Gündəm 

Ərdoğanla Tramp görüşündə Azərbaycan söhbəti – Yeni gəlişmə

Analitik: “Bu müzakirə Bakı ilə İrəvan arasında gələcək konturlar baxımdan önəmli idi” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampla görüşüb. Görüş zamanı ticarət, investisiya, müdafiə sənayesi və hərbi anlaşmalar, həmçinin regional münaqişələr və sülh təşəbbüsləri diqqət mərkəzində olub. Görüşdə “F-16” və “F-35” layihələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq və investisiya imkanları kimi mövzular da müzakirə olunub. Rusiya-Ukrayna münaqişəsi, Qəzza, Azərbaycan-Ermənistan,Türkiyə-Ermənistan münasibətləri və Suriya kimi mövzuların da müzakirə edildiyi istisna edilmir. “Ağ Evdə Ərdoğanı qarşılamaq bizim üçün fəxrdir. “F-16” və “F-35” qırıcıları almaq istəyirlər. Ərdoğana böyük…

Read More
Gündəm 

Geri götürdüyü ərizəni yenə verdi, cavab “yox” oldu

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib. Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib. Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib. Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürmüşdü. Qeyd edək ki,…

Read More
Gündəm 

8 il fərqlə bir tribunada iki çıxış – Prezidentin BMT-dəm dünyaya verdiyi mesajlar

Prezident İlham Əliyevin 2017-ci ilin 20 sentyabrında BMT tribunasında etdiyi çıxışla bu il sentyabrın 25-də etdiyi çıxışın arasında təkcə çoxillik zaman fərqi yoxdur, həm də çoxlu başqa fərqlər də var. Əsas fərq odur ki, 8 il əvvəl Azərbaycan ərazisinin 20 faizi işğal altında idi və BMT-nin tribunasında bu acı faktı səsləndirmək lazım idi. Dövlət başçısı həmin çıxışında bu həqiqətləri dilə gətirmişdi, BMT-nin Baş Assambleyasının iclasında iştirak edən yüzlərlə dövlət xadimi onun dediklərini sakitcə dinləmişdilər. Ancaq onların işi tribunada çıxış edərək, ölkəsinin məruz qaldığı işğaldan danışan Prezidenti dinləməkdən o tərəfə keçmirdi.…

Read More
Cəmiyyət 

Sürücülərin DİQQƏTİNƏ! – Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: “Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Read More
Siyasət 

27 Sentyabr – Anım Günü Vətənimiz Azərbaycanda! – FOTO

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Nyu-Yorkda BMT Baş Məclisinin 80-ci sessiyasının açılışında iştirak edən nümayəndə heyətinin Vətənə qayıdışı ilə bağlı paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda deyilir: “27 Sentyabr – Anım Günü Vətənimiz Azərbaycanda! Uçuş marşrutu: Nyu-York-Gəncə!”

Read More
Siyasət 

BMT-də “Qarabağ erməniləri” məsələsi – Növbəti fiasko

Nazir müavininə niyə məhəl qoyulmadı? Sentyabrın 22-də Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda “BMT-80 İslahatları Çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Müdafiəsi” mövzusunda nazirlər səviyyəsində qapalı keçirilən dəyirmi masadakı çıxışında “insan hüquqlarının pozulması ilə mübarizə və həssas qrupların müdafiəsi zərurətindən” danışıb və insan haqları və həssas (zəif) qrupların müdafiəsi ilə bağlı çağırış edib. Əslində, erməni diplomatın niyyətinin nə olduğu ortadadır. O, BMT tribunasından sui-istifadə edərək qəsdən bu məsələyə toxunub ki, bəlkə orda kimsə ermənilər haqqında danışar və onların “hüquqlarını müdafiə” edər. Amma görünür…

Read More
Hava 

Bu əraziləri LEYSAN VURDU, görünüş məsafəsi məhdudlaşdı – SON DƏQİQƏ

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar leysan xarakterli intensiv və güclü olub. Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 mm-dək qeydə alınır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Qusarda 21, Neftçalada…

Read More