Azərbaycan tibbində ilk – Onkoloji xəstələrə müjdə
Həkim: “Bu cihazla əməliyyat zamanı digər toxumalar zədələnmir” Azərbaycan səhiyyəsində tarixi hadisə baş verib. İlk dəfə olaraq Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat həyata keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib. İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı…
Read More