Cəmiyyət 

Bakını bürüyün “toy tüstüsü” – Cərimələr artırılacaq?

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir – havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür. Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə…

Read More
Gündəm 

ABŞ-də xatirə fotosu!

Məlum olduğu kimi, sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti ilə xanımı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə xatirə fotosu çəkdiriblər. Tədbir zamanı eyni zamanda iki ölkə lideri arasında dialoq da yaşanıb. İlham Əliyev Trampın sülh danışıqlarında mühüm rol oynadığını qeyd edib, ABŞ lideri isə öz növbəsində Azərbaycan Prezidentinin simasında dost qazandığını vurğulayıb.

Read More
Cəmiyyət 

Vətən müharibəsinin xronikası: 27 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. “İki sahil” hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. Müharibənin 1-ci günü • Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış…

Read More
Gündəm 

İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: “Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən…

Read More
Cəmiyyət 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi – VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub. “Qafqazinfo” xəbər verir ki, sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.  

Read More
Siyasət 

İlham Əliyev Yevlaxda… FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Musavat.com-un xəbərinə görə, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək. Azərbaycanın ev sahibliyi…

Read More
Cəmiyyət 

Azərbaycan tibbində ilk – Onkoloji xəstələrə müjdə

Həkim: “Bu cihazla əməliyyat zamanı digər toxumalar zədələnmir” Azərbaycan səhiyyəsində tarixi hadisə baş verib. İlk dəfə olaraq Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat həyata keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib. İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı…

Read More
Siyasət 

Şəhidlərimizin müqəddəs mirası daima qəlbimizdə yaşayacaq!

Türkiyə Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “27 sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının xatirəsini rəhmətlə yad edirik. Davamlı sülhün təmin edilməsi üçün atılan tarixi addımların bu fədakarlıqların mirası kimi bölgəmizdə sabitlik və rifahı təmin edəcəyinə inanırıq. “Bir millət, iki dövlət” şüarı ilə şəhidlərimizin müqəddəs mirası daima qəlbimizdə yaşayacaq”.

Read More