Siyasət 

Nyu-Yorkda Azərbaycanın güc nümayişi – İlham Əliyev qlobal gündəmi silkələdi

Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında edəcəyi çıxışı ilə diqqət mərkəzindədir. Dövlət başçısının ABŞ-də keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, iqtisadi və siyasi çəkisinin yeni müstəviyə qalxmasını bir daha nümayiş etdirdi. Ən önəmlisi isə budur ki, bu görüşlər yalnız protokol çərçivəsində qalmadı, Azərbaycanın regional güc və qlobal tərəfdaşlıq imkanlarının real təsdiqinə çevrildi. Prezident İlham Əliyevin dünyanın ən iri maliyyə qurumlarının rəhbərləri ilə görüşməsi Azərbaycanın iqtisadi uğurlarına beynəlxalq etimadın göstəricisi oldu. “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, “Franklin Templeton” və “Global Infrastructure…

Read More
Hava 

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ – Bakıda və bölgələrdə…

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 26-da güclü külək əsəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək,…

Read More
Siyasət 

Azərbaycan Cənubi Qafqazın ən cəlbedici investisiya ölkəsi kimi qlobal şirkətlərin iqtisadi marağında

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, şirkət rəhbərinin müraciəti əsasında baş tutan görüş zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub. Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd edib. O, yeni maliyyə bazarı alətlərinin inkişafı və institusional əməkdaşlığın dərinləşdirilməsi üçün…

Read More
Gündəm 

Balıq alarkən nələrə diqqət etməliyik? – AÇIQLAMA

Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq alarkən keyfiyyətli və təzə məhsul seçmək vacibdir ki, həm sağlamlığımız qorunsun, həm də yeməyimiz dadlı olsun. Bəs balıq alarkən hansı nüasnlara diqqət etməliyik? ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı qisa eksperti Ağa Salmanov Milli.az-a bildirib ki, balığın gözü parlaq və şəffaf olmalıdır: “Təzə balığın gözləri açıq, parlaq və şəffaf olur. Əgər gözlər bulanıq və ya çökmüşdürsə, bu, balığın artıq köhnə və keyfiyyətsiz olduğunu göstərir. Təzə balıq dənizdən gələn təmiz və xoş qoxuya malikdir. Əgər balıq xoşagəlməz, kəskin və ya çürümüş…

Read More
Gündəm 

Azərbaycan müharibədən dərhal sonra Ermənistanla yeni səhifə açmağa hazır olduğunu bəyan etdi

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More
Gündəm 

“Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi”

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlət başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Read More
Siyasət 

İlham Əliyev BMT kürsüsündən Azərbaycanın Qələbəyə və sülhə aparan uzun yolundan DANIŞDI

Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib. “Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”, – İlham Əliyev bildirib.

Read More
Region Xəbərləri 

Bərdədə 27 sentyabr -Anım Gününün beşinci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli ” çərçivəsində 27 sentyabr -Anım Gününün beşinci ildönümü ilə bağlı Bərdə-Ağdam magistral avtomobil yolunun rayonun Şirvanlı-Əliyanlı, Uğurbəyli, Kətəlparaq, Kələntərli kəndləri ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Təşkil edilən ağacəkmə aksiyasında Bərdə Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları və rayon sakinləri fəal iştirak ediblər. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Read More
Siyasət 

Prezident İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. “Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More