Gündəm 

Azərbaycan regional və beynəlxalq daşımaların ən etibarlı keçid nöqtəsidir

Nyu-Yorkda təşkil olunan Forum bir daha təsdiq etdi ki, Orta Dəhliz həm Azərbaycan, həm də bütün region üçün gələcək onilliklərdə strateji üstünlüklər qazandıra biləcək qlobal layihədir Nyu-Yorkda keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda VI Xəzər Biznes Forumu əslində Cənubi Qafqaz və Xəzər regionu üçün iqtisadi-siyasi baxımdan yeni strateji yol xəritəsi təqdim edən beynəlxalq platforma oldu. Forumun əsas müzakirə xəttini Orta Dəhliz və Zəngəzur Dəhlizi (TRİPP) təşkil etdi ki, bu da təsadüfi deyil. Çünki son illərdə dünya geosiyasi reallıqlarının dəyişməsi, xüsusən də Asiya ilə Avropa arasında təhlükəsiz, dayanıqlı…

Read More
Gündəm 

BMT-də Azərbaycan Prezidentinə rəğbət güclüdür

Son illər Azərbaycan rəhbəri böyük beynəlxalq tədbirlərə daha çox dəvət olunur, ona ehtiram göstərilir, söz verilir. Bu, ölkəmizin rəhbərinin apardığı düzgün xarici siyasət və hamı üçün səmərəli iqtisadi əməkdaşlıq nəticəsində mümkün olub. Açıq hiss olunur ki, dövlət başçılarının, baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin Prezidentimizə şəxsi simpatiyaları var. Çünki dünyada sözünün ağası imicini qazanıb. Bu, özünü ABŞ-da bir daha göstərdi. Bu günlə BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Azərbaycan Prezidenti İlham Əliyev sessiya çərçivəsində çox mühüm görüşlər keçirməkdədir. Hər bir görüş də…

Read More
Gündəm 

ABŞ-dakı erməni lobbisinin növbəti fiaskosu

Konqresdə onların təqdim etdikləri anti-Azərbaycan qətnamələri ya gündəmdən çıxarılır, ya da səs çoxluğu ilə rədd edilir ABŞ-da fəaliyyət göstərən erməni diasporu və lobbisi uzun illərdir ki, əsasən Konqresdə güclü təsir imkanlarına malik olub. Xüsusən də ötən əsrin sonlarından etibarən erməni təşkilatları ABŞ siyasətçiləri ilə sıx əlaqələr quraraq, Azərbaycan və Türkiyə əleyhinə müxtəlif qətnamələrin qəbul edilməsinə nail olublar. Lakin son illərdə bu təsirin xeyli zəiflədiyi, hətta bir sıra hallarda məğlubiyyətə uğradığı aydın görünməkdədir. Burada Azərbaycan tərəfinin ABŞ-da apardığı sistemli iş, həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında qeydə alınan uğurlar da öz sözünü…

Read More
Gündəm 

Arıçılığın inkişaf perspktivləri nələr vəd edir?

2024-cü ildə ölkəmizdə 5166,3 ton bal və 239,3 kq arı südü istehsal olunub Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda «Kəlbəcər Bal Festivalı 2025» tədbiri baş tutub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, «Aqrar Tədarük və Təchizat» ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər. Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib. IDEA İctimai…

Read More
Gündəm 

Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir

Qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru 30 illik işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 2023-cü ildə 24 saatlıq lokal anti-terror tədbirləri ilə isə ölkəmizin suverenliyi bərpa edildi. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub. Bu torpaqlarda azərbaycanlılar min illərlə yaşayıblar. Ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən, xüsusilə Ermənistan adlı dövlət qondarıldıqdan sonra zaman-zaman soydaşlarımızın oradan qovulması hakmiyyət orqanlarının kütləvi qırğınlar…

Read More
Cəmiyyət 

Süni intellekt: Böyük imkan, yoxsa risk?

Süni intellekt texnoloji yenilik olmaqla yanaşı, artıq təhsil, səhiyyə, nəqliyyat və digər xidmət sahələrində, eyni zamanda, gündəlik həyatımızda modernləşmə və səmərəlilik gətirən gözə görünməz köməkçi rolunu oynayır. Onlayn alış-veriş saytlarında istifadəçilərə uyğun məhsul tövsiyələrinin təqdim olunması, mobil telefonlarda səsli köməkçilərin istiqamət verməsi və ya ağıllı xəritə tətbiqlərinin ən qısa marşrutu müəyyənləşdirməsi, təhsil sahəsində isə fərdi tədris proqramları təklif edən platformaların şagirdlərə uyğun material təqdim etməsi süni intellektin gündəlik istifadəsinə əyani misaldır. Süni intellekt ölkəmizdə də geniş istifadə olunur. Prezident İlham Əliyevin müvafiq imzaladığı Sərəncamına əsasən təsdiq edilən “2025-2028-ci illər üçün…

Read More
Siyasət 

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.

Read More
Cəmiyyət 

İmişlidə toyda zəhərlənənlərin sayı 69-a çatdı

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən Musavat.com-a bildirilib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Read More
Cəmiyyət 

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq – VİDEO

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqlama verdi Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döydüyü iddia edilir. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Araşdırmalarımız nəticəsində məlum oldu ki, şagird və texniki işçini döyməkdə ittiham olunan Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb. O, hadisənin təfərrüatlarını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. İddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq…

Read More
Dünya 

Rütte Rusiya təyyarələri barədə: NATO ölkələri ekstremal tədbirlərə əl ata bilərlər

“NATO ölkələri Rusiya təyyarələrini dərhal vurmağa cəhd etməkdənsə, onların hava məkanında yaratdığı təhlükəni qiymətləndirməlidirlər”. “Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte “CNN” telekanalına açıqlamasında bu mövqeyi açıqlayıb. Alyansın baş katibi hava məkanının pozulması halında dərhal kəskin tədbirlərin görülməsini tələb edən yanaşma ilə razılaşmır: “Əgər hava məkanına müdaxilə olarsa, lazım gələrsə, xalqınız risk altındadırsa, son nəticədə ən sərt qərarları qəbul edə bilərsiniz. Əks halda, siz bu təyyarələri hava məkanınızdan çıxaracaqsınız. Hərbi rəhbərlərimiz və qırıcı pilotlarımız xalqımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edə bilərlər. Əgər dərhal…

Read More