də, səsləndirilən ittihamları tamamilə əsassız sayır./Milli.Az

Read More
Gündəm 

Hikmət Hacıyev Prezidentin balaca Nilayla şəklini paylaşdı – FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, H.Hacıyev “X” sosial şəbəkəsində müvafiq postu paylaşıb. Prezident İlham Əliyev balaca Nilayın – 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də “danışan fotolar”dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir”, – prezidentin köməkçisi yazıb.

Read More
Cəmiyyət 

Pomidor və xiyar bahalaşır – Səbəb nədir?

Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin “baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən…

Read More
Təhsil 

Azərbaycanda dərs rejimi dəyişir? – “Dərslər 40, tənəffüslər 10 dəqiqə”

“Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şagirdlərin diqqətini, öyrənmə keyfiyyətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs müddətində tədricən azalır və fasilələrlə bərpa olunur”. ARANTV.AZ  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ABŞ-də aparılan araşdırmalara görə (Bunce, 2010), dərs zamanı şagirdlərin diqqəti dalğavari şəkildə enib-qalxır. Eyni zamanda, psixologiya üzrə genişmiqyaslı meta-təhlillər (Cepeda, 2006) “spaced practice” – yəni öyrənmənin qısa bloklara bölünməsinin daha effektiv olduğunu sübut edir: “Başqa bir araşdırmada isə Pellegrini (2008) qeyd edir ki, fasilələr öyrənməni…

Read More
İdman 

“O hələ hazır deyil” – Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Azersun Arena”da “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar… 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi.…

Read More
Siyasət 

Qəzzanı İranın gününə salmaq…

Tehran rejimi öz xalqını xoşbəxt edə bilmir, başqalarına gün ağlamağa çalışır Dünya siyasi səhnəsində elə ictimai-siyasi quruluşlar, rejimlər, hakimiyyətlər var ki, ondan həm öz vətəndaşları, həm də başqaları faydalanırlar. Bir sıra hallarda isə belə sistemlər digər dövlətlər üçün örnəyə çevrilirlər.  Məsələn, zamanında faşist Almaniyası çökəndən sonra yerində qurulan yeni Almaniya, müstəmləkə torpaqlarından əl çəkən Böyük Britaniya, SSRİ-nin dağılmasında əsas rolu oynamış Boris Yeltsin Rusiyası, Osmanlı dövlətinin yerində qurulmuş Türkiyə Cümhuriyyəti, imperialist iddiasından imtina edən Yaponiya, sovetləşməmək uğrunda müharibə etmiş Cənubi Koreya, Fransa müstəmləkəsinə qarşı mübarizə aparmış Əlcəzair, Mərakeş, Afrikanın başqa dövlətləri, habelə…

Read More
Siyasət 

Gəncə faciəsinin kiçik şahidi Prezidentlə birlikdə – FOTO

Gəncə Memorial Kompleksində keçirilən tədbirdə Prezidentə 7 yaşlı Nilay Əliyeva yoldaşlıq edib. ARANTV.AZ  xəbər verir ki, Nilay 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və nənəsini itirib. Azərbaycan xalqının yaddaşına qanla yazılan bu faciənin kiçik şahidi bu gün ölkə başçısının yanında idi – bu, həm şəhid ailələrinə verilən dəyərin, həm də Azərbaycan dövlətinin və cəmiyyətinin gələcək nəsillərə olan mənəvi borcunun simvolik ifadəsidir.  

Read More
Maraqlı 

Sərvət mələyi yoldadır: 3 BÜRCƏ qızıl yağdıracaq

2025-ci ilin sentyabr ayının sonu üçün ulduz falı xəbərdarlıq edir: pul enerjisi işıq sürəti ilə bəzi bürclərin həyatına girir. Planetlərin nadir birləşməsi – Venera Yupiterlə ahəngdar aspekt formalaşdırdıqda və Günəş Plutonla təmasda olduqda – bir neçə gün ərzində maliyyə vəziyyətini dəyişdirməyə qadir olan Kainatın “qızıl şüasını” aktivləşdirir.  Astroloqlar bu dövrü Zənginlik Mələyinin gəlişi vaxtı adlandırırlar və bürcün üç əlaməti onun xeyir-duası ilə xüsusilə səxavətlə hədiyyə ediləcəkdir. Xüsusilə diqqət çəkən odur ki, bu, sadəcə, təsadüfi bəxt məsələsi deyil. Pul almağa hazır olanlara, arzusu üçün çalışanlara, çətin anlarda sağ çıxmağı bacaranlara gələcək.…

Read More