Gündəm 

Müharibə niyə məhz 27 sentyabrda başladı?

Prezident İlham Əliyev yəqin ki, 2020-ci ildən çox əvvəl Ermənistanın torpaqları danışıqlarla qaytarmayacağını tam qətiləşdirmişdi, amma sentyabr… Sərlövhədəki sualı 2020-ci ilin 27 sentyabrından keçən 5 ildə özümə dəfələrlə vermişəm: niyə məhz həmin gün? Bu bir təsadüfi gün seçimi ola bilməzdi, həm də söhbət miqyaslı müharibə qərarından gedirdisə…Bəs 44 gün, 8 noyabr tarixləri necə, dəqiq hesablama idi, yoxsa? Statistiklər və ya tarixi yazan səlnaməçilər üçün müharibənin başlaması səbəbi bəllidir-həmin gün Ermənistan yenidən mövqelərimizi ağır silahlardan atəşə tutmuş, ordumuz itkilər vermişdi. O da bəllidir ki, 2020-ci ilin iyulunda Ermənistan dövlət sərhədini Tovuz…

Read More
Siyasət 

“Prezidentin aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşü…” – Professordan mühüm açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. O çıxışı zamanı bir sıra mühüm məsələlərə münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub:”Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu…

Read More
Cəmiyyət 

“Mənəvi borcumuz – şəhidlərimizi unutmaq deyil, yaşatmaqdır”

Məlum olduğu kimi, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi Anım Günündə ehtiramla yad edilir. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini daim uca tutur, onların ailələrinə və qazilərə xüsusi diqqət göstərir. “Anım Günü bir millətin azadlıq və bütövlük uğrunda canını fəda etmiş qəhrəman övladlarının xatirəsinə ehtiram günüdür. Bu, uzun illər işğalda qalmış torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası naminə şəhid olmuş igidlərimizin müqəddəs ruhuna ehtiram günüdür”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, böyük Qələbəmiz uğrunda canından…

Read More
Siyasət 

BMT kürsüsündən Azərbaycana təşəkkür etdi

Pakistan çoxsaylı sülhməramlı səylərinə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, ABŞ liderinin Hindistanla atəşkəsə nail olmaq üçün göstərdiyi sülhməramlı səylər Cənub-şərqi Asiyada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alıb. “Pakistan minnətdarlıq əlaməti olaraq prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Onun sülh sevgisini nəzərə alaraq bu edə biləcəyimiz minimum işdir”, – Ş.Şərif bildirib. O həmçinin Hindistanla münaqişənin gərginləşməsi zamanı Pakistana göstərdiyi diplomatik dəstəyə görə…

Read More
Region Xəbərləri 

Bərdə rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon üzrə nümayəndəsi Fərid Hacıyev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın keçdiyi döyüş yolundan, ərazi bütövlüyümüzün bərpa olunmasından və dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar. Tədbirdə Vətən…

Read More
Region Xəbərləri 

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr “Anım Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə mərkəzin rəhbər və pedaqoji heyəti, tələbələri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi və 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirələrinin yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsinin başlanğıc tarixi olan 27 sentyabr “Anım Günü” ilə bağlı öz təəssüratlarını iştirakçılara çatdırıblar. Tədbir mərkəzin tələbələrinin hazırladıqları video sujet, şeir və səhnəciklərlə davam edib.

Read More
Gündəm 

Azərbaycan qlobal investorlar üçün əlverişli və cəlbedici məkandır FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb. Şirkət rəhbərinin müraciəti əsasında baş tutan görüş zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub. Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd edib. O, yeni maliyyə bazarı alətlərinin inkişafı və institusional əməkdaşlığın dərinləşdirilməsi üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. “Ares”in Azərbaycanın…

Read More
Gündəm 

Anım Günü dərin ehtiramın ifadəsidir

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  Hadisələrə ən böyük dəyəri zaman özü verir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən bizləri 5 illik zaman ayırır. 30 ilin işğalına, torpaq həsrətimizə  son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini  böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin  əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar,  torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində…

Read More
Gündəm 

Əlverişli coğrafi mövqe Azərbaycanı regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir

Dövlət başçısı İlham Əliyev ilk dəfə olaraq Bakının ev sahibliyi etdiyi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində onu da qeyd etmişdir ki, ölkəmiz  hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır  Azərbaycanın iqtisadi, siyasi, humanitar və beynəlxalq mərkəz kimi tanınır. Bu faktın özü ölkəmizin hər bir sahədə zəngin potensiala və təcrübəyə malik olduğunu təsdiqləyir. Azərbaycanın təkmil inkişaf modelində də əsas hədəf hərtərəfli inkişafın təmin edilməsidir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın dünyaya bəlli olan iqtisadi imkanları barədə ətraflı məlumatı təbii ki, iştirakçısı və təşəbbüsçüsü…

Read More